logo
RU

Manşet xəbərləri

İki lokomotivçi Məmmədovun taleyi

img




az xatırladır ki,bir müddət əvvəl Ynp.az- da Dövlət Dəmiryolu İdarəsində yüksək vəzifə tutan məmurlar haqqında ilginc məlumatların əks olunduğu  “İki lokomotivçi Məmmədovun taleyi”adlı silsilə yazılar getmişdir və 3 hissədən ibarət bu yazılar oxucuların böyük marağına səbəb olmuşdur.Qafqazregion.az  gündəmdən düşməyən,aktuallığını indi  də itirməyən yazıları oxumaq üçün tapmaqda çətinlik çəkən çoxsaylı oxucuların,ələlxüsus dəmiryoçuların xahişini nəzərə alaraq həmin silsilə yazıları yenidən təqdim edir: “Yeni Nəsil” Portalı Dövlət Dəmiryolu İdarəsinin “arxiv”ini eşələməkdə davam edir. Dəmiryolu idarəsinin rəisi Arif Əsgərovla bağlı hazırladığımız yazının oxucularda böyük maraq doğurduğunu nəzərə alaraq, bu idarə və onun keçmiş rəhbərləri haqqında araşdırmalarımızı genişləndirmək qərarına gəlmişik. Nəzərə alsaq ki, Azərbaycan oxucusu iri məmurların keçmiş həyatları, vəzifə pillələrində necə yüksəlməsi və karyerasını necə qurması ilə hər zaman maraqlanır, bu baxımdan bizim bu araşdırmalarımızın oxucuların ürəyindən olacağı heç bir şübhə doğurmur. YNP.AZ-IN ın bu dəfəki araşdırmasında hazırda nəqliyyat naziri pilləsinə qədər yüksəlmiş, keçmiş dəmiryolçu Ziya Məmmədov və onun həmsoyadı, dəmiryolu idarəsində uzun illər yüksək vəzifədə işləmiş Vahid Məmmədovun dəmiryolçu “papka”sını “eşələyib”. Adı çəkilən şəxslərin dəmiryolçu kimliklərindən və xatirələrindən bizə bəhs edən qaynağımızın sözlərinə görə, nəqliyyat naziri Ziya Məmmədov, həmçinin, digər Məmmədov olan Vahid Məmmədov öz peşə fəaliyyətlərinə Biləcəri Lokomotiv Deposundan başlayıblar. 1980-cı illərin əvvələrində Ziya Arzuman oğlu Məmmədov və Vahid Məmmədgəncəli oğlu Məmmədov Biləcəri Lokomotiv Deposunda lokomotivçi olaraq karyeralarına başlayırlar; Ziya Məmmədov maşinist köməkçisi, Vahid Məmmədov isə maşinist kimi. İş həyatlarının ilk günlərindən bu iki gənc dost olub, bir-birilərinin xeyrində-şərində yaxından iştirak ediblər. Aradan bir neçə il keçdikdən sonra 80-cı illərin sonlarında Vahid Məmmədov Biləcəri Lokomotiv Deposuna, Ziya Məmmədov isə Gəncə Lokomotiv Deposuna rəis təyin olunurlar. Çox keçmədən, Vahid Məmmədovu dəmiryol idarəsinin lokomotiv xidmətinin rəisi vəzifəsinə gətirirlər. Bunun ardınca isə o Bakı Dəmiryol Hissəsinin rəisi təyin olunur. Qeyd edək ki, o zaman Yalamadan Astara və İmişliyə qədər bütün dəmiryolu Bakı dəmiryol hissəsinin tabeçiliyində idi. Həmin illərdə dəmiryolu idarəsi 3 hissədən ibarət idi; Bakı, Gəncə və Naxçıvan. V.Məmmədov yeni vəzifəyə gətirildikdə isə onun keçmiş vəzifəsinə Gəncədən Ziya Məmmədov gətirilir. Məmmədovlardan biri dəmiryol idarəsinin Bakı hissəsinin, digəri isə dəmiryolu lokomotiv xidmətinin rəisi olur. Kifayət qədər yüksək vəzifəyə gətirilən V.Məmmədov 1989-cu ildə Azərbaycan SSR-nin Ali Məclisinə keçirilən seçkilərdə Biləcəridən deputatlığa namizədlik verərək, Ali Sovetə seçilir. Həmin seçkilərdə V.Məmmədovdan savayı Dəmiryol İdarəsinin o zamankı rəisi Elbrus Abdullayev da Xanlar rayonundan deputatlığa namizəd olur, ancaq Ali Sovetə seçilə bilmir.  Bunun ardınca isə idarə rəisinin hissə rəisinə qarşı amansız təqibi başlayır. Özü deputat seçilə bilmədiyi halda Bakı hissəsinin rəisinin Ali Sovetə düşməsini həzm etməkdə çətinlik çəkən Dəmiryolu İdarəsinin rəisi V.Məmmədova qarşı tədbirlər görməyə başlayır. Hətta hər kəs tezliklə V.Məmmədovun vəzifəsini itirəcəyi proqnozunu verir. Qaynağımızın sözlərinə görə, həmin ərəfədə dəmiryolu idarəsinin rəhbər şəxslərini otağına çağıraraq, onları danlayan E.Abdullayevun qəzəbindən işçiləri o zamanlar Ucar dəmiryolu stansiyasının rəisi işləyən Namiq Məmmədov xilas edir. O, idarə rəisinə deyir ki, əgər siz Ucar rayonundan namizəd olsaydınız, sizi rayonda Leninin Finlandiyada qarşılandığı kimi qarşılayardıq, siz də Ali Sovetə seçilərdiniz. Bundan sonra E.Abdullayev işçilərinə qarşı qərəzini dayandırır. 1990-cı il 20 Yanvar hadisələrindən sonra Əbdürrəhman Vəzirovun hakimiyyətdən getməsi və yerinə Ayaz Mütəllibovun gəlməsi də V.Məmmədovun karyerasına təsirsiz ötüşmür. Belə ki, A.Mütəllibov hakimiyyətə gəlməsə idi, V.Məmmədov yəqin ki, vəzifəsini itirəcəkdi. E.Abdullayev dəmiryolu idarəsinin Bakı hissəsini ləğv etdirmək istəyirdi. Ancaq V.Məmmədov buna qarşı tədbir görərək, o zamanlar A.Mütəllibovla yaxın münasibətləri olan bir xanıma çıxış tapır, həmçinin, o dövrdə Ali Sovetin deputatı olan Vahid Əhmədova müraciət edir. A.Müttəlibov də yaxın münasibətləri olan xanımın sözünü yerə salmayaraq, E.Abdullayeva Bakı hissəsini bağlamamaq barədə göstəriş verir. Beləliklə, Vahid Məmmədovun idarəsi daha 3 ay işləyir. 3 ay sonra isə Dəmiryolu İdarəsinin rəisi E.Abdullayev tərəfindən ləğv edilir. V.Məmmədov Bakı hissəsinin rəisi işləyən zaman Z.Məmmədovdan savayı başqa 3 şəxslə də yaxın dostluq edirmiş. Onlar - Vaqif Məmmədov, Nadir Əliyev və Volodya Karnilovdur. Və bəlkə də V.Məmmədov bu 3 dostunu Z.Məmmədovdan daha üstün tutduğu üçün həyatda öz yolunu tapa bilmir. Vahid Məmmədov Bakı hissəsinin rəisi işləyəndə Vaqif Məmmədov həmin qurumda psixoloq işləyirdi və həmin vəzifəyə də Vahid Məmmədovun əmri ilə gətirilmişdi. V.Məmmədov psixoloqluqdan savayı Biləcəri Dəmiryolçular Parkında “Çinar” adlı gözəl bir kababxana da işlədirmiş. Vahid Məmmədov da öz növbəsində bu kababxananın hörmətli qonaqlarından biri imiş. Vahid Məmmədovun yuxarıda adı çəkilən 3 nəfərlə dostluğu o qədər yaxın imiş ki, onlar Ziya Məmmədovdan xəbərsiz həftəsonunda futbol oynayar, saunada dincələr, xaş qonaqlığına gedərmişlər. Ancaq “sən saydığını say, gör fələk nə sayır”. E.Abdullayev Vahid Məmmədovu vəzifədən çıxardıqdan sonra dostları ona soyuq davranmağa başlayırlar. Vəzifədə olanda aralarından su keçməyən dostlar artıq bazar günləri futbol oynamır, saunaya getmirlər.Hətta onların xüsusi xaş qonaqlıqları artıq  Vahid Məmmədovdan xəbərsiz,gizlincə  keçirilir.Vaxtilə Ziya Məmmədovla aralarında soyuqluq yaratdığına peşman olan Vahid Məmmədovun artıq onunla yenidən münasibət yaratmağa isə üzü gəlmir. ...Dəmiryolu idarəsindəki vəzifəsini itirsə də, Ali Sovetin deputatı olaraq qalan Vahid Məmmədov uzun illər öyrəşdiyi qara “Volqa”sını belə itirmişdi. O, artıq evdən Milli Məclisə o zamanlar Biləcəridə işləyən 69 nömrəli avtobusla gedib gəlirdi… Legion.az dəmiryolçuların “xatirə dəftərlərini” vərəqləməyə davam edəcək…Bizi izləyin...







Xəbər lenti

img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06
img Dünya
ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

2020-01-23 / 11:00:57
img Hadisə
Rüşvətə görə işdən qovulan polis öldü - FOTO

2020-01-23 / 10:59:32
img Ölkə
Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ

2020-01-23 / 10:58:03
img Dünya
Yeni virusa görə karantin elan olundu

2020-01-23 / 10:54:46
img Günün xəbərləri
Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ

2020-01-22 / 18:39:04
img Dünya
Səmərqənddə qadın onu evindən çıxarmağa gələn prokurorları yandırdı

2020-01-22 / 18:35:30
img Cəmiyyət
3 uşağıyla evdən qaçan ana sığınacağa yerləşdirildi: “Uşaqların dodaqları əsir...”

2020-01-22 / 18:34:13
img Ölkə
FIFA: Azərbaycan klubları transferlərdən 100 min dollar ziyana düşüb

2020-01-22 / 18:32:49
img Manşet xəbərləri
Rusiya demokratiya indeksinə görə dünyada 134-cü yeri tutdu

2020-01-22 / 18:31:29
img Dünya
Putin rus analarına dəstək üçün 1 trilyon ayırdı

2020-01-22 / 18:29:41
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

2020-01-22 / 18:29:07
img Ölkə
Zooparkdakı təmirə görə heyvanlar bu ərazidə saxlanılır

2020-01-22 / 15:21:47
img Ölkə
Azərbaycandan bu ölkəyə yeni qatar reysi açıldı: Gediş pulsuzdur

2020-01-22 / 15:19:16
img Günün xəbərləri
İranın daha bir komandiri öldürüldü

2020-01-22 / 15:14:31
img Dünya
İsrail: "İordan vadisini diplomatik yolla ilhaq etməyə hazırıq"

2020-01-22 / 15:13:14
img Dünya
Yunanıstanda ilk dəfə qadın prezident seçildi

2020-01-22 / 15:11:27
img Dünya
İki ordu üz-üzə: ABŞ əsgərləri rusların yolunu kəsib geri qaytardı

2020-01-22 / 15:09:12
img Dünya
Netflix abunəçilərinin sayı 167 milyona çatdı

2020-01-22 / 15:07:54
img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38

Bütün xəbərlər