logo
RU

Günün xəbərləri

DMX-nin şöbə rəisi Emin Həsənovun hobbisi-FOTOLAR

img




Kərəm Həsənovun əmisi oğlunun əyləncəli həyatı
Ölkə başçısı İlham Əliyev cənabları dəfələrlə özünü apara bilməyən, harınlamış məmur övladları, qohumları barədə kəskin şəkildə fikrini bildirmişdir. Qafqaz Xəbər Agentliyi bildirir ki, Cənab Prezident milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmayan, xalqa yuxarıdan aşağı baxanlar haqqında da öz dəyərli fikirlərini söyləyib: “ Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər, təmtəraqlı toylar, yubileylər keçirdirlər. Yaraşırmı bu, dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, bununla  bir yol göstərirəm. Belə olmaq lazımdır.

Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr. Bunu, yığışdırın, bəsdir! Bu, həm yerli icra orqanlarına , mərkəzi icra orqanlarının da rəhbərlərinə də aiddir. Hesab edirəm ki, bu sözlərdən sonra özlərini yığışdıracaqlar. Adət-ənənələrimizi yerə vuran hər bir kəs cəzalandırılacaqdır”. Görəsən məmurların düz yola qayıtması üçün ölkə başçısı bundan artıq nə deməlidir..?? Ölkə mətbuatı dəfələrlə Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənovun qanunsuz əməlləri barədə yazıb. 

Emin Həsənov əcnəbi iş adamalarına, miqrantlara qarşı heç bir ölçüyə-qanuna sığmayan hərəkətlər edərək dövlətimizin imicini korlayır. Ölkə başçısı xarici iş adamlarının ölkəmizə gəlməsi, sərmayə qoyması üçün siyasət yeridir. Emin Həsənov kimi məmurlar isə ölkəmiz haqqında mənfi rəy yaradırlar. Əgər Emin Həsənov kimi məmurlar təkcə ölkəmizin imicini korlasaydılar, dərd yarı idi. Belə məmurlar əldə elədiyi milyonların hesabına cəmiyyətə hörmətsiz yanaşır, milli-mənəvi dəyərlərimizə yaraşmayan həyat tərzinə üstünlük verirlər. Sözün düzü, bizim bir agentlik olaraq kiminsə özəl həyatına müdaxilə etmək fikrimiz yoxdur. Amma unutmamalıyıq ki, Emin Həsənov böyük bir dövlət qurumunda vəzifəli şəxsdir. 

Qafqaz Xəbər Agentliyinin  məlumatına görə üstəlik Milli Məclisin üzvü Malik Həsənovun əmisi oğludur. Həm də Emin Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun əmisi oğludur. Yəni bu familya az qala bütün hakimiyyət qollarında təmsil olunur. Ona görə də belə şəxslər cəmiyyət qarşısında daha məsuliyyətli olmalı, ölkə başçısının buyurduğu kimi milli adət-ənənəmizə uyğun olmayan məclislərin, yüngül əyləncələrin, çox bahalı hobbilərin nəinki təşkilatçısı, hətta iştirakçısı olmamalıdır. Amma əlimizdə olan, etika xatirinə paylaşmaq istəmədiyimiz faktlar, Emin Həsənovun başqa yolun yolçusu olduğunu göstərir.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər