logo
RU

Sosial

Deputatın şirkəti yanan binada aranı qatıb – QALMAQAL

img




Mayın 19-da Bakının Binəqədi rayonu ərazisində yanan binada təmir-bərpa işlərinin bir hissəsi iyunun 27-dən dayanıb. Buna səbəb işçilərin maaşlarından 100 manat kəsilməsidir. TİA.AZ xəbər verir ki, təmir işlərini həyata keçirmək “Azəraqrartikinti” ASC-yə həvalə olunub. Şirkət Milli Məclisin deputatı Ağalar Vəliyevə məxsusdur. Fəhlələrin ən çox narazılıq etdiyi şəxs də A.Vəliyevdir. Təmir işlərinə nəzarət isə  “Azəraqrartikinti” ASC-nin Bərdə filialının idarə rəisi Emil Hacıyevə tapşırılıb. E.Hacıyev haqlarını tələb edən işçilərə hədə-qorxu gələrək, kəsilən pulları verməkdən imtina edir. Hətta o, Yaşar Hüseynov adlı işçini “oğurlatmaqla” hədələyib. Üzləşdikləri haqsızlıqlarla bağlı şikayətlərini müvafiq təşkilatlara çatdırmaq üçün iş icraçısı Cəfər Şərbətov və Yaşar Hüseynov musavat.com-a danışıblar. Cəfər Şərbətov başlarına gətirilən oyunlarla bağlı bunları deyib: “May ayının 24-də, yəni yanğın hadisəsindən 5 gün sonra bizə elan olundu ki, işə başlayın. Biz də söküntü işinə başladıq. Bizə 12 mənzil tapşırılmışdı. Qiymətləri elan etdilər ki, ikiotaqlı mənzilin sökülməsi 200, üçotaqlı isə 250 manatdır.

Fəhlələr buna etiraz etdilər. Mən onların qarşısını aldım. Həmin vaxt şirkətin sahibi deputat Ağalar Vəliyev də ora gəlmişdi. Etiraz edəndə bizə dedilər ki, müdiriyyətlə danışıb məbləği 300-350 manat edərik.
O qiymət də əslinə qalsa az idi. Normal qiymət 400-450 manatdır. Razılaşandan sonra işə başladıq. İşçilər həqiqətən də sözümə qulaq asırdılar. İş qurtarandan sonra hər mənzil üçün artırdıqları 100 manatın verilməsini ”fırlatmağa” başladılar. Tələb edəndə isə bildirdilər ki, siz hörgü işinə başlayın, bütün məbləğlər veriləcək. Deyilən işlərin hamısını tamamladıq. Binada ən sürətli iş bizdə gedirdi. Televiziya üçün çəkilişlər də biz işlədiyimiz yerdə aparılırdı. İyunun 27-də işlərə nəzarət edən Emil Hacıyevə yaxınlaşdım ki, 100 manat nə zaman veriləcək. O mənə dedi ki, yuxarıdan tapşırıq gəlib, heç bir qiymət artırılmayacaq. Bildirdim ki, bunu əvvəlcədən demək lazımdır.
İyunun 1-də veriləcək pullar ayın 27-də verildi. Bizi aldatdılar. “142″ qaynar xəttinə zəng vurdum. Oradan dedilər ki, 15 gün gözləyin. Belə sistem olar? Bank 15 gün gözləmir, axırda vətəndaş özünü öldürür.
5 nömrəli Dövlət Əmək Müfəttişliyindən iki nümayəndə gəldi. Dedilər ki, araşdıracağıq. Amma nəticəsi olmadı. Çox güman ki, əks tərəfin etdiyi təzyiqlərdən çəkindilər”. Digər şikayətçi Yaşar Hüseynov Emil Hacıyevin onu oğurlatmaqla hədələdiyini bildirdi: “Mən Emilə təzyiq göstərdim ki, pulumuzu verin. O mənə dedi ki, ”səni oğurlatdıraram”. Barmağımın biri tamam yoxdur. Bu əllə iş görmüşəm. Pulumuzu kəsməyi Allah götürməz.

Emil açıqca deyir ki, kimə istəyirsiz şikayət edin. Məsələ bu yerdə qalıb. Binada iş gedir. Amma bizim işlədiyimiz yerlərdə iş dayanıb. İyunun 27-dən işi dayandırmışıq. İki ay pulsuz işləmək olmaz. Ailə, uşaqlarımız var. Bunlar Ağalar Vəliyevə arxalanırlar”. Müxbir deputat Ağalar Vəliyevlə əlaqə saxlamağa çalışsa da, o, zənglərə cavab verməyib. E.Hacıyev isə barəsində səslənən ittihamları, işlə bağlı iddiaları rədd edərək, təmir işləri gedən binaya jurnalist heyəti çağırdı: “Bunlar bizi şantaj edirlər. Onlar işi təmiz bərbad ediblər. Bununla bağlı akt hazırlamışıq. Onların gördüyü işi təzədən gördürürəm. Pulları da artıqlaması ilə alıblar.  Belə şeylər nəyə lazımdır? Çörəyi kişi kimi yeyərlər. Bunlar nə istəyirlər, anlamıram. Sözləri varsa, mənə desinlər. Əmək Müfəttişliyinə şikayət ediblər. Onlar da araşdırma aparıblar, izahat alıblar. Bütün sənədlərə baxıblar. Onlar deyirlər ki, işlər dayanıb. Gəlib baxsanız, görəcəksiniz ki, işlər davam edir. İş niyə dayanmalıdır ki? İki nəfər işdən çıxanda iş dayanmaz.

Əmək haqlarını qol çəkib alıblar. Hətta artıq pul alıblar. Şantaj yolu ilə pul qazanmaq istəyirlər. Bu, kişiyə yaraşmaz. Nümayəndənizi göndərin, buradakı insanlardan izahat alın. Onda bizi şantaj etmək istədiklərinin şahidi olacaqsınız. Məsələni burada ayırd edək. Ondan sonra necə istəsəniz yazarsınız”. E.Hacıyev Yaşar Hüseynovun “onu oğurladacağı” ittihamına da cavab verdi: “Mən insan oğurladan deyiləm. Onu harada demişəm? Adi bir vətəndaşam. O, mənə heç bir pislik etməyib. Onunla düşmən deyiləm.
Bunların başı xarab olub. Onunla telefon danışıqlarım olub. Qulaq assanız, görəcəksiniz yalan danışır. Kiməm ki, insan oğurladım. Küçə uşağı deyiləm ki…”.







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər