logo
RU

Son dəqiqə

“Socar” ın Rumıniyadakı təmsilçisi haqda ilginc faktlar -1-ci hissə

img




Mahmud Rasimoğlunun təqdimatında Xatırladaq ki,bu yaxınlarda Qafqazregion.az -ın manşet səhifəsində anons verilmişdi.Həmin anonsda verilən mövzulardan biri ilə bağlı  Mahmud Rasimoğlunun jurnalist araşdırmasını oxuculara təqdim edirik: Əvvəla ondan başlayım ki, söhbət açacağım məsələ Azərbaycanda gündəmdə olaraq qalır. Belə ki, əgər bizim ölkədə kimsə məmurdursa deməli onun oğlu da xarici ölkədə Azərbaycanı elə pullu,yaxşı yerdə təmsil etməlidir ki,nə onun Azərbaycandakı məmur atası, nə də onu həmin vəzifəyə təyin edən rəhbəri ondan narazı qalmasın.Bir neçə gün öncə apardığım jurnalist araşdırması sona çatdığı üçün sizlərə bu yazının 1-ci hissəsini təqdim edirəm. Birincisi qeyd etmək istəyirəm ki, yazımın qəhrəmanları Salyan rayonunun icra başçısı Tahir Kərimov,qardaşı Qabil Kərimov, oğulları Həmzə Kərimov, Tural Kərimov,baldızı oğlu Rəşad Abbasov və digərləridir. Ən əsas ondan başlayım ki,Salyanın icra başçısı Tahir Kərimov “Fırtına” ləqəbli Həsənin doğmaca bacısı oğludur və dayısı demək olar ki, hər həftə Tahir Kərimova mesaj yollayır ki,bacıoğlu onun qulluğunda dursun. Qulluğunda dursun, yoxsa... Bax o yoxsanı yaza bilməyəcəm… Yəqin ki, özünüz başa düşdünüz. Axı o ağsaqqalın ləqəbi “Fırtına” dır. Ola bilsin ki,elə bir tanınmış insanın bacısı oğlu olduğuna görə Tahir Kərimov çox istedadlı və uzaqgörən insandır. O hətta, öz uzaqgörənliyinin sayəsində o vaxt öz oğlu Həmzə Kərimovu Rumıniyaya oxumağa göndərib. Həmzə Kərimov da öz növbəsində  qarşısına məqsəd qoyur ki,Rövnəq Abdullayev “Socar” ın prezidenti olsa, o da  atasının köməkliyi ilə nəyin bahasına olur-olsun “Socar” ın həmin ölkədəki nümayəndəliyinin rəhbəri olmalıdır.  …Və sonradan elə də olur. Həmzə Kərimov “Socar” ın Rumıniya nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin olunan kimi, qardaşını,xalası uşaqlarını ,bir sözlə bütün qohum-əqrəbəsini yığıb qətirir  “Socar” ın Rumıniyadakı nümayəndəliyinə. Qeyd edək ki, Tahir Kərimovun uzaqgörənliyi bununla bitmir. O öz qardaşı, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi  nin keçmiş əməkdaşı,sonradan məhküm olunaraq 5 il həbs cəzası çəkən  Qabil Kərimova məsləhət görür ki, qetsin ictimai birlik yaratsın,çünki, gələcəkdə kim bilir nə ola bilər. Vəzifəyə daimi ümid etmək olmaz,deyir ,vəzifə bu gün var,sabah yoxdur.Belə bir məsləhəti Tahir Kərimov vaxtı ilə  oğlu Həmzə Kərimova da verib.  Həmzə Kərimov uzun illərdi Rumıniyanın vətandaşlığını almaq istəyir ki,ikili vətandaşlıq statusunu əldə etsin. Həm də fikirləşir ki, “Socar”a çox ümüd etmək olmaz,sabah olmadı belə,oldu başqa cür. “Heç olmasa Rumıniyanın vətandaşı olmağım gələcəkda mənə kömək olar. Səhər Bakıdan audit gəlib fəaliyyətimizi yoxlayanda özümüzə çıxış yolu tapa bilək”,- o düşünür. Həmzə Kərimovun həmişə bir devizi olub: “Mən Avropanı qoyub Azərbaycanda heç zaman yaşamaram”. Onu da qeyd edək ki,Uzun illərdir Rumıniyada yaşayan Həmzə Kərimov həmin ölkədəki keçmiş səfirimiz Eldar Həsənov ilə tez-tez  baş-başa gəlirmiş. O hətta cürət edib cənab səfirdən Bakıya tez-tez  anonim məlumatlar da göndərib. Bizi izləyin ,gələn yazımızda “Julian Berezko və onun həyat yoldaşı Dorina Berezko kimlərdi?”,”Kimlər “Socar” a Botoşanidə yararsız,lazımsız petrol məntəqələrini kimlərin vaistəçiliyi ilə satıb?”, “Həmzə Kərimovun qaynatası hansı qətli sifariş etdiyinə gorə həbs olunub?”, “Rumıniyadakı səfirliyimizin əməkdaşı Elşən Bağırov, səfirlikdəki iş yerini niyə həmin ölkədəki”Socar” ın numayəndəliyindəki iş yerinə dəyişdi?” və digər  mövzularda maraqlı faktları sizlərə təqdim edəcəyik. Rasimoğlu  







Xəbər lenti

img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06
img Dünya
ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

2020-01-23 / 11:00:57
img Hadisə
Rüşvətə görə işdən qovulan polis öldü - FOTO

2020-01-23 / 10:59:32
img Ölkə
Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ

2020-01-23 / 10:58:03
img Dünya
Yeni virusa görə karantin elan olundu

2020-01-23 / 10:54:46
img Günün xəbərləri
Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ

2020-01-22 / 18:39:04
img Dünya
Səmərqənddə qadın onu evindən çıxarmağa gələn prokurorları yandırdı

2020-01-22 / 18:35:30
img Cəmiyyət
3 uşağıyla evdən qaçan ana sığınacağa yerləşdirildi: “Uşaqların dodaqları əsir...”

2020-01-22 / 18:34:13
img Ölkə
FIFA: Azərbaycan klubları transferlərdən 100 min dollar ziyana düşüb

2020-01-22 / 18:32:49
img Manşet xəbərləri
Rusiya demokratiya indeksinə görə dünyada 134-cü yeri tutdu

2020-01-22 / 18:31:29
img Dünya
Putin rus analarına dəstək üçün 1 trilyon ayırdı

2020-01-22 / 18:29:41
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

2020-01-22 / 18:29:07
img Ölkə
Zooparkdakı təmirə görə heyvanlar bu ərazidə saxlanılır

2020-01-22 / 15:21:47
img Ölkə
Azərbaycandan bu ölkəyə yeni qatar reysi açıldı: Gediş pulsuzdur

2020-01-22 / 15:19:16
img Günün xəbərləri
İranın daha bir komandiri öldürüldü

2020-01-22 / 15:14:31
img Dünya
İsrail: "İordan vadisini diplomatik yolla ilhaq etməyə hazırıq"

2020-01-22 / 15:13:14
img Dünya
Yunanıstanda ilk dəfə qadın prezident seçildi

2020-01-22 / 15:11:27
img Dünya
İki ordu üz-üzə: ABŞ əsgərləri rusların yolunu kəsib geri qaytardı

2020-01-22 / 15:09:12
img Dünya
Netflix abunəçilərinin sayı 167 milyona çatdı

2020-01-22 / 15:07:54
img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38

Bütün xəbərlər