logo
RU

Manşet xəbərləri

Rəssam Şamil Həsənov oğurlanmış əsərləri ilə bağlı baş prokurora müraciət etdi

img




Xəbər verdiyimiz kimi bu yaxınlarda tanınmış rəssam Şamil Həsənov Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etmişdir. Müraciətdə qeyd olunurdu ki, Ərəbov Rövşən Kazım oğlu adlı şəxs onun emalatxanasına gələrək oradan Şamil Həsənova məxsus əsərləri və digər bahalı əşyaları aparmışdır. Qafqazregion.az bildirir ki, Bununla bağlı keçən həftə Bakı BPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov Şamil Həsənovu gəbul edərək dinləmişdir. Əvvəlki yazılarımızda  Şamil Həsənovun Bakı BPİ-nin rəis müavinnin qəbulunda olarkən rəis müavininin Yasamal RPİ-dəki təhqiqatçı ilə əlaqə saxladığını, təhqiqatçının  isə  güya onlarda arxivin 3 ildən sonra yandırılmasını və \"biz sizə heç nə ilə  kömək edə bilmərik ,çünki sizin müraciətinizin vaxtı keçib\" deməsini  qeyd etmişdik. Tanınmış rəssam Daxili İşlər Nazirliyində bu məsələnin qeyri -obyektiv araşdırıldığına görə Baş prokuror Zakir Qaralova müraciət edib. Həmin müraciəti  olduğu kimi oxuculara  təqdim edirik:  “Cənab Baş Prokuror! Mən 1969-cu ildən SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Mənim rəsm əsərlərim dünyanın 29 ölkəsində müxtəlif kolleksiyalarda saxlanılır. 2008-ci il 30 dekabr tarixdə axşam saat 21-00 radələrində tanışım Rövşən və tanımadığım bir nəfərlə əsərlərimlə tanış olmaq üçün İnşaatçılar prospekti, 28 ünvanda yerləşən emalatxanama gəldi. Xüsusi vasitələrdən istifadə edərək məni halsız vəziyyətə salaraq barmağımdakı brilliyant üzükləri, 20 ədədə yaxın rəsm əsərlərimi, 2 ədəd qiymətli-qədimi gümüş vazanı, gümüş şamdanı, 1 ədəd XIX əsrə aid olan boşqabı, Çin vazalarını, qiymətli viski içkisini və digər qiymətli əşyaları oğurlayıb aparıb. Bu hadisədən dəhşətli psixoloji sarsıntı keçirdiyim üçün baş verənləri hətta öz ailə üzvlərimlə də bölüşmürdüm. Xeyli müddət şokda oldum. Nəhayət yaxın bir dostum mənə məsləhət bildi ki, polisə müraciət elə. Və mən 25 fevral 2009-cu il tarixdə Yasamal RPİ-nin ərazisində yaşadığım 26 saylı Polis Bölməsinə rəsmi qaydada müraciət etdim. Ərizəmin qəbulu barədə 05.02. 2009-cu il tarixli, 000831 saylı talon var. Sonra işə baxılmadığı üçün hadisənin baş verdiyi 27 saylı Polis Bölməsinə müraciət edim. Oradan isə məni Yasamal RPİ-ə göndərdilər. Orda isə məni heç içəri də buraxmadılar. Cənab Baş prokuror! Bir ay öncə daxili işlər naziri Ramil Usubov cənablarına müraciət elədim. Müraciətdən sonra məni Bakı Şəhər Baş Polis İdarəsinin rəsi müavini general Elxan Həsənov qəbul etdi. Qəbuldan bir həftə sonra mənə bildirdilər ki, 3 il keçdiyinə görə arxivlər yandırılıb və cinayət işi açmaq olmur. Eyni zamanda Bakı ŞBPİ-nin təhqiqatçısı mənə bildirdi ki, rəsm əsərlərini və mənim qiymətli əşyalarımı oğurlayan Rövşən Ərəbov bu hadsəni etiraf edib və bunu bir zarafat adlandırıb (?!). Cənab baş prokuror! Mənim Sizə müraciət etməkdə məqsədim nə qədər qaranlıq işlərlə məşğul olmasından asılı olmayaraq Rövşən Ərəbovun həbs olunub-olunmaması deyil. Bu dövlətin hüquq-mühfizə orqanlarının öz işidir. Mənim məqsədim oğurlanmış əsərlərmin və qiymətli əşyalarımın özümə qayatrılmasıdır. Sizdən artıq dərəcədə xahiş edirəm bu işin araşdırılmasını öz şəsxi nəzarətinizə götürəsiniz”. Böyük hörmətlə, SSRİ və Azərbaycan Rəssamlar İttifaqının üzvü Şamil Həsənov. Legion.az                  







Xəbər lenti

img Günün xəbərləri
Kasıblıqdan milyonlara doğru və aşağı

2020-01-25 / 20:08:34
img Qafqaz
"7 rayonun qaytarılma sənədi var, müzakirədədir" - Paşinyan

2020-01-25 / 20:07:16
img Hadisə
Bakıda itin dişlədiyi məktəbli öldü

2020-01-25 / 20:05:50
img Günün xəbərləri
Qurban Yetirmişli: "Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir"

2020-01-25 / 20:04:52
img Cəmiyyət
Mütəxəssislərdən rusiyalılara qorxulu xahiş: “Bu qidalardan uzaq olun...”

2020-01-25 / 20:01:23
img Dünya
Eyni gündə ölən adamların meyitləri səhv düşdü

2020-01-25 / 19:59:21
img Dünya
Canlı yayıma hazırlaşan üç nazirin zəlzələyə reaksiyası – VİDEO

2020-01-25 / 17:21:15
img Dünya
"Ukrayna təyyarəsini vuran şəxs həbsdədir"

2020-01-25 / 17:20:06
img Cəmiyyət
Müəllim şagirdin çəkdiyi rəsmə müdaxilə etdi: Ölkə ayağa qalxdı!

2020-01-25 / 17:18:25
img Dünya
Özbəkistanın yeni hökuməti təsdiqləndi

2020-01-25 / 17:15:12
img Sosial
Azərbaycanlıların ən çox çalışdığı sahələr hansıdır?

2020-01-25 / 17:13:43
img Ölkə
Hava bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər

2020-01-25 / 11:13:38
img Ölkə
Tətil başladı: 9 gün dərs olmayacaq

2020-01-25 / 11:12:49
img Günün xəbərləri
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artdı

2020-01-25 / 11:10:54
img Dünya
Lukaşenko: “Rusiya Belarusu böyrü üstə qoydu”

2020-01-25 / 11:10:17
img Dünya
Conson Brexit sazişini imzaladı

2020-01-25 / 11:09:25
img Dünya
2020-ci ilin ən bahalı brendlərinin TOP 10-luğu

2020-01-25 / 10:59:43
img Günün xəbərləri
Bakıda dəhşət: Avtobus və maşın toqquşdu, hər ikisi körpüdən aşdı - Yaralılar var

2020-01-25 / 10:52:26
img Manşet xəbərləri
Yerə potensial təhlükəli asteroid yaxınlaşır

2020-01-25 / 10:50:50
img Günün xəbərləri
Merkelin Türkiyədə verilən hədiyyəyə maraqlı reaksiyası - FOTO

2020-01-24 / 16:45:21
img Ölkə
ANAR: “AYB sədrliyinə namizədliyimi yenidən irəli sürəcəm”

2020-01-24 / 16:42:14
img Günün xəbərləri
BMT-dən həyacan təbili: Bütün ölkələr koronavirusa qarşı hazır olsun!

2020-01-24 / 16:41:05
img Cəmiyyət
“Əli və Nino”nun mübahisəli müəllifi olan AXC səfiri kimdir? - TARİX

2020-01-24 / 16:40:21
img Manşet xəbərləri
237 nəfər deputat olmaq istəyindən imtina etdi - RƏSMİ

2020-01-24 / 16:35:17
img Dünya
Bolqarıstan iki rusiyalı casusu deşifrə etdi

2020-01-24 / 16:32:10

Bütün xəbərlər