logo
RU

Qafqaz

Rusiyanın Cənubi Qafqazda planı nədir?

img




Vəfa Quluzadə: «Hələlik Ermənistana və Azərbaycana münasibətini dəyişmir» Ermənistanda antiRusiya əhvalı güclənməkdədir. Son vaxtlar yerli mətbuatda da Rusiyanın bu ölkəyə qarşı siyasəti tənqid hədəfinə çevrilib. Bir müddət əvvəl isə Rusiyanın Ermənistana satdığı qazın qiymətinin artırılması ilə bağlı etirazlar oldu. Hətta hakim partiyanın rəhbərlərindən biri gözlənilmədən Rusiyanın ünvanına kəskin ifadələr işlədərək Moskvanın asanlıqla Ermənistanda vəziyyəti qarışdıra biləcəyini dedi. Rusiyanın Ermənistana münasibətinin dəyişdiyini iddia edən erməni mətbuatı bunu ölkənin Avropa Birliyi ilə həm azad ticarət haqqında saziş, həm də Şərq  Tərəfdaşlığı proqrammı çərçivəsinlə müqavilə imzalamaq niyyəti ilə izah edir.  Bu arada Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanın Azərbaycanda çevriliş hazırlamağı planlaşdırdığını deyib.  Bəs Rusiyanın Cənub Qafqazla bağlı hansı planları var və Moskva regionda siyasətini dəyişə bilərmi? Politoloq Vəfa Quluzadə hələlik Rusiyanın Ermənistana və  Azərbaycana münasibətinin dəyişmədiyini deyir. Çünki Moskva Cənubi Qafqaza nəzarəti itirmək fikrində deyil. Ona görə də Ermənistanla hərbi əlaqələrini və bu ölkəyə nəzarəti saxlayacaq. Eyni zamanda Azərbaycanda seçkiqabağı vəziyyətdən istifadə edib müəyyən imtiyazlara nail olmağa cəhd edəcək.  Saakaşvilinin bəyanatına gəldikdə isə ekspert artıq hakimiyyətdən getməyə hazırlaşan Gürcüstan prezidentinin şəxsi maraqlarından çıxış etdiyini bildirdi.  Ekspert hesab edir ki, yaxın zamanlarda Azərbaycana səfər edəcək Rusiya prezidenti Putinin etirazla qarşılanması məqsədəuyğun olardı: “Azərbaycanda yaxşı vətəndaş cəmiyyəti mövcud olsaydı, Putin Amerika prezidentlərinin bir çox Latın Amerikası ölkələrində qarşılandığı kimi qarşılanardı. Çünki erməniləri silahlandıran, ermənilərin əli ilə Azərbaycan torpaqlarını işğal edən Rusiyadır. Heç olmasa Qarabağ icması Putini etirazla qarşılamalıdır”. Ekspert 1998-ci ildə atılan oxşar addımı da xatırlatdı: “Həmin vaxt Rusiya Ermənistana bir milyon dollarlıq silah ötürmüşdü. Mən dövlət müşaviri və təhlükəsizlik şurasının üzvü kimi diplomatik korpusla məşğul olurdum. Qərara gəldim ki, Rusiya səfirliyinin qarşısında izdihamlı mitinq keçirim. 10-15 şüar hazırlayıb o zamankı mer Rafael Allahverdiyevə bu barədə göstəriş verdim. Ancaq o Heydər Əliyevin tapşırığı olmadan bunu edə bilməyəcəyini dedi. Gülhanədə müalicədə olan Heydər Əliyevlə danışdım. O da təhlükəsizlik şurasının toplantısını çağırmağı tapşırdı və oradan bu işləri görməyi tapşırıq verdi. Rusiya səfirliyinin qarşısında böyük mitinq keçirdim. Səfir Bloxin səhər yuxudan ayılanda dəhşətə gəldi. Dedi bilirəm bunu Quluzadə təşkil edib. Səfir Xarici Işlər Nazirliyindən tapşırıq almadan addım ata bilməzdi. Şənbə günü olduğundan Moskvadan tapşırıq alana qədər xeyli vaxt keçdi, aksiya bir saat davam etdi. Sonra Moskvadan icazə verdilər ki, səfirlik bəyannaməni aldı. Onda bu mitinqi müxalifətlə iqtidarın bir yerdə keçirməsini istəyirdim. Ancaq razılıq olmadı ki, müxalifət bunu öz adına çıxara bilər. Bu Rusiya səfirliyi qarşısında MDB tarixində yeganə izdihamlı mitinq idi. Indi Putin Azərbaycana gəlir. Dağlıq Qarabağ Rusiyanın köməyi ilə işğal altındadır. Ona münasibət bildirmək lazımdır. Ancaq hamı, müxalifət də, iqtidar da seçki barədə düşünür. Ümummilli məsələlər də var. Bu barədə də düşünmək lazımdır. Putinə belə münasibət sərgiləyib Dağlıq Qarabağın azad edilməsini tələb edək üçün ən gözəl vaxtdır”  Legion.az 







Xəbər lenti

img Hadisə
DİM onlayn imtahanların ilk sınağını keçirdi

2020-06-06 / 17:34:27
img Günün xəbərləri
Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər (RƏSMİ)

2020-06-06 / 17:33:25
img Günün xəbərləri
Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışdı, kəndlər susuz qaldı

2020-06-06 / 17:31:01
img Günün xəbərləri
Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü

2020-06-06 / 17:29:09
img Cəmiyyət
“İki günlük qadağaya görə aylıq ərzaq almağa ehtiyac yoxdur”

2020-06-06 / 17:28:04
img Hadisə
İlk milyarder futbolçu - Kriştianu Ronaldu

2020-06-06 / 11:31:59
img Günün xəbərləri
Bu gün avtomobil sürmək qadağandır - CƏRİMƏ VƏ HƏBS...

2020-06-06 / 11:17:19
img Günün xəbərləri
Həftəsonu küçəyə çıxanları hansı cəzalar gözləyir?

2020-06-06 / 11:15:28
img Cəmiyyət
“İşə velosipedlə gedib-gəlin“ - DYP rəsmisi

2020-06-06 / 11:14:32
img Ölkə
2 gün üçün 5 günlük çörəyi kimlər alır və ya varlılar anlamaz...

2020-06-06 / 11:07:32
img Günün xəbərləri
Belə getsə, vəziyyət nəzarətdən çıxa bilər... - Alim

2020-06-06 / 11:04:56
img Ölkə
Şəxsi avtomobildə maskadan istifadə etməklə bağlı rəsmi açıqlama

2020-06-06 / 11:03:00
img Sosial
Azərbaycanda bu gün işləyən dövlət qurumlarının siyahısı

2020-06-06 / 11:01:38
img Ölkə
Azərbaycanda küçəyə çıxmaq qadağası başladı

2020-06-06 / 10:59:29
img Dünya
Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olundu

2020-06-06 / 10:57:54
img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04
img Günün xəbərləri
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI

2020-06-05 / 16:03:34

Bütün xəbərlər