logo
RU

Günün xəbərləri

Qoçular qanundan qorxmur..? (FOTO)

img




14 iyulda virtualaz.org saytında “Bakının kustar metal sexlərində dəhşət səhnələri” başlıqlı məqalə dərc olunub. Məqalə Azərbaycanda qara metallurgiya sənayesinin vəziyyətinə dair araşdırmalar zamanı Bakının ucqarlarında, yaxud köhnə sovet zavodlarının xarabalıqları arasında fəaliyyət göstərən, kustar üsulla istehsal həyata keçirən sexlərdəki vəziyyətdən bəhs edir.
“Yəni söhbət heç bir istehsal normalarına, təhlükəsizlik tələblərinə cavab verməyən, buna baxmayaraq saxta armaturlar, künclüklər və s. istehsal edib bazara çıxaran müəssisələrdən gedir. Bu müəssisələr tullantı metalı kustar üsulla əridərək ona zəruri qatqılar əlavə etmədən yenə kustar üsulla metal məmulatlarının istehsalı ilə məşğuldur. Və işin ən maraqlı tərəfi bu idi ki, həmin saxta metal məmulatlarına dövlət orqanı – Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi tərəfindən vaxtlı-vaxtında sertifikat da verilirdi. Təqribən bir ay əvvəl bu sexlərdən reportaj hazırlayanda məlum olmuşdu ki, onların bir çoxu fəaliyyətini dayandırıb. Ancaq məsələ belə deyilmiş. Bakının ucqarlarında – Müşfiqabad qəsəbəsinin yaxınlığında fəaliyyət göstərən iki metal sexində olarkən bu sexlərdəki mənzərə insanı doğrudan da dəhşətə salır. Axı dəhşət filmlərinin səhnələrini xatırladan belə şəraitdə necə işləmək və üstəlik istehsal həyata keçirmək olar?
Sexin ərazisində üst-üstə qalanmış xeyli metal tullantıları görmək olar. Ancaq işçilər deyirlər ki, hazırda iş yoxdur, işləmirlər, gətirilən metal tullantılarını çeşidləməklə məşğuldurlar.
Cəhənnəm mənzərələrini xatırladan sexin içərisinə daxil olaraq istehsalın hansı üsulla həyata keçirildiyini də görə bildik. Bu, əsl orta əsrlər dövrünün istehsal üsulu idi. Tullantılar yanacaq kimi istifadə olunan mazut və qazla qızdırılan qazanlarda əridilir və xüsusi qəliblərə tökülür, armatur və künclük istehsalı üçün yarımfabrikat alınır.
Müşfiqabad yaxınlığındakı digər sexdə isə bir qədər fərqli vəziyyətdir. Burada həm tullantı metallardan əritmə üsulu ilə məftil (“katenka”) istehsal edən sex fəaliyyət göstərir, həm də müxtəlif tokar dəzgahlarının qoyulduğu quraşdırma sexi var.
İşçilər deyir ki, onlar tullantılardan armatur və s. istehsal işini iki-üç əvvəl buraxıblar, indi guya daha təkmil istehsalla məşğuldurlar. Sexin sahibi “Şəhriyar 99” adlı MMC-dir. Məlum olur ki, bu kustar sexin müştəriləri arasında ARDNŞ də var imiş. (virtualaz.org ) 
Biz bu məqaləyə əbəs yerə istinad etmədik. 
“Şəhriyar 99” adlı MMC-nin rəhbəri Tahir Orucovun Qafqaz Xəbər Agentliyinə daxil olan məktubunda qeyd olunur ki,virtualaz.org-da dərc olunan məqalə qərəzlidir: “ Bildirmək istəyirəm ki, Azərbaycanda Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi yox, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi var. Məqalədə qeyd olunur ki, sexlər cəhənnəmi xatırladır, burda orta əsr qaydası ilə istehsal gedir”. 
Orucov qeyd edir ki, mən gözəl bilirəm ki, virtualaz.org-u kimlər yönəldir: “ Biz sexlərə hücum çəkən qoçu dəstələrinin virtualaz.org-la əlaqələrini də bilirik”. 
“Şəhriyar 99” adlı MMC-nin rəhbəri Tahir Orucov Qafqaz Xəbər Agentliyinə bildirib ki, söhbət Baku Steel Company şirkətinin rəhbəri Rasim Məmmədovun əmri ilə hərəkət edən qoçu dəstəsindən gedir: “ Onlara hansısa Fariz Məmmədov başçılıq edir. Baku Steel Company metal əritməni monopoliyaya götürüb və digər sexlərə imkan vermir. Bu qoçu dəstələrinin qarşısını almaq üçün hər gün 10 nəfər fəhləmiz zavodumuzu qoçulardan qoruyur”. 
Biz Fariz Məmmədovun fikirlərini öyrənmək qərarına gəldik. O, qafqaznews.org-a bildirdi ki, mən Tahir Orucovu tanıyıram. Sonra o, suallarımıza cavab verməkdən imtina etdi.
Rəşad Rüstəmov

“Qafqaznews”







Xəbər lenti

img Günün xəbərləri
Sumqayıtda gənci təkləyib döyənlər saxlanıldı – Cinayət işi başlanıb (VİDEO)

2020-08-15 / 17:25:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı

2020-08-15 / 17:20:28
img Manşet xəbərləri
Jurnalist ictimaiyyət nümayəndələrinə müraciət etdi

2020-08-15 / 16:35:23
img Hadisə
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB

2020-08-15 / 15:18:59
img Hadisə
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

2020-08-15 / 15:15:55
img Cəmiyyət
Oturaq işin zərərlərini necə azaltmaq olar?

2020-08-15 / 15:14:23
img Günün xəbərləri
Məscidlər açılmayacaq

2020-08-15 / 15:13:18
img Dünya
Polşa və ABŞ hərbi saziş bağladı

2020-08-15 / 15:11:46
img Dünya
Messi “Barselona”nı tərk edə bilər

2020-08-15 / 15:10:48
img Ölkə
Dopinqə düşmüş azərbaycanlı idmançıların medalları əllərindən alınacaq

2020-08-15 / 15:08:39
img Manşet xəbərləri
Operativ Qərargahdan iri ticarət mərkəzləri ilə bağlı açıqlama

2020-08-15 / 12:24:05
img Manşet xəbərləri
Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı

2020-08-15 / 12:23:13
img Günün xəbərləri
Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq"

2020-08-15 / 12:18:20
img Manşet xəbərləri
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

2020-08-15 / 12:12:27
img Günün xəbərləri
Neft ucuzlaşıb

2020-08-15 / 11:10:00
img Günün xəbərləri
Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu

2020-08-15 / 11:08:13
img Hadisə
Çempionlar Liqası: “Bavariya” “Barselona”ya 8 qol vurdu

2020-08-15 / 11:07:08
img Günün xəbərləri
Operativ Qərargah brifinq keçirəcək - Mühüm qərar gözlənilir

2020-08-15 / 11:04:09
img Günün xəbərləri
Kafe və restoranların fəaliyyətinə icazə verildi - BU ŞƏRTLƏRLƏ

2020-08-15 / 11:03:09
img Ölkə
Bu günün havası: yağış, külək...

2020-08-15 / 10:54:12
img Günün xəbərləri
İctimai nəqliyyat 2 gün işləməyəcək

2020-08-15 / 10:44:06
img Günün xəbərləri
Eldar Həsənov məhkəməyə gətirildi

2020-08-14 / 19:54:20
img Dünya
Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı

2020-08-14 / 19:32:11
img Sosial
Azərbaycan əhalisinin sayı açıqlandı

2020-08-14 / 18:36:52
img Manşet xəbərləri
YOLUXMA YENİDƏN 100-ÜN ÜSTÜNƏ ÇIXDI - 3 nəfər isə vəfat edib

2020-08-14 / 17:41:36

Bütün xəbərlər