logo
RU

Günün xəbərləri

Zeynəb Xanlarovadan sərt müraciət

img




Belə hərəkətlərə təxribat deyirlər, özü də Prezidentimizə qarşı təxribat!” Millət vəkili, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Zeynəb Xanlarova vəkil Aslan İsmayılovun müdafiəsi ilə bağlı müraciət yayıb. Müraciəti olduğu kimi təqdim edirik:

“Əziz dostlar, hamımız çox gözəl bilirik ki, bu il Prezident seçkiləri ilidir. Azərbaycanın gələcəyi üçün çox mühüm olan bu dövrdə hamınızı diqqətli və bəsirətli olmağa çağırıram. Hər gün müxtəlif sahələrdən narazılıq fəryadları gəldikcə, bunun ilk növbədə məsul xadimlərin iş bəhrəsi olduğuna əminliyim artır. Sizə səslənirəm ki, bəsdir! Bizə ümid bağlamış vətəndaşlarımızın vəziyyətini pisləşdirən, onları haqsız yerə incidən hərəkətlərə yol verməyin! Onu bilin ki, səmərəsiz işinizdən doğan bütün bu narazılıqlar yekunda əziz Prezidentimizə qarşı yönəlir, o isə ilk növbədə sizlərə güvənir.

Bu gün Milli Məclisdə səsləndirilmiş bir fikrə də öz münasibətimi bildirmək yerinə düşərdi. Məlum oldu ki, vəkil Aslan İsmayılovu bir daha vəkillikdən uzaqlaşdırdılar. Axı bunu necə başa düşmək olar?! Məgər Aslan İsmayılovu bir dəfə, 1999-cu ildə vəkillikdən çıxartmağınız bəs olmadı? Hər bir kəs, o cümlədən onun çıxarılmasını sifariş edənlər gördülər ki, o zaman Aslan İsmayılova həm daxildən, həm xaricdən necə dəstək gəldi. Bu dəstək kampaniyası bir tərəfdən, əziz Prezidentimiz İlham Əliyevin göstərişi o biri tərəfdən, yenidən Aslan İsmayılovu vəkilliyə qaytardı. Hazırda Aslan İsmayılovu vəkillikdən çıxardanlar belə çıxır Prezidentimizi də artıq saymırlar? Aslan İsmayılov baş verən qanunsuzluqları açıq şəkildə, qorxmadan dilə gətirir, mənfi halların aradan qaldırılmasını istəyir, bununla da, bir tərəfdən, bizim işimizə köməklik göstərir. Bizim hamımızın bir məqsədi var - o da Ulu Öndərin qoyduğu mirası, müstəqil Azərbaycanımızı möhkəmləndirmək, xalqımızın sevimli Prezidentinin ətrafında sıx birləşmək.

Bu kimi hərəkətlərə təxribat deyirlər, özü də Prezidentimizə qarşı təxribat! Siz Aslan İsmayılovu işdən çıxardır, onu müxalif düşərgəyə sürükləyir, daha sonra isə “müxalifət bizim işimizi əngələ salır” deyirsiz. Son günlərdə ölkə mətbuatını izləyin, həm daxildən, həm xaricdən Aslan İsmayılova verilən dəstəyə fikir verin. Siz özünüzü haqlı, Aslan İsmayılovu haqsız sayırsınız, halbuki Aslan İsmayılov haqsız olsaydı möhtərəm Prezidentimiz İlham Əliyev ona dəstək olmazdı.

Nə üçün bu məsələdə də xarici təşkilatlar bizim daxili işlərimizə qarışmalıdır. Bu təxribatlar Vətənini sevməyənlərə, yaşadığımız inkişaf dövrünə paxıllıq edənlərə və seçkiqabağı işlərimizi pozmaq istəyənlərə lazımdır. Budur Prezidentimizə dəstək?! Ölkə iqtisadiyyatının inkişafı, sosial problemlərin ardıcıl həlli, dünya səviyyəsində Vətənimizin hərtərəfli nüfuzunun artması və digər bütün müsbət dəyişikliklərin hamısı Ulu öndərimizin və onun layiqli varisi cənab Prezidentimizin rəhbərlik etdiyi siyasi kursun nəticəsidir.

Hələ o zamanlar, hörmətli Prezidentimiz Avropa Şurası Parlament Assambleyasının Nümayəndə Heyətinin sədri olanda, xarici ölkəyə səfər edən kimi, Azərbaycanda bir neçə jurnalist, ictimai xadim həsb olunurdu və dərhal xaricdən təqzyiqlər gəldikdə, Prezidentimizi bu məsələlər olduqca məşğul edirdi. Siz - dövlət hakimiyyətinin nümayəndələri, Prezidentimizin işini asanlaşdırmaq, ona köməklik göstərmək əvəzinə onu əlavə işlərlə də məşğul edirsiz.

Qayıdaraq Aslan İsmayılovun məsələsinə, demək istəyirəm ki, vəkili vəkillikdən xaric etsəniz belə, o yenə də vəkil olaraq qalır, lakin bu həssas məqamda siyasi duruma sizin vurduğunuz ziyanın həcmi getdikcə artır”.







Xəbər lenti

img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38
img Hadisə
Mingəçevir xəstəxanasında 6 yaşlı uşaq ölüb

2019-09-14 / 17:19:56
img Dünya
Donald Tramp Kubaya qarşı embarqonun müddətini daha bir il uzadıb

2019-09-14 / 17:18:02
img Hadisə
Çin indi də Afrika eşşəklərinin başına dərd olub

2019-09-14 / 17:16:53
img Dünya
Şəhər sualtında qaldı - Sel fəlakəti İspaniyanı cənginə alıb - VİDEO

2019-09-14 / 17:15:17
img Hadisə
Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq

2019-09-14 / 17:13:53
img Dünya
AB-nin iki nəhəngi Zelenskiyə qarşı Putinlə birləşir - Kuçmadan açıqlama

2019-09-14 / 17:12:46
img Dünya
Türkiyədə ard-arda iki güclü zəlzələ olub

2019-09-14 / 12:28:22
img Günün xəbərləri
"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb

2019-09-14 / 12:27:18
img Dünya
Tramp Sisiyə: "Mənim sevimli diktatorum haradadır?

2019-09-14 / 12:08:28
img Cəmiyyət
Məşhur müğənni boşanır

2019-09-14 / 12:05:36
img Dünya
Con Boltonu kim əvəzləyəcək? (FOTO)

2019-09-14 / 12:04:33
img Dünya
Bu qidalar xərçəng xəstəliyindən xilas edir - SİYAHI

2019-09-14 / 12:03:24
img Sosial
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib

2019-09-13 / 17:39:50
img Dünya
İstanbul restoranında ofisiantları robotlar əvəzlədi

2019-09-13 / 17:38:15
img Cəmiyyət
“Yemin” serialında Şövkət Ələkbərovanın mahnısı səsləndirilib – Video

2019-09-13 / 17:35:54
img Dünya
Tramp: "Bolton mənim qarşımı alırdı"

2019-09-13 / 17:33:11
img Dünya
Fransada mer və həyat yoldaşı azadlıqdan məhrum edilib

2019-09-13 / 17:31:29
img Dünya
Yurgen Klopp birinci oldu

2019-09-13 / 17:26:19
img Hadisə
Azərbaycanda kişidən ofisiant işləyən arvadına qarşı dəhşətli əməl - TƏFƏRRÜAT.

2019-09-13 / 12:03:10
img Cəmiyyət
Putin Həbiblə görüşdü – VİDEO

2019-09-13 / 11:59:07
img Dünya
Kanada Baş nazirinin təyyarəsi avtobusla toqquşdu

2019-09-13 / 11:57:58
img Hadisə
“Facebook”da qaydaları pozan erməni baş redaktorun profili bağlandı

2019-09-13 / 11:57:02
img Qafqaz
Gürcüstanın xarici ticarəti artıb

2019-09-13 / 11:54:41

Bütün xəbərlər