logo
RU

Qafqaz

Rüstəm İbrahimbəyov İsa Qəmbərlə razılaşmalarının olmasını etiraf etdi

img




\"İsa Qəmbərlə razılaşmamız olub\"

Demokratik Qüvvələrin Milli Şurasının sədri, prezidentliyə iddiaçı Rüstəm İbrahimbəyov avqustun 7-də “media forum” saytına danışıb. O deyib ki, Rusiya vətəndaşlığının ləğvi üçün prezident Vladimir Putinin imza atmasını gözləyir: “Məndən asılı iş qalmayıb. Vətəndaşlığın ləğv olunmasına Rusiya prezidenti Vladimir Putin qol çəkməlidir. İndi onun cavabını gözləyirəm. Mənə elə gəlir ki, hər şey yaxşı olacaq”.

Rüstəm İbrahimbəyov qeyd edib ki, gözləməklə yanaşı başqa yollar da axtarır: “Azərbaycan Respublikasının vətəndaşlıq qanununa əsasən, dövlət ikinci vətəndaşlığı qəbul etmir. Ancaq o vaxt qəbul edir ki, həmin hökumətlə beynəlxalq sazişi olsun. Rusiya ilə Azərbaycan arasında belə müqavilə yoxdur.

Amma Azərbaycan Respublikasının Seçki Məcəlləsində ziddiyyətlər var. Mən Amerika və Rusiya hüquqşünasları ilə danışıram. Ola bilsin ki, ikinci vətəndaşlığımın ləğvi ilə bağlı sənədi seçkiyə qoşulduqdan sonra təqdim edim. Mən Rusiya vətəndaşlığından çıxmaq üçün ərizə vermişəm. Gec-tez bu məsələ həll olunacaq. Məsələ ləngisə, hüquqşünaslar bildirsə ki, sənədləri verə və imza kampaniyasına başlaya bilərəm, onda Bakıya həmin sənədsiz gələcəyəm. Sənəd sonra göndəriləcək”.

Şura sədri Müsavat başqanı İsa Qəmbərin Rüstəm İbrahimbəyovun namizədliyi qalmaq şərti ilə daha bir namizəd müəyyənləşdirmək təklifinə münasibət bildirib: “İsa bəy məndən öncə namizədliyini verib. Belə danışmışıq ki, mənim namizədliyim qeydiyyatdan keçsə, o, namizədliyini geri çəkəcək.

Düşünürəm ki, Milli Şuranın yeganə namizədi olmalıdır. Başqa üzvlər isə Milli Şuradan yox, özləri namizədliyini verə bilər. Bu, ehtimallara qarşı düzgün hərəkət olar. Milli Şura bu məsələyə avqustun 12-də baxacaq və qərar çıxaracaq”.

Rüstəm İbrahimbəyov yaxınlarda Amerikaya getmə ehtimalının olduğunu da söyləyib: “Mənim hazırda Bakıya gəlməyimin heç bir xeyri yoxdur. Kimsə qəsdən istəyir ki, mən gəlim, işlərim əngəllənsin. Bunun mənası yoxdur. Burada mən görən işləri heç kim görə bilməz. Bu işləri nəyə görə atıb Bakıya gəlməliyəm? Lazım olanda gələcəyəm”.







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər