logo
RU

Günün xəbərləri

General-leytenant Səfər Mehdiyev Dövlət Gömrük Komitəsində ailə biznesi qurub? – ŞİKAYƏT

img




Bakı sakini, Nərimanov rayon Həsən Əliyev küçəsi, 78a, mənzil 4-də yaşayan Hidayət Hüseyn oğlu Hüseynli Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük general-leytenantı Səfər Mehdiyevdən bir sıra dövlət qurumlarına şikayət edib.Qafqaznews.az xəbər verir ki, bu barədə H.Hüseynlidən istiqlal.az saytına daxil olan şikayət məktubunda deyilir. H.Hüseynli yazır ki, 1993-cü ildən YAP-ın üzvüdür: “1991-ci ildə mərhum prezident Heydər Əliyevin Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilməsi üçün yüksək siyasi fəallıq göstərmişəm. Nehrəmdə YAP-ın ərazi təşkilatının yaranmasının təşəbbüskarı və ilk sədri olmuşam. 1997-ci ildə Bakıya köçdüyüm üçün Nehrəm təşkliatının sədri vəzifəsindən çıxarılmışam.
Ali təhsilli mühəndisəm, heç yerdə işləmirəm”. YAP-ın veteranı bildirir ki, onun etdiyi şikayətlərə görə, gömrük xidmətində işləyən oğlu Hüseyn Hüseynli və Astara gömrük idarəsinin rəisinin sürücüsü işləyən qardaşı Kazım Hüseynov Səfər Mehdiyevin göstərişi ilə işdən çıxarılıb. “Ancaq sonradan qardaşım işə qaytarıldı. S.Mehdiyev savadsız qohum-əqrabasını gömrük xidmətinə doldurub, qısa müddət ərzində onlara kapitan, mayor, polkovnik rütbəsi verdirib. Bacısının 3 kürəkəni, bacısı oğlu, qayınatası, bacanaqları, bibisi və dayısı uşaqları, bir sözlə, 70-ə yaxın qohumu gömrük xidmətində işləyirlər. Bunlar guya işə testlə qəbul ediliblər, ancaq heç vurma cədvəlini də bilmirlər. Şikayətlərim obyektiv yoxlanılsa, S.Mehdiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır. Əgər şikayətim təsdiqini tapmasa, məsuliyyət daşımağa hazıram. S.Mehdiyev və qohumları dövlət büdcəsini talamaq hesabına çoxsaylı villa və bahalı avtomobillərə sahib olublar.
Bundan başqa, S.Mehdiyev qanunsuz sahibkarlıq fəaliyyətilə məşğuldur və bəzi malların monopoliyası onun nəzarətindədir”, – deyə H.Hüseynli məktubunda qeyd edir. Şikayətçi bildirir ki, gömrük xidmətində işə qəbulu qeyri-rəsmi olaraq S.Mehdiyevin qayınatası Qulu Tarquliyev həyata keçirir: “Q.Tarquliyev 1990-1995-ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olub və mərhum prezident Heydər Əliyevin qatı əleydarı kimi tanınıb. İndi gömrük xidmətinin əsas simalarındandır. Ümumiyyətlə, Tarquliyev soyadı gömrükdə məşhur soyaddır. Bu soyadın daşıyıcıları gömrük xidmətində xüsusi imtiyaz sahibidirlər”.
H.Hüseynli yazır ki, məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin qəbuluna düşə bilmir: “A.Əliyevə göndərdiyim şikayət məktublarına cavab verilmir. 11.12.2013-cü il tarixdə və ondan sonra bir neçə dəfə ərizə ilə müraciət edərək, məni qəbul etməsini xahiş etmişəm. S.Mehdiyevin göstərişi ilə DGK növbətçi hissənin rəisi Əjdər Abdullayev öz işçiləri Ələkbər Sultanov, Fərid Hacıyev, Namiq Bağırov vasitəsi ilə mənə təzyiq edir”. H.Hüseynli qeyd edib ki, o, məsələ ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə (14 dəfə), Prezident Administrasiyasına (22), Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə (15), Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə (6), baş prokurora (7), daxili işlər nazirinə (5), Dövlət Təhlükəsizlik Xidmətinə (7) dəfələrlə müraciət etsə də, şikayəti araşdırılmamış qalıb.
Sənan Məmmədli

Qafqaznews.az







Xəbər lenti

img Günün xəbərləri
Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? - RƏSMİ CAVAB

2020-04-04 / 19:34:46
img Dünya
Türk Hava Yolları bütün daxili uçuşları dayandırdı

2020-04-04 / 19:33:25
img Hadisə
Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur (RƏSMİ)

2020-04-04 / 19:32:33
img Dünya
Bu, koronavirusun qarşısını almağa kömək edir

2020-04-04 / 19:30:43
img Günün xəbərləri
KİVDF-yə yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM

2020-04-04 / 17:21:11
img Günün xəbərləri
Vüqar Səfərli işdən çıxarıldı

2020-04-04 / 17:04:56
img Günün xəbərləri
Rusiyada son sutkada 600-ə yaxın insanda koronavirus aşkarlandı

2020-04-04 / 15:24:20
img Cəmiyyət
DİN-in İKİ GENERALI QANDALLANDI - Qərarı şəxsən Putinin tələbə yoldaşı verib

2020-04-04 / 15:21:48
img Dünya
OPEC+ görüşü təxirə salındı - Moskva və Ər-Riyad çətin seçim qarşısında qalıblar

2020-04-04 / 15:20:22
img Günün xəbərləri
Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi

2020-04-04 / 15:18:27
img Manşet xəbərləri
Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

2020-04-04 / 15:17:07
img Günün xəbərləri
Çində koronavirusa yoluxanların 94 faizi sağaldı

2020-04-04 / 11:15:31
img Dünya
ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

2020-04-04 / 11:13:44
img Dünya
YOLUXANLARIN SAYI 1,1 MİLYON, ÖLƏNLƏR 58 929 NƏFƏR! - Dəhşətin ən son statistikası

2020-04-04 / 11:11:07
img Dünya
Tramp tibbi maska taxmamasının səbəbini açıqladı

2020-04-04 / 11:09:52
img Dünya
İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə... - İtalyan professordan SENSAYİYA

2020-04-04 / 11:02:32
img Dünya
Gün ərzində koronavirusa yoluxanların sayı 7 minə çatıb - Nyu-Yorkda

2020-04-04 / 11:00:25
img Dünya
“Bu bəla 2021-ci ilin fevralında tam bitəcək,ondan sonra dünyanı ...” - Epigenetik koronavirusun missiyasını AÇIQLADI

2020-04-04 / 10:39:45
img Manşet xəbərləri
Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

2020-04-03 / 22:10:18
img Dünya
Avropalılar evlərini kütləvi satışa çıxarıb

2020-04-03 / 19:49:53
img Hadisə
Dolların MƏZƏNNƏSİ açıqlandı

2020-04-03 / 19:46:28
img Dünya
Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi

2020-04-03 / 19:44:47
img Qafqaz
Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”

2020-04-03 / 19:40:59
img Günün xəbərləri
DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

2020-04-03 / 18:07:33
img Manşet xəbərləri
BU ŞƏXSLƏR SMS-lə İCAZƏ ALSA BELƏ, EVDƏN ÇIXA BİLMƏZ - Rəsmi

2020-04-03 / 16:42:38

Bütün xəbərlər