logo
RU

Hadisə

Azərbaycanda dəhşətli cinayət: Tanışını öldürüb basdırdı

img




Bakı şəhər sakini Nazim Musayevin 16 iyun 2020-ci il tarixdən itkin düşməsi ilə bağlı Nizami RPİ-nə daxil olmuş müraciət əsasında aparılan təxirə salınmaz əməliyyat-axtarış tədbirləri zamanı Ziyəddin Seyidovun izahatı alınarkən, sonuncu N.Musayevi öldürdüyünü etiraf edib. Bununla bağlı Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb. Prokurorluq və polis əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri zamanı Nazim Musayevin meyiti Ziyəddin Seyidovun qeyd etdiyi ünvanda aşkar edilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə ilkin baxış zamanı bədəni üzərində zorakılıq əlamətləri aşkar olunub. Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla Ziyəddin Seyidovun Nazim Musayevi öldürüb işlədiyi Beyləqan rayonu Yuxarı Aran kəndi ərazisində yerləşən  fermanın həyətində basdırmasına əsaslı şübhələr müəyyən edildiyindən, Z.Seyidov qeyd olunan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyət tədbirləri davam etdirilir. *** İyunun 16-da paytaxtın Nizami rayonu ərazisində yaşayan Nazim Musayevin evdən çıxaraq geri qayıtmaması barədə 25-ci Polis Şöbəsinə müraciət daxil olub. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş və itkin düşmüş N.Musayevin iyunun 17-də Beyləqan rayonunun Yuxarı Aran kəndi ərazisində tanışı, Bakı şəhər sakini Z.Seyidov tərəfindən küt alətlə qətlə yetirilərək basdırılması müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Z.Seyidov polis əməkdaşları tərəfindən saxlanılıb. N.Musayevin meyiti Yuxarı Aran kəndinin ərazisində ekshumasiya edilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Beyləqan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 







Xəbər lenti

img Günün xəbərləri
Sumqayıtda gənci təkləyib döyənlər saxlanıldı – Cinayət işi başlanıb (VİDEO)

2020-08-15 / 17:25:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı

2020-08-15 / 17:20:28
img Manşet xəbərləri
Jurnalist ictimaiyyət nümayəndələrinə müraciət etdi

2020-08-15 / 16:35:23
img Hadisə
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB

2020-08-15 / 15:18:59
img Hadisə
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

2020-08-15 / 15:15:55
img Cəmiyyət
Oturaq işin zərərlərini necə azaltmaq olar?

2020-08-15 / 15:14:23
img Günün xəbərləri
Məscidlər açılmayacaq

2020-08-15 / 15:13:18
img Dünya
Polşa və ABŞ hərbi saziş bağladı

2020-08-15 / 15:11:46
img Dünya
Messi “Barselona”nı tərk edə bilər

2020-08-15 / 15:10:48
img Ölkə
Dopinqə düşmüş azərbaycanlı idmançıların medalları əllərindən alınacaq

2020-08-15 / 15:08:39
img Manşet xəbərləri
Operativ Qərargahdan iri ticarət mərkəzləri ilə bağlı açıqlama

2020-08-15 / 12:24:05
img Manşet xəbərləri
Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı

2020-08-15 / 12:23:13
img Günün xəbərləri
Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq"

2020-08-15 / 12:18:20
img Manşet xəbərləri
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

2020-08-15 / 12:12:27
img Günün xəbərləri
Neft ucuzlaşıb

2020-08-15 / 11:10:00
img Günün xəbərləri
Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu

2020-08-15 / 11:08:13
img Hadisə
Çempionlar Liqası: “Bavariya” “Barselona”ya 8 qol vurdu

2020-08-15 / 11:07:08
img Günün xəbərləri
Operativ Qərargah brifinq keçirəcək - Mühüm qərar gözlənilir

2020-08-15 / 11:04:09
img Günün xəbərləri
Kafe və restoranların fəaliyyətinə icazə verildi - BU ŞƏRTLƏRLƏ

2020-08-15 / 11:03:09
img Ölkə
Bu günün havası: yağış, külək...

2020-08-15 / 10:54:12
img Günün xəbərləri
İctimai nəqliyyat 2 gün işləməyəcək

2020-08-15 / 10:44:06
img Günün xəbərləri
Eldar Həsənov məhkəməyə gətirildi

2020-08-14 / 19:54:20
img Dünya
Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı

2020-08-14 / 19:32:11
img Sosial
Azərbaycan əhalisinin sayı açıqlandı

2020-08-14 / 18:36:52
img Manşet xəbərləri
YOLUXMA YENİDƏN 100-ÜN ÜSTÜNƏ ÇIXDI - 3 nəfər isə vəfat edib

2020-08-14 / 17:41:36

Bütün xəbərlər