logo
RU

Hadisə

Diqqət : Sumqayıtda əsgər analarını aldadıb pul yığan dələduz peyda olub!

img




Modern.az xəbər verir ki, bu şəhərdə bir nəfər şəxs hərbi xidmətdə olanların adından istifadə edərək valideynlərdən pul yığır. Həmin şəxsin artıq xeyli adamı aldatdığı məlum olub. Belə ki, özünü yalandan “çavuş” kimi qələmə verən dələduz əsasən 11-ci mikrorayon ərazisində kimin yeni əsgər getdiyini öyrənərək hərbi çağırışçının adını, ev ünvanını dəqiqləşdirib valideynlərə əsgər yanından gəldiyini söyləyir. Qondarma ad və soyaddan istifadə edən bu şəxs valideynləri aldadaraq imkansız adamlardan 30, bir balaca imkanı olan əsgər valideynlərindən isə 50 manat pul istəyir. Məbləğin bir hissəsinə əsgər çəkməsi alacağını, qalan hissəsinin isə əl xərcliyi kimi istədiyini söyləyir. Valideynlər isə yenicə hərbi xidmətə yollanmış övladlarından xəbərsiz olduqlarından fırıldaqçıya inanaraq istədiyi məbləği ona verirlər. Saytın əməkdaşının yaxınlarından birinin üzləşdiyi bu hadisə qonşuluqda olan digər insanların da başına gəlib. Hadisə şahidlərindən biri deyir ki, oğlu hərbi xidmətə yeni getdiyindən onunla heç cür əlaqə saxlaya bilməyib. Özünü Eldar kimi təqdim eləyən “çavuş”un oğlunun yanından gəldiyini biləndə ona əməlli-başlı hörmət edib: “Deyəndə ki, oğlumun yanından gəlib evə dəvət etdim, süfrə açdım. Gedəndə də əsgərə nə lazım olursa, hamısından az-az da olsa, bazarlıq edib verdim. 50 manat da pul verib dedim ki, çəkmə alandan sonra yerdə nə qalsa, oğluma verərsən. Andiçməsinə gələndə sənin də hörmətini eləyərəm. Sonradan bildim ki, aldadılmışam. Heç demə, mənim kimi o biri binadakı qonşunu da aldadıblar”. Artıq ikinci oğlunu hərbi xidmətə yola salan Nigar Məmmədova da qonşuları ilə söhbətdə həmin fırıldaqçı tərəfindən aldadıldığını deyib: “Mənə də eyni sözləri deyərək 30 manat pul aldı. Dedi ki, guya havalar isti olduğundan oğlum yay üçün əsgər çəkməsi istəyib. Mən də düşünmədən pulu verdim. Amma sonra oğlumla telefonda danışanda bilmişəm ki, heç çəkmə-filan istəməyib. Məndən alınan pul da oğluma gedib çatmayıb. İş burasındadır ki, fırıldaqçının üzünü özüm görmüşəm. Bir də buralarda görsəm polisə təhvil verəcəyəm”.  







Xəbər lenti

img Günün xəbərləri
Kasıblıqdan milyonlara doğru və aşağı

2020-01-25 / 20:08:34
img Qafqaz
"7 rayonun qaytarılma sənədi var, müzakirədədir" - Paşinyan

2020-01-25 / 20:07:16
img Hadisə
Bakıda itin dişlədiyi məktəbli öldü

2020-01-25 / 20:05:50
img Günün xəbərləri
Qurban Yetirmişli: "Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir"

2020-01-25 / 20:04:52
img Cəmiyyət
Mütəxəssislərdən rusiyalılara qorxulu xahiş: “Bu qidalardan uzaq olun...”

2020-01-25 / 20:01:23
img Dünya
Eyni gündə ölən adamların meyitləri səhv düşdü

2020-01-25 / 19:59:21
img Dünya
Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEO

2020-01-25 / 17:21:15
img Dünya
"Ukrayna təyyarəsini vuran şəxs həbsdədir"

2020-01-25 / 17:20:06
img Cəmiyyət
Müəllim şagirdin çəkdiyi rəsmə müdaxilə etdi: Ölkə ayağa qalxdı!

2020-01-25 / 17:18:25
img Dünya
Özbəkistanın yeni hökuməti təsdiqləndi

2020-01-25 / 17:15:12
img Sosial
Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır?

2020-01-25 / 17:13:43
img Ölkə
Hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

2020-01-25 / 11:13:38
img Ölkə
Tətil başladı: 9 gün dərs olmayacaq

2020-01-25 / 11:12:49
img Günün xəbərləri
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı

2020-01-25 / 11:10:54
img Dünya
Lukaşenko: “Rusiya Belarusu böyrü üstə qoydu”

2020-01-25 / 11:10:17
img Dünya
Conson Brexit sazişini imzaladı

2020-01-25 / 11:09:25
img Dünya
2020-ci ilin ən bahalı brendlərinin TOP 10-luğu

2020-01-25 / 10:59:43
img Günün xəbərləri
Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı - Yaralılar var

2020-01-25 / 10:52:26
img Manşet xəbərləri
Yerə potensial təhlükəli asteroid yaxınlaşır

2020-01-25 / 10:50:50
img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10

Bütün xəbərlər