logo
RU

Qafqaz

Rusiya Ermənistana «İsgəndər-M» raketləri bağışladı

img




Dünyada analoqu olmayan operativ-taktiki silahlar Azərbaycana qarşı yönəlib
Raket sistemləri Azərbaycanın ordusunu ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavabdır Rusiya Ermənistanın “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə dair danışıqlar aparır. Bu barədə Rusiyanın hərbi-texniki əməkdaşlıq sferasındakı mənbə dövlət informasiya agentliyi TASS-a açıqlamasında bildirib. (virtualaz.org) Mənbə əlavə edib ki, raket komplekslərinin Ermənistana verilməsinə dair müqavilə hələ imzalanmayıb. Bundan əvvəl erməni mənbələri xəbər vermişdi ki, Ermənistan Rusiyadan “İsgəndər-M” raket komplekslərini almaq barədə razılıq əldə edib. Məlumata görə, komplekslər Rusiyanın Ermənistana silah almaq üçün ayırdığı 200 milyon dollarlıq kredit çərçivəsində əldə ediləcək. Ermənistan mediasında yayılan məlumatı Rusiyanın hərbi çevrələrində təsdiq edərək deyiblər ki, hələlik danışıqlar gedir. “Bu cür müqavilələrlə bağlı bütün informasiyalar məxfidir. Ona görə də hər hansı əlavə təfərrüatları açıqlamaq mümkün deyil”- deyə mənbə TASS-a bildirib. “İsgəndər-M” komplekslərini istehsal edən zavoddan isə deyiblər ki, 2016-cı ilə qədər bu komplekslər ixraca yönəldilməyəcək. Bununla belə komplekslər xaricə satılmasına icazə verilən silah və hərbi texnikanın siyahısına daxil edilib. Ötən il Qazaxıstan Rusiyadan bu kompleksləri almağa maraq göstərib. Habelə Səudiyyə Ərəbistanının Rusiya ilə “İsgəndər-M” komplekslərinə dair danışıqlar apardığı bildirilir. Ermənistan parlamenti iyulun 2-də Rusiyadan “ən müasir silah və texnikanın alınmasına” dair kredit sazişini ratifikasiya edib. Rusiya bu məqsədlə Ermənistana 13 illiyinə 200 milyon dollar ayırıb. Ermənistan silahları Rusiyadan zavod qiymətinə alacaq.  Qeyd edək ki, əslində Rusiyanın Ermənistana “İsgəndər-M” raketlərini verməsinə dair söz-söhbətlər yeni deyil. Ötən ilin yayında  “Azadlıq” radiosunun erməni xidməti məlumat yaydı ki, Rusiya “İsgəndər-M” komplekslərini Ermənistan ərazisində yerləşdirib. Məlumatı radiostansiyaya Ermənistan Müdafiə Nazirliyindəki mənbə vermiş və bildirmişdi ki, ölkə ərazisində bir neçə “İsgəndər-M” kompleksi var. Bununla belə Rusiyanın kompleksləri Ermənistan ordusunun sərəncamına verdiyi, yoxsa 102-ci bazanın təchizatına daxil etdiyi dəqiqləşdirilməyib. Bəs “İsgəndər-M” komplekslərinin özəlliyi nədədir? Rusiya niyə NATO-nu qorxutmaq üçün bu raketləri Kalininqrad vilayətində yerləşdirib və nədən Ermənistanın Azərbaycan qarşısında hərbi baxımdan dəfələrlə zəif duruma düşdüyü bir vaxtda öz forpostunu bu raketlərlə gücləndirməyə çalışır? Rusiya hərbi nəşrlərində məlumat verilir ki, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Petriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir. Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur. Beləliklə, “İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil və təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib. Raketlərin Ermənistanda yerləşdirilməsi isə Azərbaycanın son illərdə öz silahlı qüvvələrini hədəfi dəqiq vuran raket sistemləri və düşmən raketlərinə qarşı ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavabdır. Məlum olduğu kimi, Azərbaycan İsraildən raketdən müdafiə sistemini təşkil edən “Green Pine” radar kompleksi və “Barak-8” raketləri sifariş verib. Bu sistem mümkün müharibə zamanı Ermənistanın sərəncamında olan raketlərin hücumunu neytrallaşdırmağa imkan verir. “Barak-8” raketdən müdafiə kompleksinin texniki göstəriciləri məxfi saxlanılır, çünki İsrail hərbi sənayesinin ən yeni məhsullarından biridir. Bununla belə xarici qaynaqlarda göstərilir ki, “Barak-8” kompleksləri istənilən raket hücumunu dəf etmək imkanındadır və dünyada bu komplekslərin müdafiəsini yara bilən raketlər mövcud deyil.

Legion.az 







Xəbər lenti

img Cəmiyyət
Ölümünə güldürən adam... - Video

2019-10-14 / 19:22:37
img Dünya
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"

2019-10-14 / 19:18:31
img Dünya
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”

2019-10-14 / 19:16:21
img Hadisə
Diri-diri basdırılan körpə sağ qaldı

2019-10-14 / 19:14:28
img Ölkə
Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

2019-10-14 / 19:13:18
img Dünya
Kataloniya separatçılarına hökm oxundu

2019-10-14 / 17:23:31
img Dünya
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı

2019-10-14 / 17:17:57
img Hadisə
Məşhur müğənni evində ölü tapıldı

2019-10-14 / 17:16:51
img Manşet xəbərləri
SSRİ-nin lideri postuna həsrət buraxılan məşhur nazirin taleyüklü səhvi... - FOTOLAR

2019-10-14 / 17:13:30
img Dünya
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...

2019-10-14 / 17:10:12
img Ölkə
Sabah 26 dərəcə isti olacaq

2019-10-14 / 13:42:09
img Ölkə
Bakıda uşaq qidasından qurd çıxdı - Video

2019-10-14 / 12:43:50
img Ölkə
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq

2019-10-14 / 11:13:11
img Günün xəbərləri
Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

2019-10-14 / 11:11:04
img Dünya
Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 39-a çatıb

2019-10-14 / 11:08:35
img Dünya
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

2019-10-14 / 11:07:17
img Günün xəbərləri
Neft yenidən ucuzlaşıb

2019-10-14 / 11:05:59
img Dünya
“Joker” yarım milyard dollardan çox qazandı

2019-10-14 / 11:04:45
img Ölkə
Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

2019-10-14 / 11:00:07
img Dünya
“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

2019-10-14 / 10:54:32
img Günün xəbərləri
İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

2019-10-14 / 10:52:28
img Manşet xəbərləri
Azərbaycan xalqı kimlərdən zərər çəkib,MTN generallarından,yoxsa şərlənib tutulan jurnalistlərdən ?

2019-10-13 / 20:13:22
img Manşet xəbərləri
Xəstəxanaya baş həkim təyin olunub

2019-10-12 / 17:01:59
img Dünya
Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

2019-10-12 / 17:00:15
img Dünya
Rusiyada dövlət əmlakını taladığı deyilən qubernator ölkədən qaçıb

2019-10-12 / 16:58:42

Bütün xəbərlər