logo
RU

Müsahibə

Prezident Administrasiyasından beynəlxalq təşkilatlara İTTİHAM

img




Əli Həsənov: "Belə təəssürat yaranır ki, beynəlxalq təşkilatlar, Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun təhlükəsizliyinin təmin edilməsinə yönəldib"
Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yaranmış vəziyyətlə bağlı APA-ya açıqlama verib. "Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupu həmsədrləri son günlər erməni hərbi birləşmələrinin təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrini, dinc əhalini atəşə tutması ilə bağlı susqunluq nümayiş etdirirlər. Buna münasibətiniz necədir" sualkına cavanbında  Ə. Həsənov deyib: "Təəssüflə qeyd etmək olar ki, bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT Minsk qrupu, bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin işğal altında olan Azərbaycan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyiblər. Halbuki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun ardıcıl təxribatlarına layiqli cavabı və bunun nəticəsi olaraq işğal altında olan bəzi əraziləri azad etməsi əksər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çevik reaksiyasına səbəb oldu. Bütün müraciətlər və bəyanatlarda hərbi əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması ilə bağlı fikirlər səsləndirildi. Hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin edilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər. Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir. Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli tədbirlər görməlidirlər. Azərbaycan Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə, Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq üçün qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın və onun təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcəkdir.







Xəbər lenti

img Sosial
1 ildə 17 mindən çox ailə dağılıb (STATİSTİKA)

2020-02-18 / 19:49:18
img Günün xəbərləri
“Gilan Holdinq”in şirkətinin bank hesabına həbs qoyulubmuş

2020-02-18 / 19:48:27
img Manşet xəbərləri
Çin bu gün: insansız küçələr, bağlı mağazalar... - Fotolar

2020-02-18 / 19:45:52
img Cəmiyyət
Gələcəyin ixtisasları açıqlandı

2020-02-18 / 17:55:29
img Ölkə
Daha beş seçki məntəqəsinin nəticələri etibarsız sayıldı

2020-02-18 / 17:54:19
img Manşet xəbərləri
Məzahir Pənahov: “Seçki nəticələrinin ləğvinə meyilliyik”

2020-02-18 / 17:52:24
img Günün xəbərləri
32 saylı seçki dairəsində bir sıra məntəqələrdə nəticələr ləğv olundu

2020-02-18 / 17:50:31
img Cəmiyyət
İbrahim Tatlısəs məhkəməyə verdiyi rəqqasədən təzminat alacaq

2020-02-18 / 17:49:26
img Manşet xəbərləri
Bakıda tez-tez yanan ticarət mərkəzləri və bazarları -VİDEOXRONİKA

2020-02-18 / 17:48:22
img Günün xəbərləri
İcra başçısının lider olduğu seçki dairəsi barədə QƏRAR

2020-02-18 / 17:46:39
img Sosial
Restoranlara və şadlıq saraylarına xəbərdarlıq edildi

2020-02-18 / 14:42:21
img Ölkə
Sabah 14 dərəcə isti olacaq

2020-02-18 / 14:40:43
img Cəmiyyət
“Sədərək”də biabırçılıq: Yanğından sonra bunu da etdilər

2020-02-18 / 14:38:41
img Manşet xəbərləri
Bu gün MSK daha bir neçə müraciətə baxacaq

2020-02-18 / 14:37:27
img Manşet xəbərləri
“Azərsu” yaşayış olmayan ünvana 1 116 manat borc yazıb - Məhkəmə qərarı

2020-02-18 / 14:36:18
img Dünya
Son 9 ildə 7898 əcnəbi terrorçu Türkiyədən deportasiya edilib

2020-02-18 / 14:34:46
img Manşet xəbərləri
“Sədərək” TM-də ziyan çəkən sahibkarlara kompensasiya ödəniləcək - RƏSMİ

2020-02-18 / 11:40:59
img Manşet xəbərləri
Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO

2020-02-18 / 11:37:23
img Hadisə
Azərbaycanın MMA döyüşçüsü serbiyalı rəqibini məğlub etdi - VİDEO

2020-02-18 / 11:36:10
img Manşet xəbərləri
Hadi Rəcəblini deputat “seçən” DSK sədri fəhlə işləyir - RƏSMİ SƏNƏD

2020-02-18 / 11:19:45
img Ölkə
"Sədərək"də 1000 kv metr ərazi yandı

2020-02-18 / 11:13:13
img Ölkə
İcra başçısı köməkçisini işdən çıxardı

2020-02-18 / 11:07:05
img Sosial
Sınaq imtahanının nəticələri nə vaxt açıqlanacaq?

2020-02-17 / 18:50:19
img Günün xəbərləri
MSK-da 177 müraciətdən 139-na baxıldı

2020-02-17 / 18:49:07
img Dünya
Türkiyə Suriyaya qoşun yeritməyə davam edir

2020-02-17 / 18:46:34

Bütün xəbərlər