logo
RU

Manşet xəbərləri

“Qafqazregion.az” xəbər portalı “Qafqaznews.az”la əvəzlənəcək

img




Qeyd edək ki, Qafqazregion.az  xəbər portalının gələn ayın 19-u  bir yaşı tamam olur. İyul ayının 19-u, həm də xəbər  portalının təsisçisi və baş redaktoru Mahmud Rasimoğlunun doğum günüdür və bu  tarixlərin üst-üstə düşməsi heç də təsadüfi deyil.Çünki, Qafqazregion.az xəbər portalı keçən il ,məhz Mahmud Rasimoğlunun 35 illik yübileyi münasibəti ilə təsis edilmişdir. Təsis edilən gündən, Qafqazregion.az xəbər portalı ölkənin  elektron  mətbuatında   öz mövqeyini ortaya qoymağı bacarmışdır. Portal özünəməxsus  dəsti-xətti ilə seçilərək  həqiqi müstəqilliyi ilə digər xəbər portallarından fərqlənə bilmiş  və bir çox mühüm məsələləri işıqlandıraraq gündəmə gətirmişdir. Düzdür ,ölkə ictimaiyyətini narahat edən  qaldırdığımız məsələlərə görə baş redaktor Mahmud Rasimoğlu dəfələrlə təyziqlərə məruz qalmışdır.Onu susdurmaq məqsədi ilə baş redaktor   haqsız yerə  bir neçə dəfə məhkəməyə  verilmişdir ki,bu məhkəmə proseslərində  də  hakimlər bəzilərinin göstərişi ilə sifarişli və ədalətsiz  qərarlar çıxartmışdılar. Bundan başqa , tənqidi və obyektiv yazıları ilə bağlı  baş redaktorumuz  naməlum şəxslər tərəfindən izlənilmiş , hətta Əflatun Amaşovun adından  yalançı “Əflatun Amaşov”un zəng etməsi kimi maraqlı  faktla qarşılaşmışdır. Ancaq  bütün bu təyziqlərə baxmayaraq  baş redaktor Mahmud Rasimoğlu Qafqazregion.az  xəbər portalının fəaliyyətini nəinki dayandırmamış,əksinə təyziqlərdən çəkinməyərək mətbuatda daha da  kəskin yazılarla çıxış etmişdir.Qeyd edək ki, bu dövr ərzində  baş redaktor Mahmud Rasimoğlu “Qafqaz Region” İctimai Birliyini təsis edərək həmin birliyə sədr seçilmişdir. Düzdür ,həmin İctimayi Birliyi təsis edəndən sonra baş redaktor  Ədliyyə Nazirliyində qeydiyyatla bağlı süründürməçiliklə  rastlaşmışdır ki, bununla əlaqədar, Qafqazregion.az xəbər portalında bir sıra yazılar da getmişdir. Onu da qeyr edək ki, Qafqazregion.az -ın fəaliyyəti  tam mənada bitmir;oxucuların nəzərinə çatdırmaq istəyirik ki, Qafqazregion.az saytı Qafqaznews.az adlı yeni təsis edilən müasir tərtibatlı saytın içində bölmə kimi fəaliyyət göstərəcək və dəyərli  oxucularımız axtarış sistemlərində və elə təzə saytın içində “Qafqazregion.az” sözlərini yazanda  Qafqaznews.az xəbər portalının səhifəsi açılacaq. Həmçinin Qafqazregion.az- ın arxivi bölmə şəkilində Qafqaznews.az -ın içində oxucularımıza təqdim olunacaq ki,oxucular  da o arxivdən rahat şəkildə istifadə edə biləcəklər. Qafqaznews.az (Qafqaz xəbərləri) portalı öz oxucularına  bir neçə  yeni layihələr  təqdim etməyi planlaşdırır. Bundan əlavə müasir standartlara cavab verən yeni dizaynlı  portalımızda  hər gün  cəmiyyətin bütün sahələrini əhatə edəcək onlarla xəbər, yazı və araşdırmalar dərc ediləcək. Portalda  həmçinin yerli və dünya xəbərləri ilə yanaşı, tanınmış müəlliflərin yazıları, jurnalist araşdırmaları, müsahibələr, ekspert rəyləri də dərc olunacaq. Bundan başqa  portalda  Azərbaycan internet mediası üçün ənənəvi olmayan,müsabiqələr,layihələr,rubrikalar və s. yeniliklər  təqdim olunacaq. . Müstəqil informasiya siyasəti həyata kecirən  yeni internet mətbu orqan  da öz sələfi- Qafqazregion.az kimi siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etməyəcək, obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayacaq. Mahmud Rasimoğlu bizə açıqlamasında bildirdi ki,saytın bölümlərində müxtəlif maraq dairəsi olan oxucular, reportajlardan, araşdırmalardan, siyasətdən şou-biznesə qədər geniş spektrdə olan maraqlı materiallarla tanış ola biləcəklər.Yeni xəbər portalında  Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yeniliklərlə,ordumuzla bağlı məsələlərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər operativ şəkildə oxuculara çatdırılacaq.  Nəzərinizə çatdıraq ki, Qafqaznews.az- ın da təsisçisi və baş redaktoru Mahmud Rasimoğludur .Xatırladaq ki,yeni  xəbər portalı  Qafqazregion.az kimi məhz  iyul ayının 19-u oxuculara təqdim olunacaq. Bundan əlavə  nəzərinizə  çatdıraq ki, Qafqaznews.az da Qafqazregion.az xəbər portalı kimi “Qafqaz Region” İctimayi Birliyinin rəsmi mətbu orqanı sayılacaq. Qafqaznews.az-ın daha bir özəlliyi ondan ibarətdir ki, oxucuların ,portaldakı  xəbərləri dünyanın bir çox dillərində  oxumaq imkanı olacaq  və portalın bannerləri  dünyanın tanınmış ,böyük oxucu kütləsinə malik olan  bir çox nüfuzlu saytlarında yerləşdiriləcək.Bu baxımdan Qafqaznews.az-da təqdim olunan  obyektiv informasiyaları  nəinki ölkədəki ,həmçinin ölkə xaricində,başqa dilli oxucular da  izləmək imkanı əldə edəcəklər.Bir sözlə, gözləməyə dəyər! Legion.az 







Xəbər lenti

img Cəmiyyət
Alkoqolun orqanizmə inanılmaz təsirləri

2020-01-23 / 12:57:00
img Dünya
“Böyük Britaniya yanvarın 31-də Avropa Birliyindən çıxmağa hazırdır” - Conson

2020-01-23 / 11:09:51
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanların vaxtı

2020-01-23 / 11:07:54
img Manşet xəbərləri
İşsiz və təqaüdçü deputatlığa namizədlərin sayı məlum olub

2020-01-23 / 11:04:48
img Cəmiyyət
Qadınların kişilərdən daha çox yaşamasının səbəbi bəlli oldu

2020-01-23 / 11:02:06
img Dünya
ABŞ prezidentləri tarixində ilk dəfə bunu Tramp edəcək

2020-01-23 / 11:00:57
img Hadisə
Rüşvətə görə işdən qovulan polis öldü - FOTO

2020-01-23 / 10:59:32
img Ölkə
Azərbaycanda ölüm olan şadlıq sarayının sahibkarı HƏBS EDİLDİ

2020-01-23 / 10:58:03
img Dünya
Yeni virusa görə karantin elan olundu

2020-01-23 / 10:54:46
img Günün xəbərləri
Hava kəskin dəyişəcək - Nazirlik əhaliyə ÇAĞIRIŞ ETDİ

2020-01-22 / 18:39:04
img Dünya
Səmərqənddə qadın onu evindən çıxarmağa gələn prokurorları yandırdı

2020-01-22 / 18:35:30
img Cəmiyyət
3 uşağıyla evdən qaçan ana sığınacağa yerləşdirildi: “Uşaqların dodaqları əsir...”

2020-01-22 / 18:34:13
img Ölkə
FIFA: Azərbaycan klubları transferlərdən 100 min dollar ziyana düşüb

2020-01-22 / 18:32:49
img Manşet xəbərləri
Rusiya demokratiya indeksinə görə dünyada 134-cü yeri tutdu

2020-01-22 / 18:31:29
img Dünya
Putin rus analarına dəstək üçün 1 trilyon ayırdı

2020-01-22 / 18:29:41
img Manşet xəbərləri
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

2020-01-22 / 18:29:07
img Ölkə
Zooparkdakı təmirə görə heyvanlar bu ərazidə saxlanılır

2020-01-22 / 15:21:47
img Ölkə
Azərbaycandan bu ölkəyə yeni qatar reysi açıldı: Gediş pulsuzdur

2020-01-22 / 15:19:16
img Günün xəbərləri
İranın daha bir komandiri öldürüldü

2020-01-22 / 15:14:31
img Dünya
İsrail: "İordan vadisini diplomatik yolla ilhaq etməyə hazırıq"

2020-01-22 / 15:13:14
img Dünya
Yunanıstanda ilk dəfə qadın prezident seçildi

2020-01-22 / 15:11:27
img Dünya
İki ordu üz-üzə: ABŞ əsgərləri rusların yolunu kəsib geri qaytardı

2020-01-22 / 15:09:12
img Dünya
Netflix abunəçilərinin sayı 167 milyona çatdı

2020-01-22 / 15:07:54
img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38

Bütün xəbərlər