logo
RU

Qafqaz

Tiflisdə azərbaycanlı rəssamın sərgisi açılıb - FOTOSESSİYA

img




İyunun 16-da Tiflisdəki Parlament Kitabxanasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü və təşkilatçılığı ilə Borçalıda yaşayan rəssam Hacı Rizvan İsmayılovun "Şərq müdriklərinin qonaqlığında" adlı  rəsm əsərlərindən ibarət sərgisinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın Barışıq və Vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, GMİ-nin şeyxi Hacı Ramin İgidov,  Gürcüstanın qaçqınlar və yerləşdirmə məsələləri üzrə naziri Sozar Subari, Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçü, AMM-in rəhbəri Fazil Həsənov, Fransadan gələn rəssam Levan Moisaşvili və başqaları çıxış edərək rəssamın əsərlərində İslam mədəniyyətinin saflığı, möhtəşəmliyi, müasirliyinin, həqiqət və irfan yolunun əks olunduğunu bildiriblər. Fransadan gələn rəssam Levan Moisaşvili çıxışında gənc rəssamın əsərlərinin saflıqdan yarandığını bildirib: "Mən hər an ona dəstək olmağa hazıram”. Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, həmçinin Türkiyənin Gürcüstandakı səfiri Ləvənd Gümrükçü rəssamın bir neçə əsərini alacaqlarını bildiriblər. Gürcüstanın Barışıq və Vətəndaş məsələləri üzrə dövlət naziri Paata Zakareişvili rəsm əsərlərini yüksək dəyərləndirib: "Bu əsərlər yaddaqalan, sevindirici, həmçinin düşündürən əsərlərdir. Həmvətənimizin sərgisindən qürur duyuruq. O, İslam mədəniyyətini təbliğ edir. İslam mədəniyyəti böyük və müasirdir”. Tədbirdə çıxış edən rəssam Hacı Rizvan İsmayılov iki gün bundan əvvəl Tiflisdə baş verən təbii fəlakət zamanı həlak olan insanların ailələrinə və yaxınlığına başsağlığı verib və tədbiri təşkil edənlərə minnətdarlığını ifadə edib. Qeyd edək ki, sərgidə rəssamın 73 rəsm əsəri nümayiş olunub. Sərgi daha iki gün davam edəcək. Tədbirdə diplomatik korpus nümayəndələri, ziyalılar, din xadimləri, Tiflis sakinləri və gənclər iştirak ediblər. Legion.az







Xəbər lenti

img Günün xəbərləri
MSK daha 9 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-25 / 18:38:02
img Manşet xəbərləri
Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO/VİDEO

2020-02-25 / 17:51:21
img Hadisə
Bulvarda intihar edən sevgililərin görüntüsü yayıldı - VİDEO

2020-02-25 / 16:45:20
img Dünya
Türkiyə elektron siqaretlərin idxalına qadağa qoydu

2020-02-25 / 16:22:58
img Günün xəbərləri
Baş epidemioloq: "Nəyə deyirsiniz and içim ki, Azərbaycanda koronavirus yoxdur"

2020-02-25 / 16:21:56
img Manşet xəbərləri
Kurikulum ləğv edilir? (RƏSMİ)

2020-02-25 / 16:19:27
img Manşet xəbərləri
Koronavirus ehtimalına görə Bakıda xəstəxanaya daha 4 nəfər yerləşdirildi

2020-02-25 / 16:18:21
img Dünya
Koronavirus Tokio-2020-nin keçirilməsinə mane olmayacaq

2020-02-25 / 16:17:15
img Ölkə
Astaranın baş həkimi işdən çıxarıldı

2020-02-25 / 16:15:38
img Manşet xəbərləri
Sabiq prezident vəfat edib

2020-02-25 / 15:51:47
img Manşet xəbərləri
DTX-nin sorğuladığı xanım müavin işdən çıxarıldı

2020-02-25 / 13:35:52
img Hadisə
Bakı Bulvarında sevgi dramı: sevgililər özlərini dənizə atdı

2020-02-25 / 12:03:14
img Manşet xəbərləri
Putinin Rusiyasını rusiyalılar sürətlə tərk edir - 4,5 milyon adam tərk edib

2020-02-25 / 11:32:58
img Hadisə
Bakıda fəhlə faciəli şəkildə öldü

2020-02-25 / 11:15:56
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirildi

2020-02-25 / 11:12:18
img Hadisə
Azərbaycan nefti 2,6 dollar ucuzlaşıb

2020-02-25 / 11:04:25
img Günün xəbərləri
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsidir

2020-02-25 / 11:03:40
img Manşet xəbərləri
20 Yanvar faciəsinin baiskarlarından Dmitri Yazov öldü

2020-02-25 / 11:02:22
img Hadisə
Gülər Əhmədovanın oğlunun məhkəməsinin vaxtı məlum olub

2020-02-25 / 10:59:59
img Günün xəbərləri
Azərbaycan Premyer Liqası Avropada üçüncüdür - İntizamsızlıq sarıdan

2020-02-25 / 10:58:44
img Günün xəbərləri
MSK sədri: “Bəziləri deyir ki, Məzahir Pənahovun yanında Stalin toya getməlidir”

2020-02-24 / 19:48:52
img Manşet xəbərləri
MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-24 / 19:36:07
img Manşet xəbərləri
Gülər Əhmədovanın oğlu hakim qarşısına çıxarılır

2020-02-24 / 19:34:36
img Hadisə
Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

2020-02-24 / 19:33:23
img Manşet xəbərləri
Məzahir Pənahov Elman Nəsirovun dairəsini nəzarətə götürdü: “Ciddi ölçü götürüləcək”

2020-02-24 / 19:30:10

Bütün xəbərlər