logo
RU

Cəmiyyət

"Həyatım boyu belə axmaq il olmayıb"

img




"Bütün idman növləri hazırda çox çətin vəziyyətdədir".  Bunu "Report"a açıqlamasında İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov deyib.  Hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi olan 85 yaşlı mütəxəssis idmançıların uzun müddət onlayn məşq etdiklərini bildirib. Məmmədov bunun idmançılara pis təsir edəcəyini vurğulayıb: "Onlayn məşqlə axı nə etmək olar? Hazırda ölkədə xüsusi karantin rejimi iyulun 5-dəkdir, daha iki həftə uzatmaq istəyirlər". Federasiya rəsmisi bir həftə ərzində 3 veteran idmançının rəhmətə getdiyini söyləyib: "Milli Olimpiya Komitəsində işləyən Çingiz Şamilovu da itirdik. Bu gün onun 3 mərasimidir. Evdən çıxmaq üçün isə 2 saatlıq vaxt var. Kim gedə bilər? Gör nə pis vaxta düşür ki, camaat rəhmətə gedir. Basdırmaq da mümkün olmur". İdman Veteranları İttifaqının sədri Tokio Yay Olimpiya Oyunlarının da pandemiyaya görə təxirə salındığını xatırladıb: "Avqustun 2-də 85 yaşım olacaq. Hələ ki, həyatım boyu belə axmaq il olmayıb. Bilinmir ki, bu zəhrimar virus bu il bitəcək ya yox. Bilmirsən dərdini kimə deyəsən. Biri deyir virus həqiqətdir, biri deyir yalandır. Amma, doğrudan da, virus var. Eşitdiyimə görə, Atletlər Kəndinə aparılmış xəstələrə deyiblər ki, oranı boşaldın, evinizdə sağalın, təzə xəstələr gələcək. Belə şey olar? Əgər, doğrudan da, belədirsə, evdəkiləri də xəstələndirə bilərlər axı. Bu vəziyyətdə insanlar heç idmanı fikirləşə bilmir". Məmmədov koronavirusdan qorumaq üçün bütün tədbirləri gördüyünü sözlərinə əlavə edib: "Mənim oğlum və nəvələrimin hamısı Bilgəhdə bağdadır, mən isə şəhərdəyəm və təkəm. Əsas odur ki, maska taxıram və qorunuram". 







Xəbər lenti

img Günün xəbərləri
Sumqayıtda gənci təkləyib döyənlər saxlanıldı – Cinayət işi başlanıb (VİDEO)

2020-08-15 / 17:25:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı

2020-08-15 / 17:20:28
img Manşet xəbərləri
Jurnalist ictimaiyyət nümayəndələrinə müraciət etdi

2020-08-15 / 16:35:23
img Hadisə
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB

2020-08-15 / 15:18:59
img Hadisə
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

2020-08-15 / 15:15:55
img Cəmiyyət
Oturaq işin zərərlərini necə azaltmaq olar?

2020-08-15 / 15:14:23
img Günün xəbərləri
Məscidlər açılmayacaq

2020-08-15 / 15:13:18
img Dünya
Polşa və ABŞ hərbi saziş bağladı

2020-08-15 / 15:11:46
img Dünya
Messi “Barselona”nı tərk edə bilər

2020-08-15 / 15:10:48
img Ölkə
Dopinqə düşmüş azərbaycanlı idmançıların medalları əllərindən alınacaq

2020-08-15 / 15:08:39
img Manşet xəbərləri
Operativ Qərargahdan iri ticarət mərkəzləri ilə bağlı açıqlama

2020-08-15 / 12:24:05
img Manşet xəbərləri
Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı

2020-08-15 / 12:23:13
img Günün xəbərləri
Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq"

2020-08-15 / 12:18:20
img Manşet xəbərləri
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

2020-08-15 / 12:12:27
img Günün xəbərləri
Neft ucuzlaşıb

2020-08-15 / 11:10:00
img Günün xəbərləri
Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu

2020-08-15 / 11:08:13
img Hadisə
Çempionlar Liqası: “Bavariya” “Barselona”ya 8 qol vurdu

2020-08-15 / 11:07:08
img Günün xəbərləri
Operativ Qərargah brifinq keçirəcək - Mühüm qərar gözlənilir

2020-08-15 / 11:04:09
img Günün xəbərləri
Kafe və restoranların fəaliyyətinə icazə verildi - BU ŞƏRTLƏRLƏ

2020-08-15 / 11:03:09
img Ölkə
Bu günün havası: yağış, külək...

2020-08-15 / 10:54:12
img Günün xəbərləri
İctimai nəqliyyat 2 gün işləməyəcək

2020-08-15 / 10:44:06
img Günün xəbərləri
Eldar Həsənov məhkəməyə gətirildi

2020-08-14 / 19:54:20
img Dünya
Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı

2020-08-14 / 19:32:11
img Sosial
Azərbaycan əhalisinin sayı açıqlandı

2020-08-14 / 18:36:52
img Manşet xəbərləri
YOLUXMA YENİDƏN 100-ÜN ÜSTÜNƏ ÇIXDI - 3 nəfər isə vəfat edib

2020-08-14 / 17:41:36

Bütün xəbərlər