logo
RU

Manşet xəbərləri

"Demokratiyada" ehtirası artıran səbəb…

img




Bu gün cəmiyyətimizə məlumdur ki, kiminsə demokratiya ilə  başladığı yol  ,bir qayda olaraq sonda  onun hansısa vəzifə başına gəlməsi ilə sonunclanır.Əksər hallarda da  vəzifəyə təyin olununan həmin şəxs çalışır ki, illərlə  ürəyində  yığılıb  qalan şəxsi  istəklərini həyata keçirsin. Yəni çox zaman siyasətçilər qarşılarına vəzifə sahibi olmaq məqsədini heç də  cəmiyyətə,ölkəyə xeyir vermək üçün yox,öz şəxsi arzularını,fantaziyalarını həyata keçirmək üçün qoyurlar.Belə insan demək olar ki, vəzifəyə oturduğu ilk gündən, onda “ulduz xəstəliyi sindromu” inkişaf etməyə başlayır. Mən  özüm  dəfələrlə bu kimi  hadisənin şahidi olmuşam. Ancaq peşəkar fəaliyyətimlə əlaqədar rastlaşdığım  bu tip hadisələr də az deyil. Yəni, bir neçə dəfə,  hansısa məsələ ilə bağlı jurnalist araşdırması aparanda gəlib yuxarıda qeyd etdiyim hadisələrin üstünə çıxmışam.  Bugünki köşəmdə də bir vəzifəli şəxsin vəzifəyə təyin olunandan sonra qarşısına qoyduğu  hansı arzunu və necə  həyata keçirtməyindən,onun ikili həyat hekəyəsindən söhbət açacağam. Demək,adını çəkmədiyim həmin vəzifə sahibinin öz ailəsindən savayı, daha doğrusu öz arvadından başqa  kənarda  bir məşuqəsi də var ki,onunla  gizli eşq məcarası yaşayır. Saxladığı həmin cazibədar qadınla  istədiyi vaxt  rahat şəraitdə yaxın əlaqədə  olmaq üçün o   hətta xeyli xərc çəkib  xüsusi olaraq  ev də alıb.Maraqlıdır ki, o hər axşam saat onda həmin eşq xanımını tərk edərək  öz ailəsinin yanına qayıdır. Təbii ki,bu vəzifə sahibi kifayət qədər imkanlı olduğundan həmin məşuqəsini maddi cəhətdən tam təmin edir,ona öz zövqünə uyğun cazibədar gecə paltarları,bahalı ətirlər və istədiyi bahalı hədiyyələr alır.Ən maraqlısı isə odur ki,bu vəzifə sahibi uzun illər ictimaiyyət qarşısında demokratiyadan dəm vursa da, seksual fantaziyalarını həyata keçirdiyi gizli eşq yuvasında “diktatura rejimi” qurub.O məşuqəsinin ondan başqa heç kim ilə yaxınlıq etməməsinə arxayın olduğundan sevgilisini güclü qısqanmır da. Onu da qeyd edim ki, bu vəzifəli şəxsin qizli eşq-məhəbbət evində  özünə məxsus olan şortiki və xalatı da var. Ancaq həmin  bu vəzifə sahibinin heç   ağlına da  gəlmir ki, axşam çıxartdığı şortik və bahalı ipək kişi xalatı səhərəcən başqasına qismət olur. Yəni o axşam saat 10-da sevqilisindən ayrılıb öz ailəsinin yanına qayıdanda, həmin eşq-məhəbbət evində  onun yerini başqa kişi  əvəz edir .Bundan xəbəri olmayan vəzifə sahibinin xalatını və şortikini geyən həmin məşuqun da, vəzifəli şəxsi əvəz etdiyini düşünəndə  məşuqəyə olan ehtirası birə beş artır.  Bax buna deyərlər əsl demokratiya. Sən demə əsl “demokratiya” gecədən səhərəcən olur. Səhər isə yuxudan ayılanda  fikirləşir ki ,onun “demokratiyadan” bəhrələnməyi bir də  qaldı axşama. Əlbəttə səhərlər bu ehtiras yuvasından çıxandan sonra o gecələr ona icazə verilən super demokratiyadan haradasa  loğvalanıb danışa bilər,ancaq bu təhlükəli olduğundan həmin məşuq bunu etməkdən özünü saxlayır.Çünki bilir ki, vəzifəli şəxs bunu aşkar etsə ona rəhm edən deyil. Bu səbəblərdən vəzifə sarıdan “ulduz xəstəliyi sindromu” qurşananlara məsləhətim odur ki, çalışın,hansısa  vəzifəyə təyin olunandan sonra,xalatınızı heç bir yerdə qoymayın ki,sabah kimsə onu əyninə qeyinib özünü  sizin hesabınıza “demokrat” saymasın. Yəni bu gün  bir çox şəxs hansısa vəzifəyə nail olmaq üçün,siyasətə qoşulur, sözdə demokrat olub söz azadlığından danışır .Vəzifə sahibi olandan sonra isə başlayır yuxarıda qeyd etdiyim kimi eşq-məhəbbət evindən,şortikdən və yaxud da xalatdan Ancaq həmin şəxsə desən ki,”axı sən “demokratsan” və bu baxımdan sən axşam evinə,ailənin yanına çıxıb gedəndə bu eşq-məhəbbət evində kiminsə səni  əvəz etməyinə niyə pis baxırsan?”,o  əbəttə bu fikirlə razı olmaz. Dərindən düşünəndə  belə adamların yaxşı pulu olsa da onlar bir  tərəfdən yazıq adamlardır. Çünki onların  heç yatıb yuxularına da gəlməz ki, sahibi olduğu eşq-məhəbbət evində diktatura-rejimi qurduqlarını düşünsələr də,  orada səhərəcən “demokratiya” tüğyan edir.Yazımın bu hissəsində tanınmış bir jurnalistin sözü yadıma düşdü.Onun dediyinə görə bəzi vəzifəli şəxslər ictimaiyyətdə tüfeyli həyat sürən pozğun qadınları  fahişə adlandırsalar da, onlarla təklikdə qalanda  adətən onlara “can” deyə müraciət edirlər . Ona görə də bu cür demokratiyanın gecəsi səhərindən betər olur. Çünki gecə “demokratiyasında” yaranan ehtiras,ancaq şortik sahibinin cəmiiyyətdə ki fəaliyyətindən irəli gəlir…. P.S.Sonda onu da qeyd edim ki,haqqında söhbət açdığım bu hadisə heç də istisna deyil.Bu kimi vəzifəli şəxslər Azərbaycanda kifayət qədərdir.Bu baxımdan  bəlkə də bu yazını oxuyndan sonra onların çoxunun gözü açılacaq və şübhələrini yoxlamaq üçün  öz sürücülərini və ya cangüdənlərini gecələr həmin o eşq-məhəbbət evlərinə göndərəcəklər… Mahmud Rasimoğlu







Xəbər lenti

img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38
img Hadisə
Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

2019-09-14 / 17:19:56
img Dünya
Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb

2019-09-14 / 17:18:02
img Hadisə
Çin indi də Afrika eşşəklərinin başına dərd olub

2019-09-14 / 17:16:53
img Dünya
Şəhər sualtında qaldı - Sel fəlakəti İspaniyanı cənginə alıb - VİDEO

2019-09-14 / 17:15:17
img Hadisə
Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq

2019-09-14 / 17:13:53
img Dünya
AB-nin iki nəhəngi Zelenskiyə qarşı Putinlə birləşir - Kuçmadan açıqlama

2019-09-14 / 17:12:46
img Dünya
Türkiyədə ard-arda iki güclü zəlzələ olub

2019-09-14 / 12:28:22
img Günün xəbərləri
"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb

2019-09-14 / 12:27:18
img Dünya
Tramp Sisiyə: "Mənim sevimli diktatorum haradadır?

2019-09-14 / 12:08:28
img Cəmiyyət
Məşhur müğənni boşanır

2019-09-14 / 12:05:36
img Dünya
Con Boltonu kim əvəzləyəcək? (FOTO)

2019-09-14 / 12:04:33
img Dünya
Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

2019-09-14 / 12:03:24
img Sosial
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib

2019-09-13 / 17:39:50
img Dünya
İstanbul restoranında ofisiantları robotlar əvəzlədi

2019-09-13 / 17:38:15
img Cəmiyyət
“Yemin” serialında Şövkət Ələkbərovanın mahnısı səsləndirilib – Video

2019-09-13 / 17:35:54
img Dünya
Tramp: "Bolton mənim qarşımı alırdı"

2019-09-13 / 17:33:11
img Dünya
Fransada mer və həyat yoldaşı azadlıqdan məhrum edilib

2019-09-13 / 17:31:29
img Dünya
Yurgen Klopp birinci oldu

2019-09-13 / 17:26:19
img Hadisə
Azərbaycanda kişidən ofisiant işləyən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT.

2019-09-13 / 12:03:10
img Cəmiyyət
Putin Həbiblə görüşdü – VİDEO

2019-09-13 / 11:59:07
img Dünya
Kanada Baş nazirinin təyyarəsi avtobusla toqquşdu

2019-09-13 / 11:57:58
img Hadisə
“Facebook”da qaydaları pozan erməni baş redaktorun profili bağlandı

2019-09-13 / 11:57:02
img Qafqaz
Gürcüstanın xarici ticarəti artıb

2019-09-13 / 11:54:41

Bütün xəbərlər