logo
RU

Günün xəbərləri

Qərb dövlətləri üçün müsəlman ölkələrində xalqın qanuna sığınması prioritet deyil

img




Elçin Abdullayev,müstəqil politoloq Rəsmi Vaşinqton Məhəmməd əl-Baradeyini Qərblə-Şərq arasında körpü rolunu oynaya biləcək lider gözündə görür.  Misirin ilk demokratik yolla seçilən prezidenti, Məhəmməd Mursi Qərbin “böyük plan”ına uyğun olaraq devrildikdən sonra, ölkəni bürüyən ixtişaşlar səngimək bilmir. Ölkə xaosa sürüklənmənin bir addımlığındadır. Məlum olduğu kimi Mursinin hərbi çevriliş nəticəində hakimiyyətdən kənarlaşdırılmasına eks -prezidentin tərəfdarları hesab olunan “Müsəlman Qardaşları” təşkilatı üzvülərinin etiraz etməsi və küçələrə çıxaraq güc tətbiq etməsi, Misirin gələcəyinə dair çoxlu suallar meydana gətirir.  Bir qisim ekspertlər düşünürlər ki, demokratiyaya keçid bu cür də olmalıdır. Yəni, dövlətdə tez-tez hakimiyyət dəyişməli, qan tökülməli, böhran vəziyyət yaranmalıdır ki, bu da müvəqqəti xarakter daşıyır. Başqa bir qisim ekspertlər isə hesab edir ki, Misirdə də Suriya kimi, İraq kimi vətəndaş müharibəsinin əsası qoyuldu.  Əslində isə Misirdə baş verən hadisələr o qədər sürətlə cərəyan edir ki, hadisələrə dəqiq proqnoz vermək çox çətindir.   Artıq dünya dövlətlərinin hamısı demək olar ki, M.Mursinin devrilməsini qəbul edib. Düzdür, hadisələrin ilk günündə Türkiyə və Tunis Misirin ilk demokratik seçki yolu ilə seçilmiş prezidentinin hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdrılmasını tənqid etsələr də, artıq adları çəkilən dövlətlər də reallıqla barışmaq məcburiyyətindədirlər.  Düzdür, Türkiyə rəsmiləri Qərbi, Misirin demokiratik yolla seçilmiş prezidentinin hərbi müdaxilə nəticəsində iqtidardan salınmasına biganə qalmaqda qınayıcı fikirlər səsləndirirlər. Lakin, fakt, faktlığında qalır, artıq M.Mursini xilas etmək və yaxud da konistision hüquqlqrını bərpa etmək mümkün deyil. (Odur ki, rəsmi Ankaranın Misir məsələsinə münasibəti çox ehtiyatlı olmalıdır ki, gələcək iqtidarla problem yaşamasın-E.A.)  Çünki, İslamçı prezidentin iqtidardan getmək planını cızan beyinlər, ordunun ölkə üsul-idarəsinə müdaxiləsindən  narahat deyillər. Bu isə o anlama gəlir ki, həqiqətən də ABŞ və Qərbi Avropa dövlətləri üçün müsəlman ölkələrində xalqın qanuna sığınması prioritet deyil.  Əslində eks-prezident M.Mursinin konistisiyon hüquqlqrı əsgəri qüvvələr tərəfindən tapdandı. Misirdə hərbi çevriliş oldu. Lakin, demokratiyanın “beşiyi” hesab edilən ABŞ və Avropa Birliyi ölkələrinin Misir məsələsində hərbi çevrilişi dilə gətirməməklə islamçı Mursinin hakimiyyətdən kənarlaşdırılmasına yaşıl işıq yandırmaları, bir daha onu göstərir ki, dünyanın super dövlətləri hələ də ikili standart siyasət yürütməkdədirlər. Yetər ki, özlərinin maraqları təmin olunsun.   Bu maraq Qərb imperiyasının daima ehtiyat etdiyi Misirdə, Suriyada, İranda, İraqda, Əfqanısdanda və s. digər müsəlman dövlətlərində əmələ gələ biləcək dini sektaların məhvindən ibarətdir. Məlum niyyətin gerçəkləşməsi üçün isə Qərbin prinsipial ideologiyası ondan ibarətdir ki, ilk növbədə hakimiyyətdə olan Məhəmməd Mursi kimi islamçı liderlər hakimiyyətdən uzaqlaşdırılmalı, yerlərinə özlərinin hazırladığı namizədlər gətirilməlidir.   Xüsusən də Misir kimi böyük bir ölkədə hakimiyyətdə M.Mursi kimi islamçının olması Qərbi üçün ciddi narahatlıq yaradan faktora çevrilmişdir. Çünki, ilk növbədə ABŞ-ın bölgədə ən etibarlı partnyoru hesab olunan İsrailin gələcəyinə qarşı təhdid meydana gəlmişdi.  Bu bir həqiqətdir ki, Hüsnü Mübarək dönəmində bölgədə Təl-Əvivin qarantı, rəsmi Qahirə hesab olunurdu.  İslamçı Mursinin hakimiyyətə gəlişi isə İsrail dövlətilə soyuq müharibənin başlanması kimi də qəbul oluna bilər. Məsələn,  M.Mursi  2007-ci ildə HAMAS-ın Qəzzada keçrilən seçkilərdə qələbə qazanmasından sonra, Qərbin marionetkasına çevrilmiş diktator, Hüsnü Mübarəkin Rəfah keçid məntəqəsinə qoyduğu blokadanı aradan qaldıran ordunun siyasətini davam etdirdi.   Bu isə o demək idi ki, M.Mursi ən azı 1,5 mil. Qəzza xalqının humanitar ehtiyacının qarşılanmaqla, həm də İsrail rejiminə göstərdi ki, Misir dövlət olaraq bundan sonra Fələstinin yanında olacaq.  Belə bir vəziyyətdə heç şübhəsiz ki, məzlumun hüquqlarına hüquqlara hörmət etməyən  böyük dövlətlər M.Mursinin əlindən rıçaqlarını almaq üçün hərəkətə keçməli idilər və  bunu etdilər də.  İndi isə Qərbin əsas planı, Misirdə vəziyyəti normallaşdırmaq və hakimiyyətə özlərinin adamını gətirməkdir. Həmin adam isə məlum olduğu kimi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) keçmiş direktoru, Nobel Sülh Mükafatı laureatı Misir Müxalifətinin lideri  hesab olunan, Məhəmməd əl-Baradeyidir ki, onu da artıq keçid dövrü üçün virse-prezident postuna əyləşdirdilər.  Hesab etmək olar ki,  M.əl-Baradeyinin bu gün tutduğu post, prezidentlik kürsüsü üçün tranplindir. Baxmayaraq, keçmiş, MAQATE rəhbərinin bu posta gətrilməsinə Mursi tərəfdarları etiraz edir və öz liderlərinin konistision hüquqlqrı uğrunda mübarizə aparırlar, ancaq bu heç nəyi dəyişməyəcək.   Böyük ehtimalla ordu, hadisələri nəzarət altına alacaq. İlk növbədə ona görə ki, Misirdə  vətəndaş müharibəsinin baş alıb getməsi İsraili daima təhdid və hürkü içərisində saxlayacaq ki, bu da  80 milyonluq  ölkənin gələcək siyasi planını cızan beyinlərin diqqətindən qaça bilməz.   İkincisi, Misirdə sabitliyin bərqərar olunması dövlətin yeni rəhbəri olacaq şəxsin qarşısındakı əngəlləri ortadan götürəcək. Bu şəxsin isə M.əl-Baradeyinin olacağı ehtimalı böyükdür. Çünki, sözgedən şəxs bilindiyi kimi, Qərbin adamı hesab olunur. O,  Qərblə-Şərq arasında körpü rolunu oynaya biləcək yeğanə lider gözündə görünür.  Amerikanın və İsrailin bölgədə rahat şəkildə hərəkət etməsi üçün isə ilk növbədə Misirdə sabitliyin yaradılması əsas şərtdir ki, ona da nəyin bahasına olursa olsun nail olunacağı versiyası inandırıcı görsənir. Legion.az 







Xəbər lenti

img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06
img Dünya
ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

2020-01-23 / 11:00:57
img Hadisə
Rüşvətə görə işdən qovulan polis öldü - FOTO

2020-01-23 / 10:59:32
img Ölkə
Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ

2020-01-23 / 10:58:03
img Dünya
Yeni virusa görə karantin elan olundu

2020-01-23 / 10:54:46
img Günün xəbərləri
Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ

2020-01-22 / 18:39:04
img Dünya
Səmərqənddə qadın onu evindən çıxarmağa gələn prokurorları yandırdı

2020-01-22 / 18:35:30
img Cəmiyyət
3 uşağıyla evdən qaçan ana sığınacağa yerləşdirildi: “Uşaqların dodaqları əsir...”

2020-01-22 / 18:34:13
img Ölkə
FIFA: Azərbaycan klubları transferlərdən 100 min dollar ziyana düşüb

2020-01-22 / 18:32:49
img Manşet xəbərləri
Rusiya demokratiya indeksinə görə dünyada 134-cü yeri tutdu

2020-01-22 / 18:31:29
img Dünya
Putin rus analarına dəstək üçün 1 trilyon ayırdı

2020-01-22 / 18:29:41
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

2020-01-22 / 18:29:07
img Ölkə
Zooparkdakı təmirə görə heyvanlar bu ərazidə saxlanılır

2020-01-22 / 15:21:47
img Ölkə
Azərbaycandan bu ölkəyə yeni qatar reysi açıldı: Gediş pulsuzdur

2020-01-22 / 15:19:16
img Günün xəbərləri
İranın daha bir komandiri öldürüldü

2020-01-22 / 15:14:31
img Dünya
İsrail: "İordan vadisini diplomatik yolla ilhaq etməyə hazırıq"

2020-01-22 / 15:13:14
img Dünya
Yunanıstanda ilk dəfə qadın prezident seçildi

2020-01-22 / 15:11:27
img Dünya
İki ordu üz-üzə: ABŞ əsgərləri rusların yolunu kəsib geri qaytardı

2020-01-22 / 15:09:12
img Dünya
Netflix abunəçilərinin sayı 167 milyona çatdı

2020-01-22 / 15:07:54
img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38

Bütün xəbərlər