logo
RU

Müsahibə

Hicab üstündə dağılan ailə: - “Əvvəl yoldaşım, sonra qaynım döyürdü”

img




...Üzünə o qədər krem çəkib ki, tər qarışıq krem çənəsinə doğru süzülür. Görünür, gözünün altına dəyən zərbənin izlərini gizlətməyə çalışır. Baxışlarını yayındırıb “10 gün oldu, şiş çəkilib, ağrı da yoxdur. Bircə izlər də getsəydi”, - deyir.

Yanındakı masada oturmuş 6 yaşlı qızının “ərin döyüb?” sualına ikimiz də gülürük. “Sığınacağa gəldiyim gündən tez-tez bu sualı verirlər. Uşaq da əzbərləyib”, – söyləyir.

Beləliklə, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan qadınlardan birinin həyat hekayəsini dinləyirik. 23 yaşlı Nəzrin Məmmədova bura 10 gün əvvəl gəlib.

- Anam öləndən sonra atam yenidən evləndi. Qardaşımla mən ögey ananın yanına köçdük. O nağıllarda eşitdiyiniz əhvalatlar var ki, ögey ana uşaqlara zülm edir. Bax, biz o zülmləri yaşamışıq. Evin bütün yükü mənimlə qardaşımın üstündə idi. Atam bizi qoruya bilmədi. Bilirəm ki, o, bizi çox istəyir, amma əlindən heç nə gəlmir. Analığım hökmlü qadındır. İki ögey qardaşım var. Bizi oxumağa qoymadılar, məktəbdən çıxardılar. Buna görə də, xalam bizə elçi gələndə atam düşünmədən razılıq verdi. 16 yaşım ailə qurandan sonra tamam oldu.

- Xalan oğlu ilə ailə qurmusan?..

- Hə, xalamın oğlu ilə ailə qurdum. Uşaqlıqdan ondan çəkinirdim, həmişə əsəbi olurdu. Xalam mənimlə yaxşı rəftar etməyə çalışırdı. Amma həyat yoldaşımın, qaynımın, qaynatamın öhtəsindən gələ bilmirdi. Evdə hamı bizim ailə işlərimizə qarışırdı. Ən xırda şeylərə görə dava düşürdü, həmişə də mən günahkar çıxırdım.

- Səni kim döyüb belə?

- Məni kimlər döyməyib ki? Uşaq vaxtından analığım döyürdü. Ailə qurandan sonra qayınatam, yoldaşım, qaynım döyməyə başladı. Təsəvvür edin, çayı gec gətirdiyim üçün qayınatam mənə şillə vururdu. Həyat yoldaşımın hansısa sözünə etiraz edəndə o məni döyürdü. Qaynım bəhanələrlə məni vururdu. Qaynım yoldaşımın yanında məni döyürdü, amma yoldaşım məni müdafiə etmək əvəzinə üstündən də özü döyürdü. Sonuncu dəfə yoldaşım saçımdan tutub sürüdü, üz-gözümü yumruqladı.

- Davaya nə səbəb oldu?

- Həyat yoldaşım dini təriqətə qoşulub, namaz qılır, oruc tutur. Mənim hicaba bürünməyimi istəyirdi. Dedim ki, namaz qılıb, oruc tutaram, amma hicab geymək istəmirəm. Məndə zob xəstəliyi var, tez-tez boğuluram. Hələ gərgin olanda ürəyim bulanır, nəfəs ala bilmirəm. Dedim ki, müalicə olunum, boğulmam azalsın, sonra hicab geyərəm. Onsuz da açıq-saçıq geyinmirəm. Müalicə olunmağıma pul vermirdilər. Yoldaşım aldığı maaşı atasına verirdi. Bizə nəsə almaq lazım olanda onlardan pul istəyirdik. Yoldaşım məni həkimə aparmaq istəmədi. Hicab istəmədiyimi bəhanə edib döydü. Sonra qaynım dedi ki, bir arvada da hökm edə bilmirsən. Üstündən qaynım da məni vurdu. Yoldaşım şərt kəsdi ki, hicaba bürünüb ailəmin xidmətində durmasan, hər gün döyüləcəksən. Yoxsa ki, tək namaz qılmaqla dindar olmaq mümkün deyil. Məni döyəndən sonra ürəyim gedib. Ayılanda atam zəng vurdu, qardaşımla bizə gəldiklərini dedi. Xalam atamgilə yıxıldığımı söylədi. Qardaşım inanmadı. Atam onu sakitləşdirdi.

- Atan inandı?

- Atam da inanmadı. Amma özünü inanmış kimi göstərdi. Neyləsin, məni yenidən evinə apara bilməz. Axı həyat yoldaşından çəkinir. Atam yaşlıdır, nə həyat yoldaşına, nə də xalamgilə qarşı çıxmağa imkanı yoxdur. Atamın iradəsi çox zəifdir. Amma qardaşım dedi ki, işləyib ev-eşik qurandan sonra məni burdan aparacaq. Qardaşıma da çox yazığım gəlir. O da mənim kimi çox zülmlər çəkib. Nə uşaqlığını yaşaya bilmədi, nə də indi bir gün görmür.

- Bəs sığınacağa necə gəldin?

- Mehriban Zeynalovanı televiziyada görmüşdüm. Gizlincə zəng vurub nömrəsini istədim. Sonra bura gəldim. Atam sığınacaqda olduğumdan xəbərdardır. Bir dəfə də xalam zəng vurub. Onda da zəng vurub dedi ki, mənim oğlanlarım, yoldaşım haqqında heç yerə şikayət eləmə. Yəni polisə məlumat verməyimdən qorxurdu. Buna görə də, polisə şikayət etmədim. Həm də guya ki, onları həbs etsələr nə dəyişəcək? Yoldaşım namaz qılmaqla din adamı olduğunu düşünür. Mən dində məcburiyyət olmadığını deyəndə hər dəfə döyülürdüm. Bilirəm ki, hicaba bürünəndən sonra da döymək üçün bəhanə tapacaqlar. Buna görə də, qərar vermişəm, o evə geri qayıtmayacam.

- Sığınacaqdan çıxandan sonra hara gedəcəksən?

- Hələlik heç nə bilmirəm. Harada yaşayacağam, harada işləyə bilərəm? Amma bilirəm ki, o evə qayıtmamaq üçün mütləq işləmək lazımdır. Təhsilim olmadığından iş tapmağım çətin olacaq. Əvvəlcə boşanmaq üçün məhkəməyə müraciət edəcəyəm. Yəqin bundan sonra iş axtarmağa başlayacağam. Çox şükür ki, uşağı əlimdən almayıblar. Bundan sonra yalnız övladım üçün yaşayacağam. Sığınacağa gəlmədən əvvəl heç nəyə qərar verə bilmirdim. Artıq qorxmuram. Çünki ilk addımı atmışam...







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər