logo
RU

Müsahibə

Vahid Ələkbərov “Milyarderlər İttifaqı”ndan danışdı

img




Rusiyada fəaliyyət göstərən məşhur azərbaycanlı iş adamı, “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərovun APA-ya müsahibə verib. Legion.az  həmin müsahibəni təqdim edir

- Ötən ilin sonlarında yaradılan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sıralarında Sizi də gördük...

- Bəli, mən bu təşkilatın yaradılmasına dəstək vermişəm. Biz bu təşkilatı Rusiyada yaşayan azərbaycanlıların xeyrinə olan qurum kimi yaratdıq. Bu təşkilat heç kəsin əleyhinə yaradılmayıb. Mən şəxsən Azərbaycan prezidenti, həm də bütün azərbaycanlıların prezidenti İlham Əliyevi dəstəkləyirəm. Mən də onun növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsinin tərəfdarıyam və bu yöndə olan təşəbbüslərin hamısını dəstəkləyirəm. Bu yaxınlarda mütləq Bakıya gedib, bütün azərbaycanlıların prezidenti İlham Əliyevə dəstək verdiyimi orda da bildirəcəyəm.

- Amma Azərbaycan mətbuatında təmsil olunduğunuz Rusiya Azərbaycan Təşkilatları İttifaqı ilə bağlı başqa iddialar səslənir. Təşkilatın Kremlin tapşırığı ilə yaradıldığı yazılır. Bunu necə şərh edərdiniz? 

- Bu yazılanlar hansısa təxəyyülün məhsuludur. Rusiya Azərbaycan Təşkilatları İttifaqı ictimai təşkilatdır. Bu təşkilat burada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların təşəbbüsü ilə yaradılıb. Təşkilatın məqsədi digər diaspor təşkilatlarının fəaliyyətlərini nizamlamaq və koordinasiya etməkdən ibarətdir. Bu gün “AzərRos” Federal Milli-Mədəni Muxtariyyəti aktiv fəaliyyətdədir və Abbas Abbasovun rəhbərliyi altında mühüm işlər görür.

Mən Ümumrusiya Azərbaycan Konqresinin də vitse-prezidenti olmuşam. Lakin hazırda həmin təşkilatda təmsil olunmuram. Təəssüflər olsun ki, ÜAK-ın fəaliyyəti ilə bağlı gözləntilərimiz özünü doğrultmadı. Təşkilatı məsələlərlə bağlı problemlər ortaya çıxdı.

- Ümumilikdə Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini necə qiymətləndirirsiniz?

- Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti müsbətdir. Burda yaşayan Azərbaycanlıların Rusiya Federasiyasının iqtisadiyyatına böyük töhfələr verirlər. Burdakı azərbaycanlı iş adamları Rusiyanın ictimai həyatında yaxından iştirak edirlər. Onların təşəbbüsü ilə çox mühüm işlər görülür. Bu müsbət haldır. Hazırda azərbaycanlı iş adamları Federal Milli-Mədəni Muxtariyyətin rəhbərliyi altında Rusiyanın regionlarının ictimai həyatında mühüm işlər görürlər.

- Rəhbərlik etdiyiniz “LUKOİL” şirkətinin son illər Azərbaycanda həyata keçirilən layihələrdə iştirakında durğunluq müşahidə olunur...

- Mən belə deməzdim. Biz indi SOCAR-la yeni layihələr üzərində danışıqlar aparırıq. Şirkətimizin Azərbaycanda fəaliyyətini genişləndirməkdə maraqlıyıq. 







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər