logo
RU

Dünya

Amerika hədəflərini göstərdi – Çin və Rusiya

img




“Bloomberg” agentliyinin məlumatına görə, Çin informasiya savaşını gücləndirmək məqsədilə sosial mediada yeni layihələr həyata keçirir. Qərbin analitik mərkəzləri Çindən ötürülən dezinformasiyaların artdığını müşahidə etdiklərini bildirirlər. Bu sırada kiberhücumların da artdığı gələn xəbərlər arasındadır. Qərbin ancaq bir araşdırma mərkəzinin 25 aprel – 3 may tarixləri arasındakı qısa tədqiqatı nəticəsində “Twitter”-`də Çindən dezinformasiya yayan 1000-ə yaxın saxta hesab aşkarlandığı üzə çıxıb. Hər gün aşkarlanan oxşar hesabların sayı yüzlərlədir. Çin həmin şəbəkəni genişləndirmək siyasəti yürüdür. Mart və may aylarında həmin şəbəkə xüsusi fəallığı ilə seçilib göstərib. Bu o aylardır ki, koronavirus dünyada daha geniş yayılmışdı. Bu prosesdə Çin Mərkəzi Televiziyası və Çin Qlobal Televiziya Şəbəkəsi də fəal iştirak edirlər. Məlumatlar əsasən ingilis dilində yayılır. Qərbli mütəxəssislər hesab edirlər ki, Çin kiberhücumlar və saxta hesablar açıb dezinformasiya yaymaq təcrübəsini Rusiyadan öyrənib. Həqiqətən Rusiyada hakimiyyətə bağlı internet resurslar kiberhücumlar və saxta xəbər yaymaqda Amerikada və Avropa ölkələrində “ad qazanıblar”. Çin Xarici İşlər Nazirliyi kiberhücumlarla bağlı ittihamları rədd edir. Eyni açıqlamanı illərdir Rusiya Xarici İşlər Nazirliyi də səsləndirir. Ancaq reallığın fərqli olduğunu hamı bilir. Yayılan xəbərlərdə yalnız Qərb ölkələri deyil, Honkonqda Pekin əleyhinə mitinq və küçə yürüşləri təşkil edənlər də hədəf götürülür. Bu arada, ABŞ Dövlət Departamenti növbəti analitik hesabatını yayınlayıb. Hesabat Amerikanın Çin və Rusiyaya qarşı strateji rəqabətinin ana xətlərini müəyyənləşdirib. Hesabatda yazılır ki, Çinin və Rusiyanın hərbi və texnoloji inklişafı Amerika və liberal dünya üçün ciddi təhlükə yaradır. Vaşinqtonda bu qənaətə gəliblər ki, Çin və Rusiya hər yerdə Amerikanın planlarını pozmaqla məşğuldurlar. O da maraqlıdır ki, hesabatda hər iki ölkə faktiki Amerikaya bərabər səviyyəli rəqib kimi dəyərləndirilib. Halbuki, son illərə qədər Rusiya Amerikanın rəqibi sayılmırdı. SSRİ dağıldıqdan sonra müstəqilliyini qazanan Rusiya Amerika ilə ayaqlaşa bilmirdi. Tam tərsinə ağıq iqtisadi vəziyyətdə olan Rusiya Amerikadan maliyyə yardımı xahiş edirdi. Vladimir Putinin hakimiyyətə gəlişi ilə durum dəyişdi. Rusiyanın Gürcüstanla apardığı müharibə, Krımı ilhaq etməsi və Suriyaya qoşunlarını yeritməsi Amerikanın Kremlə baxışını dəyişdirdi. Hazırda Rusiya Amerika üçün Çin qədər ciddi başağrısıdır. Hesabatda bunlar qeyd edilib: “Çin və Rusiya beynəlxalq nizama qarşı çıxırlar. Pekin və Moskva Amerikanın siyasi sisteminə təhdid yaradırlar. Ona görə də Amerika bu iki dövlətin yaratdığı problemlərin həllinə yaradıcı yanaşmalıdır. Çinin və Rusiyanın dünyadakı liberal dəyərlərə yönəlik dağıdıcı siyasətinə qarşı tutarla addımlar atmalıyıq. Hər iki dövlət iqtisadi və hərbi texnologiyaların oğurlanmasıyla da məşğuldurlar. Digər tərəfdən Çin və Rusiya son 20 il ərzində geosiyasi güclərini artırıblar. Bu da Amerikanın maraqları əleyhinə yönəlib”. Hesabat müəllifləri hesab edirlər ki, Rusiya Amerikanın formalaşdırdığı təkqütblü dünyanı çoxqütblü dünyaya çevirmək istəyir. Aydındır ki, Rusiya SSRİ kimi Amerikaya meydan oxuyub ikiqütblü dünya formalaşdıra bilməyəcək. Ona görə də Kremli müxtəlif dövlətlərlə müxtəlif birliklər formalaşdıraraq Amerikanın bölgələrdəki maraqlarını neytrallaşdırmağa çalışır. Bu prosesdə Çin Rusiyanın təbii müttəfiqidir. Hesabat müəllifləri Rusiyanın yaxın qonşularını öz orbitinə çəkməyə çalışdığı qənaətindədirlər. Bu siyasi yolla alınmadıqda hərbi yola üstünlük verir. Gürcüstan və Ukrayna bunun bariz nümunəsidir. Hesabat müəllifləri hesab edirlər ki, Kremlin digər hədəfi Avropa ölkələri ilə Amerikanın arasını vurmağa çalışmasıdır. Dövlət Departamenti bu tezislərdən çıxış edərək Çin və Rusiya ilə iki prinsip əsasında mübarizə aparılmasını vacib sayır. Birincisi, Amerika diplomatiyası elə etməlidir ki, Vaşinqtonun tərəfdaşları Rusiya və Çinin təsiri altına düşməsinlər. Bu məqsədlə Amerikanın tərəfdaş ölkələrlə siyasi və iqtisadi əlaqələrini gücləndirməsi tövsiyyə edilir. İkincisi, təklif edilir ki, Amerika tərəfdaş ölkələrə silah və hərbi texnika satışını gücləndirsin. Çünki, Çin və Rusiya silah bazarında ildən ilə fəallaşırlar. Yəni bu iki ölkə boşluğu dolduqmaq üçün bütün imkanlarını səfərbər ediblər. Dövlət Departamenti təklif edir ki, Vaşinqton tərəfdaşlarını silah bazarında Çin və Rusiyanın aqressiv siyasətindən daha fəal şəkildə qorusun. Beləliklə, Dövlət Departamenti həyəcan təbili çalır, dünyanı Çin və Rusiyanın aqressiv siyasətindən qorumağa çalışır. Ancaq bu siyasəti kim reallaşdıracaq? ABŞ preziedenti Donald Trampın əsas şüarı və hədəf “birinci növbədə Amerikadır”. Ağ Ev sahibini Amerikanın tərəfdaş dövlətlərini Çin və Rusiyanın ambisiyalarından qorumaq kimi dərdi yoxdur. Belə olan halda Çin və Rusiyanı durdurmaq çətin olacaq. Ancaq koronavirus epidemiyası Çinlə Rusiyanın gücünün və təsir imkanlarının məhdud olduğunu da göstərdi. “Atlas” Araşdırmalar Mərkəzi







Xəbər lenti

img Günün xəbərləri
DİN rayonlara gediş-gəlişlə bağlı detalları açıqladı

2020-08-04 / 15:58:47
img Ölkə
Nazirlik icra hakimiyyətini 15 000 manat cərimələdi

2020-08-04 / 15:57:44
img Günün xəbərləri
190 manatlıq yardım üçün 114 milyon manat tələb olunur – İqtisadçı

2020-08-04 / 15:55:18
img Cəmiyyət
Toysuz qalıb, pulsuz qalmayan məşhurlar – Pandemiyada dönərxana açdılar

2020-08-04 / 15:53:30
img Günün xəbərləri
“Həm keçən ay, həm də bu ay üçün 190 manat verilməlidir” – Deputatdan AÇIQLAMA

2020-08-04 / 15:52:25
img Günün xəbərləri
ƏDV-nin geri qaytarılmasında pozuntular aşkarlanıb

2020-08-04 / 15:49:54
img Ölkə
DİN rayonlara getməyin qaydalarını açıqladı

2020-08-04 / 15:47:32
img Ölkə
Sabah Bakıda yağış gözlənilir - PROQNOZ

2020-08-04 / 15:27:56
img Günün xəbərləri
Fəttah Heydərov dəfn edildi - Fotolar

2020-08-04 / 13:29:04
img Ölkə
Baş Nazir QƏRAR VERDİ - Müddət sentyabrın 1-dək uzadıldı

2020-08-04 / 13:28:17
img Günün xəbərləri
190 manat yenidən gündəmdə - Nazirliyə tapşırıq verildi

2020-08-04 / 11:55:05
img Günün xəbərləri
Fəttah Heydərov I Fəxri xiyabanda dəfn ediləcək

2020-08-04 / 11:05:43
img Ölkə
Bu günə olan rəsmi məzənnələr

2020-08-04 / 11:01:20
img Hadisə
Çempionlar Liqasında ilk iki mərhələnin bütün iştirakçıları bəlli olub

2020-08-04 / 11:00:13
img Dünya
Belarusda Tixanovskaya fenomeni

2020-08-04 / 10:59:16
img Dünya
ÜST: Dünyada COVID-19 qurbanlarının sayı 686 mini ötdü

2020-08-04 / 10:25:12
img Günün xəbərləri
Fəttah Heydərov VƏFAT ETDİ

2020-08-04 / 10:11:15
img Günün xəbərləri
Medianın hüquqi durumu – iyul, 2019 – iyul, 2020

2020-08-04 / 09:37:17
img Manşet xəbərləri
190 manat yenidən veriləcək? - RƏSMİ AÇIQLAMA

2020-08-03 / 20:47:38
img Manşet xəbərləri
Zakir Qaralov və müavini Rüstəm Usubovun sifarişi ilə şərlənərək 12 il azadlıqdan məhrum edilən jurnalist Baş Prokurora müraciət etdi

2020-08-03 / 20:33:50
img Günün xəbərləri
Operativ Qərargahdan toy və yas mərasimləri ilə bağlı açıqlama

2020-08-03 / 19:29:30
img Manşet xəbərləri
Azərbaycanda daha 241 nəfər koronavirusa yoluxub - 647 nəfər sağalıb

2020-08-03 / 19:28:33
img Manşet xəbərləri
Rayonlara gediş-gəliş yalnız bu halda mümkündür - RƏSMİ

2020-08-03 / 19:27:05
img Manşet xəbərləri
Rayonlara gediş-gəlişlə bağlı qərar verildi - RƏSMİ

2020-08-03 / 17:02:34
img Günün xəbərləri
13 şəhər və rayonda bu məhdudiyyətlər qüvvədə qalır - SİYAHI

2020-08-03 / 16:23:27

Bütün xəbərlər