logo
RU

Qafqaz

Balzak yazanda 50 fincan qəhvə içirdi

img




Yazarların iş rejimi Məşhur ingilis yazıçısı Somerset Moem deyir ki, uğur əldə etmək üçün yazmağa hər gün eyni saatda başlamaq lazımdır.  Bu zaman insanda vərdiş yaranır, hətta ovqatı yerində olmadıqda belə  beyin yazmağa hazır vəziyyətdə olur. Uğur qazanmış yazarların həyatlarına nəzər yetirdikdə də onların ciddi bir yazı davamiyyətlərinin olduğunu görürük.   Mason Currey “Daily Rituals: How Artists Work ” kitabında 161 yazarın yazı davamiyyəti barədə yazıb. Onlardan bir neçəsini təqdim edirik.    Onore de Balzak (1799-1850), Fransız roman ustası   Balzakın yazı rejimi olduqca çətin imiş: Axşam altı radələrində şam yeməyini yedikdən dərhal sonra yatan yazar, gecə yarısından sonra durub səhərə qədər dayanmadan çalışarmış. Saat yarım dincələndən sonra yenə qaldığı yerdən davam edərmiş. Axşam üstünədək bu cür davam edən yazarın qəhvə və ancaq qəhvə içdiyi, hətta bəzi günlər 50 fincandan çox qəhvə içdiyi məlumdur. Günortadan sonra dörd radələrində yazmağa ara verən yazar iki saat ərzində çimər, yemək yeyər, ziyarətçiləri ilə söhbət edər və rejiminə qaldığı yerdən davam edərmiş.   Uilyam Folkner (1897-1962), Nobel mükafatlı Amerika yazarı   Folkner hər nə qədər səhərləri yazmağı sevdiyini söyləsə də illər ərzində yazı rejimi işləri ilə əlaqədar dəyişmiş yazardı. “Ölüm yatağında” romanını yazdığı ərəfədə bir universitetdə gecə qarovulçuluğu edən yazar səhərlər yatarmış. Folkner günortalar yazar, işə getməmişdən əvvəl isə anasına baş çəkərmiş. İlham pərisinin gəlib onu tapmasını gözləmədiyini söyləyən Fokner: “İlham pərim gələndə yazaram, hər gün ilham pərim yanıma gəlir”- deyir.   Maya Anjelu (1928), Afroamerikan yazar, şairə   Maya Anjelu illərlə tanınmamaq üçün otellərdə qalaraq yazıb. 1983-cü ildə verdiyi bir müsahibədə belə deyirdi: “ İçində yalnız bir çarpayı və bir yazı stolu olan otaqda, yanımda “İncil” və bir lüğət, bir dəstə kart, bir də içki şüşəsi olaraq yazdım. Səhər saat 7-dən işləməyə başlayar, bunu yaxşı bacarana qədər davam edərdim. Çox yalnız idim, amma möhtəşəm anlar idi.”   Cozef Heller (1923-1999), ABŞ yazarı   Heller “Maddə 22” romanını Manhettendəki evində işdən qayıdandan sonra yazırmış: “Səkkiz il hər gecə ən az iki-üç saat bu romana sərf etdim. Yalnız bir gecə yazmadım və arvadımla oturub televizora baxdım. Hətta o gecə də məni romanıma apardı“. Gündüzlər “Time”, “Look” və “McCall” jurnallarının reklam şöbələrində işləyən yazar o işindən də çox razı imiş.    Tomas Man (1875-1955), Nobel mükafatlı alman yazar   Tomas Man hər səhər 8-də oyanar, bir fincan qəhvə içər, duş alıb geyindikdən sonra arvadıyla səhər yeməyi yeyər və sonra otağına çəkilib işləməyə başlayırmış. Çalışdığı müddətdə evdə səssizlik olar, uşaqları da atalarını görmək üçün gözləyərmişlər. Hansı gün yaxşı yaza bilməsə yazmağı saxlayar, səhər qaldığı yerdən davam edərmiş.   Ayn Rend (1905-1982), Amerikalı yazar, filosof   1942-ci ildə “Həyatın qaynağı” romanını yazarkən xroniki yorğunluqdan əziyyət çəkdiyinə görə həkimə müraciət edir. Həkiminin verdiyi dərmanlar sayəsində enerjisi artan yazar romanının üçdə birinə illərini sərf etsə də qalan hissəsini cəmi bir il müddətində sona çatdırır. Hər həftə bir hissəni yazan yazarın heç yatmadığını, yalnız arada yorğunluğunu çıxartmaq üçün bir neçə saat dincəldiyini deyirlər.kulis.az  







Xəbər lenti

img Dünya
Sürücülər üçün təhlükəli sayılan mahnılar hansılardır?

2019-09-16 / 18:39:12
img Cəmiyyət
Diş məcununun insan sağlamlığına təhlükəsi açıqlandı

2019-09-16 / 18:37:46
img Cəmiyyət
Ronaldodan maraqlı etiraf: Anam da toyumu görmək istəyir

2019-09-16 / 18:36:01
img Ölkə
Azərbaycanda təcili yardım maşını qəzaya uğradı - YARALILAR VAR

2019-09-16 / 18:34:07
img Hadisə
Ukraynada uşaq valideynlərini asılmış vəziyyətdə tapıb

2019-09-16 / 18:32:46
img Dünya
PSJ - "Real Madrid" matçında bir sıra aparıcı futbolçular iştirak etməyəcək

2019-09-16 / 18:30:00
img Manşet xəbərləri
Bakıda şirkət cərimə ala-ala gedir – Məbləğ 1 milyon manata çatır

2019-09-16 / 16:44:35
img Dünya
SSRİ xalq artisti vəfat etdi

2019-09-16 / 16:43:00
img Ölkə
Bakteriyalar dolları sevirlər – Alimlər sübut ediblər

2019-09-16 / 16:41:59
img Sosial
Ürək qapağı infeksiyası nədir? - Əlamətləri, müalicəsi...

2019-09-16 / 16:40:44
img Manşet xəbərləri
“Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev

2019-09-16 / 16:39:13
img Qafqaz
Həsən Ruhani Ermənistana səfər edəcək

2019-09-16 / 16:35:42
img Dünya
İran BƏƏ-nin neft tankerini saxlayıb

2019-09-16 / 16:33:48
img Ölkə
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salınıb

2019-09-16 / 16:32:42
img Manşet xəbərləri
Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

2019-09-16 / 13:13:36
img Dünya
“Nissan” şirkətinin rəhbəri istefa verib

2019-09-16 / 13:11:18
img Manşet xəbərləri
Qəbələdə meymun qəfəsdən qaçdı, helikopterlə axtarış başladı

2019-09-16 / 13:09:44
img Dünya
Rusiya inqilabi yeniliyin astanasında – Sınaqlar başlayır

2019-09-16 / 12:48:14
img Ölkə
Arif Əliyev açıqladı: “Press Klub qayıdır, keçmişə yox, gələcəyə...”

2019-09-16 / 12:46:41
img Dünya
Tunis yeni prezidentini seçə bilmədi

2019-09-16 / 12:41:06
img Sosial
Аzərbaycan əhalisinin sayı açıqlandı

2019-09-16 / 12:39:59
img Hadisə
Kolumbiyada təyyarə yaşayış binasının üstünə düşdü:7 nəfər öldü - VİDEO

2019-09-16 / 12:39:06
img Dünya
Ukraynada məktəb yeməkxanasında zəhərlənmə olub

2019-09-16 / 12:37:29
img Manşet xəbərləri
Məmurlarımızın və deputatlarımızın Türkiyə macəraları...

2019-09-14 / 17:25:25
img Cəmiyyət
Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşub, xeyli insan ölüb və yaralanıb -VİDEO

2019-09-14 / 17:21:38

Bütün xəbərlər