logo
RU

Manşet xəbərləri

Baş redaktor yalançı “Əflatun Amaşov”la bağlı Ramil Usubova müraciət etdi

img




Azərbaycanın Respublikasının Daxili İşlər naziri   cənab Ramil Usubova  “Qafqazregion.az” xəbər portalının , “Qafqaz Region News” qəzetinin baş  redaktoru, \"Qafqaz Region\" İctimai Birliyinin sədri Mahmud Rasim oğlu Tağıyev tərəfindən                 Müraciət “Hörmətli cənab Ramil Usubov! Nəzərinizə çatdırım ki, 06.06.2013-cü il tarixdə saat 14:27 radələrində, 070 385 01 11 nömrəsindən naməlum şəxs  mənim mobil telefonuma zəng edərək özünü Mətbuat Şurasının sədri Əflatun Amaşov kimi təqdim edib və kobud surətdə bildirib ki, guya mənim redaktoru olduğum “Qafqazregion.az” xəbər portalında bir müddət əvvəl dərc olunmuş “Qırmızı kitab”la hesablaşmayan ov xəstəsi olan rəis\" və“Samux RPŞ-nin rəis əvəzi baş redaktoru şantaj edir” yazılarda  həqiqətə uyğun olmayan yazılar gedib.Bunu səbəb gətirərək o bizə az qala əmr formasında  mənə  “məsləhət” verib ki, məqalələrdə söhbət  gedən məsələni -Samux RPŞ-nin rəisi haqda yazını gündəmdə saxlamayaq. Halbuki o yazıları biz qətiyyən gündəmdə saxlamamışıq. Ümumiyyətlə  çox əsəbi şəkildə danışan və fikirlərini aydın ifadə edə bilməyən,ara-sıra nə demək istədiyi başa düşülməyən, mətbuat adamından çox polis kimi danışan  şəxs,  mənə , öz, danışığı ilə  Mətbuat Şurasının sədrindən çox DİN-in sözçüsünü xatırladıb. Qeyd edim ki,onun danışığına qulaq asdıqda  həmin şəxsin danışıq qabiliyyəti,saytımızla bağlı qeyri-dəqiq danışması  bizdə , onun həqiqətən Əflatun Amaşov olmasına şübhə yaradıb. Çünki  Mətbuat Şurasının sədri Əflatun Amaşovun bu cür tonda ,özü də  məntiqsiz danışmasına və məsələyə Mətbuat Şurasının sədrinə uyğun,yaraşmayan şəkildə münasibət bəsləməsinə inanmırıq. İkincisi isə,  bu şəxs hər kim olur - olsun onun söylədiklərinə cavab olaraq bildirməyi  özümə borc bildim ki,Qafqazregion.az öz fəaliyyəti dövründə heç bir zaman kimsəyə  qara yaxmayıb və həmişə obyektiv olmağa çalışıb.  Qeyd edək  ki, bir müddət öncə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mənimlə telefon əlaqəsi saxlayaraq adıçəkilən məqalələrdəki məsələyə münasibət bildirmişdir. Qafqazregion.az  xəbər portalı olaraq biz də bu məsələni araşdırdıq və müəyyən etdik ki,  saytımızda dərc olunan adı çəkilən məqalələrdə  bir sıra faktlar həqiqəti əks edib ,ancaq  , eyni zamanda adı çəkilən rəsmilərin dediklərini təsdiq edərək bildirdik ki, yazılarda həqiqətən qeyri-dəqiq ifadələrə və yanlışlıqlara da  yol verilib və nəticədə  yazıda həqiqətə uyğun olmayan bir sıra məqamlar da yer alıb. Bunu nəzərə alaraq yazılardakı həmin məqamlarla bağlı  təkzib verdik.  Onu da qeyd edək ki, bu  cür münasibətimiz bir daha onu  sübut  etdi ki, Qafqazregion.az  mətbu orqan olaraq həmişə obyektiv olmağa çalışır və heç kimə qarşı qərəzli mövqe sərgiləmir. Ancaq  bu zəng bunu deməyə əsas verir ki,biz həmin mövzudan əl çəksək də ,görünür bəzi məmurlar bizdən əl çəkmək istəmirlər.Bu səbəbdən cənab nazir ,sizdən xahiş edirəm  bu məsələnin arşdırılmasına göstəriş verəsiniz və zəng edən yalançı \"Əflatun Amaşov\" u müəyyən edib ona qarşı tədbir görəsiniz. Peşə borcunu yerinə yetirən bir jurnalist və adi vətəndaş kimi məni narahat edən odur ki, ola bilsin kimlərsə mötəbər adamların,vəzifəli şəxslərin  adından istifadə edərək öz çirkin niyyətlərini,məqsədlərini həyata keçirmək istəyirlər.Bunu nəzərə alaraq hörmətli nazir, hesab edirəm əgər belə şübhələr  vaxtında  araşdırılmasa və  günahkar müəyyən olunub qanuna müvafiq  cəzalanmasa , bu kimi hadisələr gələcəkdə də baş verə bilər  ki,bu da heç də yaxşı şey vəd etmir.Qeyd edim ki,əgər ehtiyac olarsa ,biz  həmin şəxsin danışığının əks olunduğu auduo yazını təqdim edə bilərik”. Hörmətlə,Mahmud Tağıyev  Legion.az 







Xəbər lenti

img Dünya
Şimali Koreya Çinlə sərhədini bağlayır

2020-01-22 / 10:59:14
img Manşet xəbərləri
Azərbaycanda həbs edilən məşhur repçi azadlığa buraxıldı

2020-01-22 / 10:54:38
img Dünya
Çində koronavirusa yoluxanların sayı 440-a, ölənlərin sayı isə 9-a çatıb

2020-01-22 / 10:45:41
img Dünya
Livanda yeni hökumətə qarşı etiraz aksiyaları keçirilir

2020-01-22 / 10:41:25
img Hadisə
“Toyota” 3,4 milyon avtomobilini geri çağırır

2020-01-22 / 10:37:16
img Dünya
Rusiyada yeni hökumətin tərkibi müəyyənləşib

2020-01-22 / 10:35:05
img Dünya
Yanvarın 22-də valyuta məzənnəsi

2020-01-22 / 10:33:27
img Manşet xəbərləri
Qışın anomal isti keçməsinin səbəbi nədir: Sinoptik açıqladı

2020-01-21 / 17:36:16
img Dünya
Krivonos: “Ukrayna Donbası silah gücünə qaytara bilər...”

2020-01-21 / 17:34:57
img Dünya
Fərhad Əhmədovdan 600 milyon istəyən xanımı oğlunu məhkəməyə verdi

2020-01-21 / 17:32:59
img Günün xəbərləri
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

2020-01-21 / 17:28:25
img Cəmiyyət
Bakılı milyarder xanımın sərvəti dünya gündəmində

2020-01-21 / 17:24:17
img Günün xəbərləri
Sabah Senat Trampın impiçment məsələsinə baxmağa başlayır

2020-01-21 / 17:22:32
img Manşet xəbərləri
İran Ukrayna təyyarəsini vurması ilə bağlı hesabatı yaydı

2020-01-21 / 10:35:15
img Cəmiyyət
Dünyanın ən uzunsaçlı qızı Ginnesin rekordlar kitabına düşdü

2020-01-21 / 10:32:53
img Dünya
ABŞ-ın İrana qəzəbinin səbəbi açıqlandı

2020-01-21 / 10:32:01
img Hadisə
Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyüldü

2020-01-21 / 10:29:44
img Dünya
Ən çox istifadə edilən mesajlaşma tətbiqləri açıqlandı

2020-01-21 / 10:27:30
img Dünya
İŞİD-in yeni lideri bəlli oldu

2020-01-21 / 10:24:48
img Dünya
Haftarla bir stol arxasına oturmaram - Ərdoğan

2020-01-20 / 18:54:12
img Dünya
Çində robotlaşdırılmış restoran açıldı

2020-01-20 / 18:52:02
img Hadisə
"Fitch" Azərbaycan üzrə reytinqi təsdiqləyib

2020-01-20 / 18:50:18
img Dünya
BBC-nin baş direktoru istefaya gedir

2020-01-20 / 18:48:59
img Günün xəbərləri
DİN-dən Zirəddinə cavab: "Bu dediklərini yəqin yuxuda görüb"

2020-01-20 / 18:41:41
img Günün xəbərləri
Siqaret çəkən futbolçular Azərbaycan millisindən qovuldu

2020-01-20 / 15:34:05

Bütün xəbərlər