logo
RU

Qafqaz

Saakaşvilisi qürub edən Tiflisdən reportaj

img




Təmiz hava, bulaq suyu, qəzet oxuyan keşişlər..., uzun ətəkli xanımlar......Və Saakaşvilinin həbsini gözləyən gürcülər May ayında Gürcüstana gediş-dönüşdə avtomobil yolunun yorğunluğunu üzərimdən uzun zaman ata bilmədim. Ona görə də bir neçə gün qabaq baş redaktorumun “Tiflisə getmən lazım” mesajını oxuyanda heç düşünmədən dəmir yoluyla gedəcəyimə qərar verdim. Nə yaxşı, dəmir yolunu seçmişəm... Reportyorluq edəcəyim yığıncağa quru yolu ilə gələnlərin üzlərindəki məşəqqətli ifadəni görəndə özümə bir də haqq qazandırdım. Qırmızı Körpüdəki saatlarla açılmayan avtomobil tıxacını görən adam əşşədü-ehtiyac olmasa, bir də ora ayaq basarmı? Nə gəlib gül kimi dəmir yoluna? Almaniya istehsallı qatar qət-təzə, kondinsioneri, təmiz yatacağı, çayı, kofesi, yat Bakıda, oyan Tiflisdə də... Tiflisi necə qoyub gəlmişdiksə elə eləydi. Təmiz havası, kranlarından axan bulaq suyu, qəzet oxuyan keşişləri, hər tinində qırmızı geyimli səyyar qəzet satıcıları, uzun, qara ətəkli -xanımları, uca boylu kişiləri, görkəmlərindən komplekssizlik yağan gəncliyi, par-par parıldayan zibilqabıları, üst-üstə yapışdırılmış afişalarla yamanan dər-divarı, kirli keçidləri, sarı avtobusları, xaçapuri qoxan kafeləri, Kür çayının kənarında salınan bulvarı ilə Tiflis elə həmin Tiflis idi. Bu şəhəri bəyənənlərin hərəsinin ayrı “bəhanəsi” var. Mənim “bəhanəm” Tiflisin insanı sıxmayan, tam əskinə onu öz içində əridən istiliyidir. Bakıda getdikcə itirdiyimiz istilik... Bakının mərkəzində insan özünü həddən ziyadə zəngin bir adamın evinə gəlmiş kasıb balası kimi hiss edir. Bu şəhər getdikcə bizə aidliyini itirir. Bakının bugünkü bər-bəzəyi insanda məmnunluq yaratmır. Çünki bu zər-ziba vətəndaşa çatımlı deyil. Burada istəklərlə imkanlar arasındakı ciddi təzad ruhu incidir. Paytaxtın və onun ətrafının bərabər olmayan mənzərəsi qıcıq yaradır. Bu sözləri sizə 7 babası Zərgərpalanda doğulan biri deyirsə, gör indi Bakını yaxın keçmişdə yurd edənlər üçün bura necə soyuq bir yerdi... Tiflis isə başqadır. Cibində 50 larin, yəni 25 manatın varsa, Tiflis sənindi. Film seyr et, kanatla gəz, ye, iç, hətta taksiyə min. İnsanın əli hər şeyə çatır. Taksi demişkən, Gürcüstanda benzinin litri 2 lari (1 manat) olsa da xidmət bizdəkindən ən azı 3 dəfə ucuzdur. Təsəvvür edin, Tiflis vağzalından Batumiyə təxminən 4 saata yaxın yol üçün sürücülər 65-70 lari (32-35 manat) istəyir. Bakıda “Baksovet”dən Neftçilərə taksiylə neçəyə gələ bilərsiz? Təxminən 15 manata. Deyilmi? Tiflisdə uzağı 10 lariyə - 5 manata. Benzini bizdən baha ölkədə niyə taksi xidməti bu qədər ucuzdu? Bəs, bizim bəzi qardaşlarımız deyir, dünyanın ən insaflı kəsimi müsəlmanlardı? O bir olan Allaha and olsun ki, Tiflis xristianla doludu. Özü də harda kilsə gördülər mütləq xaç çevirirlər. İnanmırsız, gedin gözünüzlə görün. Gürcüstanın taksi sürücüləri isə bir ayrı aləmdir. Ölkənin siyasi gündəmini bilmək istəyirsizsə, səyyar qəzetçilərdə rusca daha obyektiv yazan qəzet axtarmağa, internetdə vaxt itirməyə dəyməz. Elə taksiçiylə danışmaq yetərlidi. İş elə gətirdi ki, bu səfərdə də bir neçə dəfə taksiyə minəsi olduq. Hər dəfə də taksiçilər Azərbaycandan gəldiyimizi bilib bizimlə xeyli dərdləşdilər. Payızda keçiriləcək prezident seçkisindən danışdılar, siyasi qüvvələrin rəqabət imkanlarını müqayisə etdilər, fərqli siyasi qüvvələrin Gürcüstana nə verə biləcəyini izah etməyə çalışdılar. Ötən səfərdə olduğu kimi, bu dəfə də ən çox diqqətimizi çəkən vətəndaşların prezident Mixeil Saakaşvilinin hakimiyyətdən gedişini səbirsizliklə gözləmələri oldu. Gürcüstanda çoxları iddia edir ki, bu ilin sonu, uzağı gələn ilin ilk aylarında indiki prezident həbs ediləcək. Küçədə gül və kitab satışı ilə məşğul olan bir gürcü deyir ki, Saakaşvili 30 min vətəndaşı siyasi məhbus adı ilə türmələrə saldığının cəzasını mütləq çəkəcək. Yeni baş nazir Bdzina İvanişvili hakimiyyəti ələ alan kimi bütün siyasi məhbusları azad eləsə də gürcü cəmiyyətinin hirsi soyumayıb. Bu mövzuda kimi dindirirsən, hər kəs Saakaşvilinin siyasi hakimiyyətindən istifadə edərək yol verdiyi repressiyaya, qanunsuzluqlara görə cavab verməli olduğunu deyir. Gürcü jurnalistləri deyir ki, insanları Mixail Saakaşvilidən incik salan onun sözü ilə əməlləri arasındakı uyğunsuzluqdur. Gürcüstanda insanlar ona sözdə demokrat, əməldə despot deyir. Onların sözlərinə görə, demokratiya donu geyinən Mixail ölkəni rüşvət içərisində boğub, hüquq sistemini məhv edib, sahibkarların axırına çıxmaqla orta təbəqənin yaranması prosesini dayandırıb. Hüquq sisteminin kökü elə dağıdılıb ki, bir-iki ay öncə həbs edilən güc nazirlərindən Adamiyanın geniş korrupsiya əməllərinin üstü açılsa da prokurorluq ona qarşı tutarlı, əsaslandırılmış ittiham yazan müstəntiq tapa bilmir. Bu haqda danışan jurnalist Giya Çaladze deyir ki, korrupsiya faktını əsaslandıra bilməyən müstəntiqlər həbs müddətini uzatmaq üçün Adamiyaya Cinayət Məcəlləsinin tabeliyində olan şəxslərə qarşı təhqiramiz davranış maddəsi ilə ittiham irəli sürüblər... Korrupsiya hara, təhqiramiz davranış hara... Milli Şuranın 5 saat davam edən Tiflis müşavirəsinin bitməsini gözləyərkən söhbət etdiyim digər qəzetçi dostlar da Giyanın sözlərini təsdiq edir. Saakaşvili iqtidarı haqda daha ilginc informasiyalar əldə etmək üçün əks arqumentlər gətirirəm. Mişa sizə seçim imkanı verib, Gürcüstanın sivil cəmiyyətlərə inteqrasiyasını sürətləndirib, Azərbaycanla Gürcüstanın xeyrinə çox yaxşı bir bazarlıq edərək Avropanın enerji təhlükəsizliyi layihəsində uzunmüddətli yer alıb, bununla da ölkənin uzun illər sabit gəlir əldə etməsinə yol açıb, bu vəsaitlə ölkəni dirçəldib, infrastrukturu yeniləyib, turizmin inkişafına şərait yaradıb, ona haqsızlıq edirsiz deyirəm. Gürcü həmkarlarımı yaman hisləndirmişdim deyəsən... O qədər qeyzləndilər ki, hətta bəzisi ruscanı qoyub ana dilinə keçdi... Xarici telekompaniyalardan birinin yerli müxbiri olan xanım həmkarımın sözlərini həzm etmək isə yaman ağır oldu - dövlət başçısı hakimiyyətə elə siz dediklərinizi həyata keçirmək üçün gəlmirmi? Bunun üçün xalqa minnət qoymalıdırmı? Seçim hüququnu vətəndaşdan alan hakimiyyətin zülmünə dözmək ləyaqət hissini itirmək demək deyilmi? Bu xalq Saakaşviliyə inandı, onu 2 dönəm hakimiyyətdə saxladı, ancaq o, özünü demokratik prezident kimi yox, Gürcüstanın sərhədsiz sahibi kimi apardı. Bütün siyasi rəqiblərini qanunsuz yollarla sıradan çıxarmağa çalışdı. İndi deyirsiz, cəzasız qalmalıdır? Bəs o zaman hanı ədalət? Gürcü cəmiyyəti onu siyasi məhbus sayına görə Avropa lideri edən siyasi lideri necə bağışlaya bilər axı? Məgər biz o qədər acizik ki, 21-ci əsrdə xalqın hakimiyyətini qura bilməyək?\" Gəl indi yanıb yaxılma... Saakaşvilini açıq aşkar küncə sıxışdıran, xarizmasında heç vaxt sağalmayacaq dərin yara açan yeni baş nazir Bdzina İvanişvilidən isə vətəndaşlar hələlik razılıq edir. Son seçkilərdə səslərin önəmli çoxluğunu alan “Gürcü Arzusu”nun lideri haqqında hamı rəğbətlə danışır. Xüsusən yaxın günlərdə tibbi sığorta haqqında qərar qəbul edəndən sonra. Yeni hökumət istisnasız olaraq bütün vətəndaşların səhhətini 8 min larilik (4 min manat) sığortalayıb. Bu addımı ilə də “Gürcü Arzusu” bloku xalqdan böyük dəstək alaraq payız seçkilərində faktiki olaraq öz namizədinin qələbəsini təmin edib. Gürcüstanda belə düşünürlər ki, bir çox köhnə siyasətçilər, məsələn köhnə spiker Nino Burcandaze də, prezidentliyə iddia eləsələr də onların seçilmə şansı hakimi komanda üzvünün şansından çox aşağıdır. Tiflisdə olarkən Borçalıdan olan soydaşlarımızla da görüşdük. Moskvadan Gürcüstan paytaxtına gələn Milli Şura sədrini hava limanında məhz onlar qarşılamışdı. Durumlarını, hökumətlə necə anlaşdıqlarını xəbər alanda öyrəndik ki, öncəkilərlə müqayisədə yaxşılığa doğru irəliləyiş var. soydaşlarımızın sözlərinə görə, İvanişvili iqtidarı Gürcüstanda hər zaman çox qatı şəkildə hiss edilən millətçilik ruhunda köklənmədiyi üçün Gürcüstanda yaşayan xalqlar, o sıradan türklər özlərini daha rahat hiss edirlər. Hakimiyyət onların ölkənin ictimai-siyasi həyatında daha yaxından rol almasına imkan verir. Ən azı səslərini eşidib, dərdlərini dinləyən var. Soydaşlarımız özləri də etiraf edir ki, bir sıra hallarda problemlər öz içlərindən yaranıb. Uzun illər təhsillə bağlı məsələnin çözülməməsi Borçalını Gürcüstandan qopardıb. Buna qədər Azərbaycan dilində təhsili vacib sayan soydaşlarımız artıq dərk etməyə başlayır ki, yaşadıqları ölkənin dilini bilməmələri onları yaşadıqları cəmiyyətin bərabərhüquqlu üzvü olmaqdan uzaqlaşdırır. Bu səbəbdən soydaşlarımız yeni hökumət qarşısında konkret təkliflərlə çıxış etməyə hazırlaşır. Borçalı camaatından onu da öyrəndik ki, yeni hökumətə çoxsaylı müraciətlərindən sonra yaşadıqları ərazilərdə vətəndaşların mülkiyyət hüquqları ilə bağlı problemlər nisbətən çözülməyə başlayıb. Əgər Saakaşvili düşərgəsi hakimiyyətləri dönəmində hektarlarla Borçalı torpağını iş adamlarına, hətta əcnəbilərə satırdısa, yeni iqtidar bu prosesi dayandırıb. Səslərinin eşidilməsi isə əhalini xeyli ruhlandırıb. Bir sözlə, Tiflisi yaxşı gördüm. Maşallah olsun. Çevrəmizdəki ölkələrin demokratik inkişafının hər halda Azərbaycana faydası var. Könül istərdi ki, qonşu ölkələrə nümunə elə özümüz olaydıq. Demokratik dəyərlərə sayğıdan, insana verilən dəyərdən danışılanda Azərbaycanı misal çəkəydilər. Ancaq biz bu durumdan çox uzağıq. Kasıb, ancaq qürurlu və azad, şərəfi ilə oynayanlara gərəkli dərsi vermək üçün özündə hər zaman təpər tapar gürcü cəmiyyəti ilə daha yaxından tanış olduqca bu daha aydın sezilir. Azərbaycan nefti, Gürcüstan isə mineral suları ilə məşhurdur. Dünya bazarında mineral su neftdən on dəfələrlə bahadır. Ancaq iki ölkənin durumunu müqayisə edəndə görürsən ki, suyun gətirdiyi dəyərlər neftin qazandırdığı milyardlardan çox dəyərlidir. Lap çox. Gürcüstanla Azərbaycan qədər... Aygün MURADXANLI MUSAVAT.COM  







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər