ANS PRESS-in məlumatına görə, Tiflidə daha bir nəfərin meyiti tapılıb. Üç gün öncə baş verən daşqın nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, gənc qızın meyiti zooparkda aşkar edilib. Bundan əvvəl də zooparkda 2 nəfərin meyiti tapılmışdı.