logo
RU

Ölkə

Bu gecə Ramazan ayının ikinci Qədr gecəsidir

img




Bu gün ikinci Qədr Gecəsidir   Modern.az xəbər verir ki, Ramazanın 20-dən 21-nə keçən gecə ikinci Qədr gecəsidir. Quran məhz Qədr gecəsində Peyğəmbərə (s) nazil olub və ola bilər ki, bu, məhz Ramazanın 20-dən 21-ə keçən gecəsidir.   Qədr gecəsinin konkret hansı gecə olduğu bəlli deyil. Amma Peyğəmbər(s) və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü və ya sonrakı tək gecələrindən biridir. Bu gecələr xalq arasında "Əhya gecələri" kimi də adlandırılır.   Ramazanın 20-dən 21-nə keçən gecə digər bir hadisə ilə də əlamətdardır. Hicri tarixi ilə 40-cı ildə müsəlmanların birinci imamı Əli (ə.s) dünyasını dəyişib. Həzrət Əli (ə.s) birinci Qədr gecəsi məsciddə namaz qılarkən ibn Mülcəm tərəfindən qılınc zərbəsinə məruz qalıb, 2 gün sonra isə şəhid olub. İmam Əli (ə.s) bəşər övladı olaraq yeganə şəxsdir ki, dünyaya Kəbədə gəlmiş, dünyasını isə Allah evində dəyişmişdir.   Qədr gecəsi səhərə qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq böyük savab sayılır. Bu gecənin müxtəlif əməlləri var. Onlardan bəzilərini diqqətinizə çatdırırıq:   1.Qüsl etmək.   2.Səhərə qədər məsciddə ibadət etmək.   3.İki rəkət Qədr gecəsi namazı qılmaq (bu namaz sübh namazı kimidir, amma hər rəkətdə “Həmd” surəsindən sonra 7 dəfə “İxlas” surəsi oxunur və namaz bitdikdən sonra alını səcdəyə qoyub 70 dəfə “əstəğfirullahə və ətubu ileyh” deyilir.)   4.Quranı açıq halda baş üzərinə qoyub Allah, Peyğəmbər və imamların adlarına Allahı and verib bağışlanma diləmək.   5.İmam Əli (ə) və İmam Huseynin (ə) ziyarətnaməsini oxumaq.   6.100 rəkət müstəhəb namaz qılmaq. Qəza namazı olanlar yaxşı olar ki, 6 günlük qəza namazı qılsınlar. Bunun savabı həm 100 rəkətli namazın savabını ödəyir, həm də, 6 günlük qəza namazı qılınmış olur.   7.İmam Səccadın (ə) Qədr gecəsində oxuduğu duanı oxumaq.   8.Peyğəmbər və Əhli-beytinə salavat hədiyyə etmək.







Xəbər lenti

img Manşet xəbərləri
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi

2020-08-06 / 19:05:17
img Günün xəbərləri
Bu ay 278 min şəxsə 190 manatlıq birdəfəlik ödəmə veriləcək

2020-08-06 / 17:52:10
img Manşet xəbərləri
Azərbaycanda yoluxma 150-dən aşağı düşdü, 435 nəfər sağaldı

2020-08-06 / 17:21:16
img Günün xəbərləri
Prezidentdən 190 manatla bağlı tapşırıq - Avqust ayında da...

2020-08-06 / 16:59:38
img Günün xəbərləri
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayacaq

2020-08-06 / 14:49:00
img Günün xəbərləri
Vahid Əhmədov: “İşləməsi vacib sayılan sahələrin xüsusi siyahısı hazırlanmalıdır”

2020-08-06 / 13:15:14
img Cəmiyyət
Ramin Bayramlını belə parodiya etdilər - VİDEO

2020-08-06 / 13:13:32
img Günün xəbərləri
Gülər Əhmədovanın oğluna hökm oxunub

2020-08-06 / 11:26:14
img Günün xəbərləri
Fazil Mustafa: “Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır”

2020-08-06 / 10:41:56
img Dünya
Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

2020-08-06 / 10:40:39
img Dünya
“Facebook” Trampın paylaşdığı videonu silib

2020-08-06 / 10:39:29
img Cəmiyyət
Namaz carçısı Ayasofya məscidində Allah dərgahına qovuşdu...-VİDEO

2020-08-06 / 10:35:55
img Dünya
Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

2020-08-06 / 10:33:50
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

2020-08-06 / 10:32:51
img Cəmiyyət
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

2020-08-06 / 10:31:51
img Dünya
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

2020-08-06 / 10:30:19
img Dünya
Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...

2020-08-06 / 10:27:20
img Dünya
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

2020-08-05 / 19:08:59
img Hadisə
Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

2020-08-05 / 18:23:49
img Günün xəbərləri
Razi Nurullayevdən Milli Məclisdə hökumətə və TƏBİB-ə sərt tənqid (VİDEO)

2020-08-05 / 18:21:12
img Günün xəbərləri
5 nəfər prokurorluq orqanlarından azad edildi

2020-08-05 / 18:14:23
img Günün xəbərləri
General Həşimov haqda kitab çap olundu – Pulsuz paylanacaq

2020-08-05 / 17:06:15
img Dünya
Türkiyədə dincəlmək şərtləri - Məhdudiyyətlər o qədər çoxdur ki...

2020-08-05 / 17:01:10
img Dünya
FTB ukraynalı milyarderləri "vurdu" - Ofislərində axtarış aparılıb...

2020-08-05 / 16:52:41
img Ölkə
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

2020-08-05 / 16:51:13

Bütün xəbərlər