logo
RU

Günün xəbərləri

Həftəsonu küçəyə çıxanları hansı cəzalar gözləyir?

img




Baş Nazir Əli Əsədovun 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda tətbiq olunacaq sərt karantin rejiminin tələblərinə riayət edilməsinə nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunub. Daxili İşlər Nazirliyindən (DİN) Qaynarinfo-ya verilən məlumata görə, məhdud sayda əməkdaşla fəaliyyətinə icazə verilən təşkilatların xidməti nəqliyyat vasitələri istisna olmaqla şənbə və bazar günü əhalinin evdən çıxmasına, ictimai nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Nazirlər Kabinetinin 4 iyun tarixli 191 nömrəli qərarına əsasən, bütün növ avtomobillərdən və ictimai nəqliyyat vasitələrindən, yəni fərdi avtomobillərlə yanaşı, avtobus və taksilərdən də istifadəyə icazə verilməyəcək. Siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş dövlət orqanları əməkdaşlarının, eləcə də fəaliyyətinə icazə verilmiş xidmət sahələrində işləyən və hərəkət üçün məlumatları  işəgötürən tərəfindən "icaze.e-gov.az” portalına daxil edilmiş şəxslər, habelə  yaxın qohumların dəfnində iştirakla əlaqədar yaşayış yerini və ya olduğu yeri tərk etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti -Zəng Mərkəzi vasitəsilə icazə alma halları istisna olmaqla,  iyun ayının 5-dən 6-na keçən gecə saat 00:00-dan iyunun 8-i saat 06:00-dək kimsə yaşadığı evdən, mənzildən çıxarsa, bu qanun pozuntusu kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsin əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə, fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 5000 manatadək məbləğdə cərimə oluna, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, fiziki və vəzifəli şəxslərə bir ayadək müddətə inzibati həbs cəzası tətbiq oluna bilər.







Xəbər lenti

img Manşet xəbərləri
190 manat verildi, bəs 250? - “Əmək haqları kompensasiya edilməli, maddı dəstək göstərilmlidir”

2020-07-10 / 13:52:22
img Cəmiyyət
Mahir Emrelinin evini talayanlar: “Anar da mənim kimi kimsəsiz idi, əlacsızlıqdan oğurluq edirdik“

2020-07-10 / 11:28:40
img Ölkə
Onlar bu gün yenidən imtahan verəcək

2020-07-10 / 11:26:46
img Günün xəbərləri
Bakıda karantin postları yenidən quruldu

2020-07-10 / 11:23:41
img Günün xəbərləri
190 manatın verilməsi başa çatdırıldı

2020-07-10 / 11:22:27
img Ölkə
“Elə bilirlər ki, cərimə virusdan qorunma duasıdır” - ETİRAZ

2020-07-10 / 11:21:01
img Günün xəbərləri
Məhbusların arasında koronavirus yayıldığı bildirilir

2020-07-10 / 09:13:48
img Günün xəbərləri
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

2020-07-09 / 19:49:28
img Cəmiyyət
Hər evdən bir nəfər COVID-19-dan həyatını itirə bilər... Həkim-infeksionist

2020-07-09 / 17:32:59
img Ölkə
Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər - Açıqlama

2020-07-09 / 17:31:13
img Dünya
Vəzifədən çıxandan sonra Putinlə münasibətləri necədir? – Medvedyev danışdı

2020-07-09 / 17:29:39
img Cəmiyyət
Elmar Məmmədyarovu bitirən 17 səbəb

2020-07-09 / 17:25:34
img Günün xəbərləri
İTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu

2020-07-09 / 17:23:42
img Günün xəbərləri
Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı

2020-07-09 / 17:21:22
img Manşet xəbərləri
Azərbaycanda daha bir hakim vəfat etdi

2020-07-09 / 15:36:25
img Müsahibə
Tanınmış aktyor: “Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır”

2020-07-09 / 15:06:03
img Manşet xəbərləri
Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış məhdudlaşdırıldı

2020-07-09 / 13:53:22
img Günün xəbərləri
Məhkəmə XİN-in həbsdə olan vəzifəliləri barədə qərar verdi

2020-07-09 / 13:01:17
img Günün xəbərləri
İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

2020-07-09 / 12:39:52
img Günün xəbərləri
Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

2020-07-09 / 11:00:57
img Ölkə
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

2020-07-09 / 10:46:10
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 968-ə çatdı

2020-07-09 / 10:28:14
img Dünya
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçdi

2020-07-09 / 10:27:10
img Qafqaz
Dağıstanda meşə yanğınları tüğyan edir

2020-07-09 / 10:26:02
img Hadisə
"Barselona" "Espanyol"u aşağı liqaya endirdi

2020-07-09 / 10:25:11

Bütün xəbərlər