logo
RU

Manşet xəbərləri

"Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil" - XİN

img




Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in sualını cavablandırıb. L.Abdullayevaya ünvanlanmış sualı və onun cavabını təqdim edirik: - Dünən Ermənistan XİN-i Azərbaycan tərəfindən səsləndirilən anti-erməni bəyanatları barədə şərh verərək, bunun Ermənistan və bölgə üçün təhlükəli olduğunu iddia etdi. Bu barədə sizin fikirlərinizi öyrənmək istərdik. - Ermənistan rəhbərliyinin son zamanlar səsləndirdiyi bəyanatları və nümayiş etdirdiyi davranışları xüsusi şərhə ehtiyac duyur. Təcavüzkar ölkənin rəhbərliyinin Ermənistanın başlatdığı müharibənin nəticələrini aradan qaldırmaq yerinə, onun nəticələrinin, yəni Azərbaycanın beynəlxalq tanınmış ərazilərinin işğalının möhkəmləndirilməsi və yüz minlərlə məcburi köçkünün hüquqularının pozulmasının davam etdirilməsinə yönələn cəhdləri, bu ölkənin başında duranların öz məsuliyyətini tam dərk etməməsi ilə yanaşı, elə öz ölkəsinin və əhalisinin gələcəyinə biganə qaldığını göstərir. Minlərlə dinc insanın axıdılan qanı, məhv edilmiş həyatı, yüz minlərlə insanın pozulmuş haqqları, eləcə də beynəlxalq öhdəliklərin kobudcasına tapdalanmasına görə cavabdeh olan, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazilərinin işğalını rədd edən birmənalı mövqeyi, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarları ilə məsuliyyəti təsbit olunan Ermənistanın nə hüquqdan, nə qanundan, nə də demokratiyadan danışmağa, üstəlik digərlərinə məruzə oxumağa heç bir mənəvi haqqı yoxdur. Təcrübə göstərir ki, Ermənistan tərəfi arqumentlərinin tükəndiyi və deməyə söz tapmadığı bir vaxtda Azərbaycandakı anti-erməni hissiyyatı mövzusunu gündəmə gətirməyə çalışır. Lakin bölgədəki iki xalq arasındakı bu nifaqın kökündə elə Ermənistanın əsassız ərazi iddiaları və təcavüzkar siyasəti dayandığını görməzdən gələn işğalçı ölkənin rəhbərliyi, bu düşmənçiliyin və münaqişənin nəticələrinin aradan qaldırılması üçün də heç bir addım atmır, reallıqdan, praqmatizmdən və konstruktivlikdən uzaq kor siyasət yürüdür. Bu siyasətin nəticəsində isə ilk növbədə, Ermənistan ağır fəsadlarla üzləşə bilər. Əgər Ermənistan rəhbərliyi, rəsmi İrəvanın açıqlamalarında səsləndirildiyi kimi, bölgədə sülh və təhlükəsizliyi düşünürsə o zaman işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarmalı və əhalisini sülhə hazırlamalıdır. Siyasi iradəsini isə danışıqlar masası arxasında əldə olunan konkret nəticələrlə nümayiş etdirməlidir. Çünki nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil.







Xəbər lenti

img Cəmiyyət
Mahir Emrelinin evini talayanlar: “Anar da mənim kimi kimsəsiz idi, əlacsızlıqdan oğurluq edirdik“

2020-07-10 / 11:28:40
img Ölkə
Onlar bu gün yenidən imtahan verəcək

2020-07-10 / 11:26:46
img Günün xəbərləri
Bakıda karantin postları yenidən quruldu

2020-07-10 / 11:23:41
img Günün xəbərləri
190 manatın verilməsi başa çatdırıldı

2020-07-10 / 11:22:27
img Ölkə
“Elə bilirlər ki, cərimə virusdan qorunma duasıdır” - ETİRAZ

2020-07-10 / 11:21:01
img Günün xəbərləri
Məhbusların arasında koronavirus yayıldığı bildirilir

2020-07-10 / 09:13:48
img Günün xəbərləri
Azərbaycanda daha 548 nəfər koronavirusa yoluxdu, 10 nəfər öldü

2020-07-09 / 19:49:28
img Cəmiyyət
Hər evdən bir nəfər COVID-19-dan həyatını itirə bilər... Həkim-infeksionist

2020-07-09 / 17:32:59
img Ölkə
Həftəsonu sərt karantin olan ərazilərdə yenidən postlar qurula bilər - Açıqlama

2020-07-09 / 17:31:13
img Dünya
Vəzifədən çıxandan sonra Putinlə münasibətləri necədir? – Medvedyev danışdı

2020-07-09 / 17:29:39
img Cəmiyyət
Elmar Məmmədyarovu bitirən 17 səbəb

2020-07-09 / 17:25:34
img Günün xəbərləri
İTV-nin 7 əməkdaşı koronavirusa yoluxdu

2020-07-09 / 17:23:42
img Günün xəbərləri
Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı

2020-07-09 / 17:21:22
img Manşet xəbərləri
Azərbaycanda daha bir hakim vəfat etdi

2020-07-09 / 15:36:25
img Müsahibə
Tanınmış aktyor: “Özləri kefdədir, qara camaat da oturub dörd divara baxır”

2020-07-09 / 15:06:03
img Manşet xəbərləri
Koronavirusa görə Azərbaycanın bu rayonuna giriş-çıxış məhdudlaşdırıldı

2020-07-09 / 13:53:22
img Günün xəbərləri
Məhkəmə XİN-in həbsdə olan vəzifəliləri barədə qərar verdi

2020-07-09 / 13:01:17
img Günün xəbərləri
İyulun 20-dən sonra karantin rejimi yumşaldıla bilər - AÇIQLAMA

2020-07-09 / 12:39:52
img Günün xəbərləri
Müdafiə nazirinin müavini vəzifəsindən azad edilib

2020-07-09 / 11:00:57
img Ölkə
Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi azalıb

2020-07-09 / 10:46:10
img Qafqaz
Gürcüstanda koronavirusa yoluxanların sayı 968-ə çatdı

2020-07-09 / 10:28:14
img Dünya
Dünyada koronavirusa yoluxanların sayı 12 milyonu keçdi

2020-07-09 / 10:27:10
img Qafqaz
Dağıstanda meşə yanğınları tüğyan edir

2020-07-09 / 10:26:02
img Hadisə
"Barselona" "Espanyol"u aşağı liqaya endirdi

2020-07-09 / 10:25:11
img Günün xəbərləri
“İnsanlar virusa yox,sizə inanmır ” – Azər Qəribdən TƏBİB -ə sərt təndiq

2020-07-09 / 09:33:40

Bütün xəbərlər