logo
RU

Cəmiyyət

Rus olmağın fəziləti - Müğənnilər toysuz, mollalar yassız qalıb...

img




"Biz rus deyilik ki, 50 nəfərlə toy edək?" Ümummilli arqumentimiz belədir. Bəli, etiraf edim ki, çox uğurlu arqument gətiriblər. "Şadlıq evləri" gəlirsiz qalıb, müğənnilər toysuz, mollalar yassız qalıb, Mərasim evləri artıq dolub -daşmır. Adamlar hüzrlərini 10-15 adamla yığışıb təmtəraqlı məclislər olmadan keçirirlər. Hamını düşündürən bir ümidverici tarix var: bəlkə gələn ay, bəlkə də o biri ay vəziyyət düzəldi. Böyük çoxluq həvəslə əvvəlki adətlərə qayıtmaq eşqində. Ancaq virisun islah olunmaq fikri üfüqdə görünmür, proses uzandıqca əsəblər daha da gərilir. Virus öz inadında, azərbaycanlılar da öz inadında. Virus gələcəyi yenidən qurmağa çağırış edir, azərbaycanlılar da bir neçə ay öncə yaşadıqları və uzun illərdir yaşatdıqları adətlərə, vərdişlərə qayıdış üçün həsrət çəkirlər.
Anlaşılandı, bir şadlıq evində hamı dolanırdı: müğənnidən başlamış qabyuyana qədər, aşppazdan tutmuş "Limuzin" sürücüsünə qədər. Gəlini bəzəyən də, bəy tərifi edən də dolanışığını bunun üzərində qurmuşdu. Bazar şadlıq evləri ilə kəsirini doldururdu, bir çox insan qidasını Mərasim evlərindən qayıdan aşla təmin edirdi. Tamadası da, mollası da, xidmətçisi də, zirzəmidə saxta araq dolduranı da, çöldə dayanacağa baxanı da zəncirvari formada birlikdə göstərdikləri yaxşı-pis xidmətə görə bir qismət çörək qazanırdı. Anlaşılan bir gerçək var ki, bütün bu qazancların hamısı toy və ya yas sahibi sayılan Azərbaycan vətəndaşının aldadılaraq soyulması hesabına baş verirdi. Ancaq bu soyulmaq və aldadılmaq da məcburi şəkildə olmurdu, vətəndaş özü də bu soyulmaqdan və aldadılmaqdan xoşallanırdı.

Hələ burası bir yana dursun, uzaq məmləkətlərdən böyük məbləğlər ödəyərək müğənni gətirirdi ki, desinlər adam prestij sahibidir. İndi birdən-birə virisin təhdidi ilə hamımızın həyatı sadələşib. Bu o deməkdir ki, artıq şadlıq evlərinin funksiyası dəyişməlidir, bir çox insanlar yeni ixtisasa keçməlidirlər, çünki bu xidmət sahəsinin yaxın zamanlarda arzulanan gəlirləri olmayacaq. Bu, eyni qaydada Mərasim evlərinə də aiddir. Virusa yoluxma təhlükəsinə görə bir yerə toplaşmaq imkanı olmayacaq, bu o deməkdir ki, tədbirləri təxirə sala-sala getmənin də ağlabatan izahı yoxdur. Ən ciddi sosial gərginliyin bir mənbəyini də burada axtarmaq lazımdır. Burada dövləti rahatsız edən ən başlıca məsələ xeyli sayda vətəndaşın məşğulluqla və gəlirlərin aşağı düşməsi ilə bağlı problemlər yaşamasıdır. Odur ki, dövlət bu qəbildən olan vətəndaşlarını sıxıntıdan qurtarmaq üçün məşğulluqla bağlı şəbəkələşməni gücləndirməlidir, yeni iş yerlərini açmağa çalışan sahibkarları stimullaşdırmalıdır. Özəl sektorun alternativlərini artırmaq üçün inhisarçılığın hasarlarını söküb atmaq zərurəti hər kəs tərəfindən anlaşılmalıdır.

İndi "biz rus deyilik ki, toyumuzu 50 nəfərlə keçirək", yaxud da "biz iranlı deyilik ki, yasımızı məsciddə sadə formada keçirək" deyən azərbaycanlılar əslində bu məsələdə milli dirənişin öncülləri sayıla bilərlər. "Danabaş kəndinin məktəbi"ndə də böyük Mirzə Cəlil belə bir ifadəni məhz yüz ilin, yüz əlli ilin sonrasını düşünərək yazmışdı ki; "Biz rus deyilik ki, uşaqları uşqola verək".

Bəlkə biz sadələşmək üçün bir az rus olaq, ağlımıız işlətmək üçün bir az yəhudi olaq, intizamlı olmaq üçün bir az alman olaq, yüksək əxlaqi dəyərləri əxz etmək üçün bir az yapon olaq, yaxşı-pis gözüyumulu Çingizxan Yasasına tabe olan monqol olaq! Yuxarıdan bir az aşağı enək, görək axı bu millətlər niyə hər dəyişim prosesini bizdən erkən anlayaraq yaşam şərtlərini dəyişə bilirlər, yeni dövrün çağırışlarını dərhal duya bilirlər, bizsə inadla öz keçmiş və faydasız vərdişlərimizi yenidən dirçəltmənin hesabını aparırıq.

Bu məmləkəttə ildən-ilə boşanmaların sayı artır. Adamlar öz maddi xoşbəxtliyini başqasına hansısa təmtəraqlı formada nümayiş etdirməyə aludə olduqlarından, çox vaxt ailənin ruhani mahiyyətini diqqətdən kənarda saxlayırlar. Bu isə qısa müddət sonra dünyagörüşlərin təzadını ortaya qoyur və ailələr dağılır.

Bu məmləkətdə ildən-ilə erkən yaşda xəstəliklərdən ölənlərin sayı artır. Düşürəm ki, insanlar öz yaşamını, qidasını, ünsiyyətini, sadələşdirə bilmədiyinə görə, əsəbin, gərginliyin, qohum, övlad yükünün ağırlığı altında əzilərək yaşamaqdan yorulurlar. Bir çox ağır xəstəliklərin mənbəyi bu stresdir, bu intriqalardır, bu paxıllıq simptomlarıdır.

İndi uzun müddət- bir aymı, on aymı, bir ilmi- bəlli deyil, virusla dost kimi görüşüb düşmən kimi mübarizə aparmaq məcburiyyətini anlamış durumdayıq. Heç nəyi təxirə salmamalıyıq, yeni şərtlərə uyğun yolunu tapmalıyıq, kimsə yasda qarnını doyurmadığınıza görə sizdən inciməyəcək, kimisə toya çağırmadığınıza görə giley etməyəcək, elə fürsət düşmüşkən yeni və daha sadə adətlərin əsasını qoyaq, özümüzü gərginlikdən çıxaraq. Bu kimi yeniləşmə məsələlərində keçici də olsa rus olmağı gözə almağa dəyər məncə... Fazil Mustafa,
Milli Məclisin üzvü







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər