logo
RU

Manşet xəbərləri

ABU-da necə rüşvət alınırmış?-ŞOK Faktlar!

img




Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin hüquqlarının müdafiəsi komitəsi müraciət yayıb. Müraciətdə deyilir ki, Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin hüquqlarının müdafiəsi komitəsi 16 fevral 2013-cü il tarixdə vəkil Zeynalov Ramiz Yusif oğlu tərəfindən təsis olunaraq, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 29/89, mənzil 7 ünvanda fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövr ərzində ABU-nun tələbələrinin hüquqlarının müdafiəsi komitəsinə 1.000 nəfərdən artıq ABU-nun tələbələri və onların valideyinləri müraciət edib, 100-ə yaxın şəxs komitəyə ərizə verərək qanunsuzluq törətmiş ABU-nun rəhbərliyinə qarşı ciddi tədbirlərin görülməsini tələb ediblər. Ərizələr üzrə toplanmış izahat və digər sənədlər aidiyyəti üzrə araşdırma aparılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib. Bundan başqa, ABU-nun «Moskva» filialında təhsil almış 600 nəfər tələbə haqqında elektron daşıyıcısında məlumat, RF-nın Dağıstan Respublikasında müxtəlif təhsil müəssisələrindən köçürülmüş 47 nəfərin siyahısı Korrupsiyaya qarşı mübarizə idarəsinə təqdim edilib. Hazıradək müddətdə Bakı, Naxçıvan, Gəncə, Sumqayıt şəhər, Abşeron, Xaçmaz, Sabirabad, Goranboy, Qusar, Tərtər, Saatlı və digər rayon sakinləri olan ABU-nun 23 fakultəsində (o cümlədən, 18 - maliyyə-kredit, 15 – xarici dillər, 9 - riyaziyyat-informatika, 8 – tarix və ictimayyət və digər fakultələrdə) təhsil almış tələbələr və onların valideyinləri komitəyə müraciət edərək, tələbə qəbulu, tədris prosesində, sessiya və buraxılış imtahanları zamanı ABU-da mövcud olmuş korrupsiya halları, bilavasitə onlara qarşı törədilmiş qanunsuzluqlar barədə məlumat veriblər. Müraciətlər təhlil edilərkən müəyyən olunub ki, Elşad Abdullayevin başçılıq etdiyi, qardaşı Eldəniz Abdullayev və qeyrilərinin daxil olduğu ABU adı altında korrupsiya şəbəkəsinin fəaliyyəti tələbələrin və onların valideyinlərinin maddi vəziyyətinə, sosial statusuna, şəxsiyyətlərinə baxmayaraq, universitetə qəbuldan başlayaraq, buraxılış imtahanlarına qədər Elşad Abdullayev üçün maksimal dərəcədə qanunsuz gəlir əldə etməyə, onun və ailəsinin varlanmasına yönəlib. Elşad Abdullayevə və onun başçılıq etdiyi ABU adlı korrupsiya yuvasına «təhsil vermək» anlayışı yad olub. Tələbələrin qaçqın və ya məcburi köçkün, kasıb ailənin nümayəndəsi olması mütəşəkkil dəstənin üzvlərini öz çirkin niyyətlərinə nail olmaqdan çəkindirməyib. Kəlbəcər rayon qaçqını, Sumqayıt şəhərində məskunlaşmış Həsənov Nazim Çingiz oğlu 2005-cı ildə 2500 ABŞ dolları rüşvət verməklə ABU-nun maliyyə-kredit fakultəsinə daxil olub, təhsil haqqını ödəməklə bərabər, hər semestr imtahanlarına görə 250 ABŞ dolları, diplom almaq üçün 2009-cu ildə 1500 ABŞ dolları korrupsiya şəbəkəsinə daxil olan şəxslərə verib, buna baxmayaraq bu günə qədər diplom ala bilməyib. Ağdam rayon qaçqını, Bərdə rayonunda məskunlaşmış Hümbətov Şamo Hümbət oğlu verdiyi 2000 manat rüşvət müqabilində ABU-nun riyaziyyat-informatika fakultəsinə qəbul edilmiş, hər semestr imtahanlarına görə ondan 200 manat, dövlət imtahanlarına görə isə 1.000 manat alınsa da, ali təhsil alması barədə diplom bu günə qədər verilməyib. Təhsil haqqı da nəzərə alınmaqla qaçqınçılıq həyatı yaşayan Şamo Hümbətovdan Elşad Abdullayevin rəhbərlik etdiyi korrupsiya şəbəkəsi tərəfindən ümumilikdə 20.000 manat məbləğində pul alınıb. Tələbə qəbulu üzrə dövlət komissiyası tərəfindən təşkil olunan test imtahanlarından kənar şəxsləri ABU-ya qəbul edilməsini təmin etmək üçün Elşad Abdullayevin rəhbərlik etdiyi mütəşəkkil dəstə Rusiya Federasiyasında, Ukrayna Respublikasında və Gürcüstanda yerləşən müxtəlif təhsil müəssisələri vasitəsilə tələbələrin qəbulunu saxta sənədlər əsasında rəsmiləşdirmiş, bir müddətdən sonra isə tələbələrin ABU-ya köçürülməsini həyata keçiriblər. Belə ki, Elşad Abdullayevə bilavasitə 3000 ABŞ dolları rüşvət ödəyib, Vahabova Günel Mail qızı 2004-cü ildə test imtahanlarını vermədən RF-nın Dağıstan Respublikasının Dərbənt şəhərində yerləşən Stalski adına RF-nın Açıq Sosial Universitetinin «bədən tərbiyyəsi» fakultəsinə rəsmiləşdirilərək, sonradan ABU-ya həmin fakultənin 2-ci kursuna köçürülmüş, hər semestrə 150 manat, dövlət imtahanlarına görə 1.000 manat ödəyən Günel Vahabova digər minlərlə tələbə kimi diplomsuz qalıb Komitəyə müraciət edən tələbələrin bir qismi isə universitet bağlanıldığı üçün təhsilini başa çatdıra bilməyiblər. Bu sıradan olan «İqtisadiyyatın hüquqi tənzimlənməsi» fakultəsinin tələbəsi Cavadov Vüsal Məzahim oğlu 2007-ci ildə test imtahanlarından kənar ABU-ya qəbul olunarkən bilavasitə Elşad Abdullayevə sonuncunun iş otağında 5.000 manat məbləğində pul verib, hər semestr imtahanlarına görə 400-500 manat rüşvət şəkilində ödəyib. Son nəticədə Vüsal Cavadov təhsilini başa vura bilməyib, ailəsinə isə çox ciddi mənəvi və maddi ziyan dəyib. Elşad Abdullayevin və onun rəhbərlik etdiyi korrupsiya mütəşəkkil dəstənin törətdikləri qanunsuzluqları əks etdirən çoxlu sayda digər misalları da çəkmək olar. Komitəyə müraciət edən tələbə və valideyinlərin sözlərindən məlum olub ki, ABU-da Elşad Abdullayevin rəhbərliyi altında fəaliyyət göstərən korrupsiya mütəşəkkil dəstənin üzvləri xırda məsələləri belə ödənişli əsaslarla həll ediblər. Tələbələrə məcburi qaydada lazım olmayan kitabların, müxtəlif tədbirlərə biletlərin satışı həyata keçirilib, hətta tələbə bileti və qiymət kitabçası 40 manat alındıqdan sonra verilib, buraxılan dərsləri qeydə alınmamasına görə mütləq qaydada pul alınıb. Komitənin fəaliyyət göstərdiyi dövr ərzində ABU-da baş verən korrupsiya halları və Elşad Abdullayevin qanunsuz hərəkətləri barədə Korrupsiyaya qarşı mübarizə idarəsinə məlumat verməklə yanaşı, Fransa səfirliyinə, Fransa Xarici İşlər Nazirliyinə, «Euronews» telekompaniyasına, Avropa İnsan haqları məhkəməsinə müraciət edilmiş və müvafiq təsdiqedici sənədlərin surətləri göndərilib. Müraciət edənləri əsas narahat edən məsələlərdən ABU-da alınmış təhsilin leqallaşdırılması, diplomun alınması, natamam qalmış təhsilin digər təhsil müəssisəsində davam etdirilməsi, ödənilmiş pulların qaytarılmasıdır. Bu səbəbdən təhsilini başa vurmuş şəxslərin diplom almasını, təhsilini natamam almış şəxslərin təhsilini davam etdirilməsini təmin etmək məqsədilə Komitə tərəfindən Təhsil Nazirliyinə və Tələbə qəbulu üzrə Dövlət Komissiyasına müraciətin göndərilməsi planlaşdırılır.   Vətəninfo.az  







Xəbər lenti

img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38
img Hadisə
Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

2019-09-14 / 17:19:56
img Dünya
Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb

2019-09-14 / 17:18:02
img Hadisə
Çin indi də Afrika eşşəklərinin başına dərd olub

2019-09-14 / 17:16:53
img Dünya
Şəhər sualtında qaldı - Sel fəlakəti İspaniyanı cənginə alıb - VİDEO

2019-09-14 / 17:15:17
img Hadisə
Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq

2019-09-14 / 17:13:53
img Dünya
AB-nin iki nəhəngi Zelenskiyə qarşı Putinlə birləşir - Kuçmadan açıqlama

2019-09-14 / 17:12:46
img Dünya
Türkiyədə ard-arda iki güclü zəlzələ olub

2019-09-14 / 12:28:22
img Günün xəbərləri
"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb

2019-09-14 / 12:27:18
img Dünya
Tramp Sisiyə: "Mənim sevimli diktatorum haradadır?

2019-09-14 / 12:08:28
img Cəmiyyət
Məşhur müğənni boşanır

2019-09-14 / 12:05:36
img Dünya
Con Boltonu kim əvəzləyəcək? (FOTO)

2019-09-14 / 12:04:33
img Dünya
Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

2019-09-14 / 12:03:24
img Sosial
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib

2019-09-13 / 17:39:50
img Dünya
İstanbul restoranında ofisiantları robotlar əvəzlədi

2019-09-13 / 17:38:15
img Cəmiyyət
“Yemin” serialında Şövkət Ələkbərovanın mahnısı səsləndirilib – Video

2019-09-13 / 17:35:54
img Dünya
Tramp: "Bolton mənim qarşımı alırdı"

2019-09-13 / 17:33:11
img Dünya
Fransada mer və həyat yoldaşı azadlıqdan məhrum edilib

2019-09-13 / 17:31:29
img Dünya
Yurgen Klopp birinci oldu

2019-09-13 / 17:26:19
img Hadisə
Azərbaycanda kişidən ofisiant işləyən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT.

2019-09-13 / 12:03:10
img Cəmiyyət
Putin Həbiblə görüşdü – VİDEO

2019-09-13 / 11:59:07
img Dünya
Kanada Baş nazirinin təyyarəsi avtobusla toqquşdu

2019-09-13 / 11:57:58
img Hadisə
“Facebook”da qaydaları pozan erməni baş redaktorun profili bağlandı

2019-09-13 / 11:57:02
img Qafqaz
Gürcüstanın xarici ticarəti artıb

2019-09-13 / 11:54:41

Bütün xəbərlər