logo
RU

Sosial

Keçmiş deputatın obyektində rüşvət skandalı - Sahibkarlara zülm edilir

img




  İyulun 16-da sabiq millət vəkili Nizami İsgəndərova məxsus "Sumqayıt Ticarət Mərkəzin”də çalışan bir qrup sahibkar Qaynar.info saytına şikayət məktubu göndəriblər.
Şikayət məktubu göndərən sahibkarlar bir vaxtlar onlardan depozit kimi yığılan pulların geri qaytarılmamasından narazıdır. 
Biz Sumqayıt şəhərində yerləşən "Sumqayıt Ticarət Mərkəzin”də neçə ildir yer arendaya götürüb işləyirik: "Bu yer keçmiş deputat Nizami İsgəndərova məxsusdur. Yer arendaya götürəndə hər birimizdən min manat depozit kimi pul aldılar ki, siz burdan çıxanda bu pul sizə qaytarılacaq. Hazırda bu pulu bizə qaytarmırlar. 
Pulları bizdən Nizami İsgəndərovun müavini İltimat Bayramov almışdı. Pulu alarkən də bizə heç bir sənəd verilmədi. İndi biz yer pullarını ödəməyə çətinlik çəkdiyimizdən "Cavid" ticarət mərkəzini tərk edəsi olduq. Ödədiyimiz pulları geri tələb edəndə isə, "ödənilmir, gedin nə edirsiniz edin" kimi sözlərlə qarşılaşdıq. İndi bilmirik nə edək. Dəfələrlə ticarət mərkəzinin rəhbərliyi ilə görüşsək də bir xeyri olmadı. 
İltimat Bayramov dedi ki, gedin nə edirsiniz edin. Hara və kimə şikayət edirsinizsə bizə dəxli yoxdur. O pullar "şapka" idi. "Şapka" da geri qaytarılmır. Bizim bu problemimiz media vasitəsi ilə öz həlini tapmasa, prezident İlham Əliyevə, Baş Prokurorluğu, Daxili işlər Nazirliyinə şikayət edəcəyik"
Cənab prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında qeyd edir ki, sahibkarlara şərait yaradılsın, onlara işləsinlər: "Hər birimiz vergi verən insanlarıq. Amma gəlin baxaq bunlar vergi verən sahibkarları hansı hala salırlar?

Süründürməçilik, rüşvətxorluq heç kimi saymamaq. Sanki Sumqayıt ölkənin ən ucqar yeridir, Nizami İsgəndərov da buranın ağası. İstədiyi hərəkəti edir, istədiyi cür sahibkarlarla davranır. Bizdə hər ay  yer pulu kimi 500 manat yer pul yığırdılar, amma 120 manatlıq qəbz verirdilər. Bəyəm bu dövləti, onun prezidentini aldatmaq deyilmi? Bu qədər vergidən yayınmaqmı olar? Bu pulları Nizami İsgəndərov cibinə gedir. Biz burdan  Vergilər Naziri Fazil Məmmədov cənablarına müraciət edirik. Gəlib yoxlama aparsınlar. Hər il milyonlarla pul dövlət büdcəsindən gizlədilir. Bu adam milyonlarla pulla doymuyub hələ bir sahibkarları da incidir." 
Şikayət edən sahibkarldan olan Əliyev Fəqani bildirir ki, ondan min manat depozit kimi, min manat isə mağazadan qapı açılması üçün alınıb. Digər sahibkarlar olan Canıyev Şahin, Mirzəyev Abbas, Məmmədov Farizdən min manat Mirzəliyev Rövşəndən isə üç min manat alınıb. 
Məsələ diqqətimizdə olduğunudan, növbəti yazılarımızda "Sumqayıt Ticarət Mərkəzin” ilə bağlı başqa məlumatları da oxucularımıza çatdıracağıq.Arqument.az    







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər