logo
RU

Manşet xəbərləri

Mehriban Əliyevanı dəstəkləyən partiyaların sədrləri Qafqazregion.az-a açıqlama verdi

img




DADP ətrafında cərəyan edən   qalmaqal səngimək bilmir.Qeyd edək ki, bir  müddət əvvəl DADP-ni təmsil etdiyini deyən Sevda Xurşudova və onun ətrafındakılar builki prezident seçkilərində ölkənin birinci xanımı Mehriban Əliyevanı dəstəklədiklərini elan etmişdilər. Lakin Sevda Xurşudovanı və onun ətrafında olanları fırıldaqçılıqda ittiham edən Fatma Əliyeva qanuni olaraq DADP sədri olduğunu və partiyalarının prezident seçkilərindəki namizədinin prezident İlham Əliyev olduğunu deyir.Onu  da qeyd edək ki, sədri Əlisahib Hüseynov olan  DADP-nin qanadı da eyni növbədə DADP-nin Fatma Əliyeva qanadını qeyri-qanuni hesab edir. Günlərdir davam edən müzakirələr və ittihamların nəticəsi isə yoxdur. Hələ heç kəs dəqiqləşdirə bilmir ki, DADP-nin sədri Əlisahib Hüseynovdur, yoxsa Fatma Əliyeva. İqtidar isə DADP-də olan fikir ayrılığını və qruplaşmanı ciddiyə almır. Bunun da məntiqi nəticəsi olaraq DADP-nin iki qolu arasındakı gərgin namizəd və sədrlik mübarizəsi davam edir.   Son zamanlar ən çox gündəmdə olan olan bu məsələ nəinki səngimir ,üstəlik qalmaqal daha da alovlanır.Belə ki,bir neçə gün bundan əvvəl Demokratik Azərbaycan Dünyası Partiyasından ( DADP ) sonra Azad Respublikaçılar Partiyası (sədri Kamil Seyidov ) və Azərbaycan Mübarizlər Partiyası ( sədri Ağadur Müslümov) qarşıdan gələn prezident seçkilərində Mehriban Əliyevanı dəstəkləyəcəklərini bəyan ediblər. Qafqazregion.az saytı adıçəkilən partiyalarla əlaqə saxlamış və Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun dediklərindən məlum olmuşdur ki, Mehriban xanımın namizədliyini dəstəkləyən partiyalar  həqiqətən vahid seçki bloku yaradaraq birgə fəaliyyət gösərəmək barədə düşünürlər. DADP-nin sədri Əlisahib Hüseynov  redaksiyaya zəng edərək  iyulun 6-sı portalımızda gedən “DADP-nin sədri Əlisahib Hüseynovla bağlı şok məlumatlar”adlı yazımızda əks  olunan fikirlərə öz münasibətini bildirmişdir.   DADP-nin sədri  saytımıza açıqlamasında bildirdi ki,yazıdakı bəzi məqamlar həqiqətə uyğun deyil.Belə ki,o bildirdi ki,o azərbaycanlıdır və heç zaman özünü  kürd kimi təqdim etməyib .”Mən 1991-1998 –ci illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında,müharibədə iştirak etmişəm,vətən qarşısında  kifayət qədər xidmətlərim olub. Erməni işğalçılarına qarşı aparılan müharibədə əlimdən gələni əsirgəməmişəm,düşmənin bir tankını məhv etmişəm,bir QAZ-66 maşınını partlatmışam.Kəşfiyyatçı kimi lazımi məlumatları ordu komandanlığına çatdırmışam.   Həmçinin mən hərbi hissənin təhqiqatçısı olmuşam.Lakin sonra Respublika Hərbi Prokurorluğuna ezam olunmuşam və xidmətimi orada davam etmişəm. Mənim ,Azərbaycanın ən görkəmli hakimlərindən biri olan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevlə heç bir sıx əlaqəm,şəxsi zəmində  tanışlığım yoxdur. Biz sadəcə olaraq  böyük bir idarədə bir yerdə işləmişik və mən sadəcə təhqiqatçı kimi  ora işə gedib- gəlmişəm.Ancaq bu,mənim onunla hansısa bağlılığımın olması demək deyil. Eləcə də, yazıda əksini tapan   “Əlisahib Hüseynova dəstək verən şəxslər BDU-nun rektoru Abel Məhərrəmov və Torpaq və xəritəçəkmə komitəsinin sədri Qərib Məmmədovdur. Abel Məhərrəmovun yaxını və universitetdə prorektor köməkçisi olan Rəşad Hüseynovun bu günlərdə Əlisahib Hüseynovla görüşləri kənardan müşahidə olunub.” kimi fikrirlər həqiqətə qətiyyən uyğun deyil. Bundan başqa ,kimisə tanımaq məgər qəbahətdir?! Mən hər zaman müstəqil Azərbaycan dövlətinə xidmət etmişəm və bir hərbçi  kimi son damla qanımadək həmişə vətənimə,xalqıma,dəstəklədiyim prezidentimə xidmət etməyə hazıram.Bu baxımdan mən çox xahiş edirəm ki, DADP-nin adını  nahaqdan Azərbaycanı istəməyən qüvvələrlə bağlamasınlar,bizə qara yaxmasınlar. Mətbuat çox  gözəl şeydir,ancaq o həqiqəti əks etdirməlidir,təsdiqlənməmiş məlumatları yox. Mehriban xanım ,İlham Əliyevdən sonra ən layiqli  namizəddir.Çünki o İlham Əliyevin yetirməsidir və Heydər Əliyevin yolunun davamçısıdır. Məsələləri bir-birinə qatmayaq, bunlar başqa-başqa məsələlərdir. Təbii ki,müstəqil Azərbaycan dövlətinin yaranmasının,çiçəklənməsinin,qüdrətlənməsinin  əsas səbəbkarı ulu öndər Heydər Əliyevdir və biz onun yolunu davam edirik. Bu baxımdan biz bir partiaya olaraq   Milli Şura adı adı altında yığışanlara  pis baxırıq. Mehriban xanımın Azərbaycan siyasətində öznəməxsus yeri var. Mehriban xanımın ictimai-siyasi xadim kimi gördüyü xeyirxah işlər göz qabağındadır və əgər o bizim  təşəbbüsümüzə razı olaraq  namizədliyi qəbul edərsə ,biz onu lider kimi dəstəkləyicəyik.Yox  əgər ,qəbul etməzsə, biz təbii ki, İlham Əliyevi  birmənalı olaraq dəstəkləyəcəyik ,necə ki, indiyəcən dəstəkləmişik” Əməkdaşımız həmçinin mətbuatda gündəmdə olan bu  məsələ ilə bağlı Azad Respublikaçılar Partiyası sədri Kamil Seyidov  və Azərbaycan Mübarizlər Partiyası sədri Ağadur Müslümovla da əlaqə saxlamışdır. Azad Respublikaçılar Partiyası sədri Kamil Seyidov açıqlamasında bildirdi ki, Mehriban xanımın namizədliyini dəstəkləyən iqtidaryönlü partiyalar  həqiqətən vahid  seçki bloku yaradaraq birgə fəaliyyət gösərəmək barədə düşünürlər. Söhbət zamanı Kamil Seyidov onu da bildirdi ki,hər bir partiya öz seçimində azaddır və bu seçimə görə onlara heç kim təzyiq edə bilməz” . ”Son zamanlar Mehriban xanımın namizədliyini dəstəkləməyimizlə əlaqədər  çoxlu sayda mətbu orqan bizə  suallarla müraciət  edib. Biz ayrı-seçkilik  etməmək üçün və vaxt darlığını nəzərə alaraq  yaxın günlərdə Beynəlxalq Mətbuat Mərkəzində geniş mətbuat konfransı  keçirməyi planşlaşdırırıq . Mətbuat konfaransında biz Azərbaycanın ictimai- siyasi həyatında böyük  əhəmiyyət kəsb edən bu məsələ ilə bağlı jurnalistləri maraqlandıran  bütün sualları cavablandırılacaq  və öz seçimimizə aydınlıq gətirəcəyik. Bizim mövqedə olan partiyalar ola bilsin “Yeni İslahat Siyasi Partiyalar “ seçki bloku  adı altında fəaliyyət göstərəcək.Bu bizim, Konstitusiyada  təsbit olunan  və  “Siyasi   partiyalar haqqında “ qanunda nəzərdə tutulan hüququmuzdur. Siyasi partiya olaraq   biz artıq  Mehriban xanımın namizədliyini irəli sürməyi qərara almışıq  və  bu, qurultayımızda da geniş müzakirəyə çıxarılacaq”.Qafqazregion.az həmçinin məsələyə münasibətini  öyrənmək üçün Azərbaycan Mübarizlər Partiyası sədri Ağadur Müslümovla da əlaqə saxlamışdır.Lakin o hüzr məclisində  olduğundan suallarımızı daha münasib vaxtı cavablandıracağını bildirdi. Qafqazregion.az  







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər