logo
RU

Müsahibə

Afaq Bəşirqızı qalmaqallı müsahibəsi haqda: "Dediklərimdən peşman deyiləm"

img




"Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı - işğal olunan rayonları nəzərdə tutmuram - qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa "Novostroyka"nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur". Musavat.com bildirir ki, ötən gündən xalq artisti Afaq Bəşirqızının "Azadlı radiosu"na müsahibə verərkən səsləndiriyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Xalq artistinin həmçinin "Novostroyka"nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır... Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq" kimi fikirləri də tənqidlərə tuş gəlib.  Məsələyə aydınlıq gətirmək üçün Musavat.com-un əməkdaşı Xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışıb. Afaq Bəşirqızı fikirlərinin kontekstdən çıxarıldığını deyib:
"Bu yazılar qərəzli verilib. Verdiyim müsahibəni diqqətlə izləsəniz, bunu siz də görə bilərsiniz. Beləliklə verdiyim müsahibə kontektsdən çıxarılıb. Mənə verilən suallar tamamilə başqa mövzuda, yaradıcılığım, sənətimlə bağlı olub. Arada mənə digər suallar da verildi və mən bu suallardan yan qaça bilməzdim. Çünki düşünə bilərdilər ki, mən o suallardan çəkinirəm, ehtiyat edirəm. Müsahibəmi qərəzli başlıqlarla veriblər. Mən onlara "vətən, xalq xaini" deyirəm. Ölkəmizin bugünki çətin dövründə bu cür başlıqlarla açıqlamalarımı verən və onlara qahmar çıxanları ancaq bu cür adlandırmaq olar. Ola bilsin ki, həmin tənqid yazanların ürəyindən vurmuşam. Bəlkə də adını çəkdiklərim elə onlardır, öz torpaqlarını rayonlarda qoyub, şəhərə qaçanlar, təkər qaraldanlar, sonra da müğənnilərin konsertində oturanlar. Mənə elə gəlir ki, fikirlərimlə məhz onların ürəyinə dəymişəm. Şikəst uşaq doğub gətirirlər verilişlərə, sonra da deyirlər ki, "vətən üçün əsgər doğuram". O şikəst əsgəri neynirəm? Heç yeri gələndə o cür şərhlər yazanlar uşaqlarını xəstə olmaya-olmaya evdə gizlədir.
Hər zaman öz sözümü üzə demişəm. Mənim kimi sözün düzünü deyən adamlar çox azdır. Mən öz millətimi çox sevirəm, çünki azərvaycanlıyam. Amma o cür şərhlər yazan adamların azərbaycanlı olmasını deyə bilmərəm".
Xalq artisti səsləndirdiyi fikirlərdən peşman olmadığını deyib. "Dediyimdən peşman deyiləm, çünki qərəzli fikirlərim yox idi. Afaq Bəşiqızı özü özünü tanıyır, heç kimin qiyməti lazım deyil. Bu günə qədər çox haqsızlıq görmüşəm, amma heç vaxt dinməmişəm. İndi yenə də haqq gəlib öz yerini tapacaq. Sadəcə millətin bu cür çətin, stressli vəziyyətində bu cür təqdimat lazım deyildi". Afaq Bəşirqızı karantin günlərindən sonra müsahibəni qərəzli şəkildə təqdim edən jurnalistdən qanun çərçivəsində haqqını tələb edəcəyini bildirib:  "Koronavirus bitəndən sonra həmin yazını təqdim edən şəxsi buna görə cavab verməyə vadar edəcəm. Sonra onun bütün havadarları qarşımda diz çöksə belə o jurnalisti bağışlamayacam". Sonda xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan müsahibəsinin səs yazısını təqdim edirik.








Xəbər lenti

img Günün xəbərləri
Sumqayıtda gənci təkləyib döyənlər saxlanıldı – Cinayət işi başlanıb (VİDEO)

2020-08-15 / 17:25:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı

2020-08-15 / 17:20:28
img Manşet xəbərləri
Jurnalist ictimaiyyət nümayəndələrinə müraciət etdi

2020-08-15 / 16:35:23
img Hadisə
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB

2020-08-15 / 15:18:59
img Hadisə
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

2020-08-15 / 15:15:55
img Cəmiyyət
Oturaq işin zərərlərini necə azaltmaq olar?

2020-08-15 / 15:14:23
img Günün xəbərləri
Məscidlər açılmayacaq

2020-08-15 / 15:13:18
img Dünya
Polşa və ABŞ hərbi saziş bağladı

2020-08-15 / 15:11:46
img Dünya
Messi “Barselona”nı tərk edə bilər

2020-08-15 / 15:10:48
img Ölkə
Dopinqə düşmüş azərbaycanlı idmançıların medalları əllərindən alınacaq

2020-08-15 / 15:08:39
img Manşet xəbərləri
Operativ Qərargahdan iri ticarət mərkəzləri ilə bağlı açıqlama

2020-08-15 / 12:24:05
img Manşet xəbərləri
Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı

2020-08-15 / 12:23:13
img Günün xəbərləri
Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq"

2020-08-15 / 12:18:20
img Manşet xəbərləri
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

2020-08-15 / 12:12:27
img Günün xəbərləri
Neft ucuzlaşıb

2020-08-15 / 11:10:00
img Günün xəbərləri
Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu

2020-08-15 / 11:08:13
img Hadisə
Çempionlar Liqası: “Bavariya” “Barselona”ya 8 qol vurdu

2020-08-15 / 11:07:08
img Günün xəbərləri
Operativ Qərargah brifinq keçirəcək - Mühüm qərar gözlənilir

2020-08-15 / 11:04:09
img Günün xəbərləri
Kafe və restoranların fəaliyyətinə icazə verildi - BU ŞƏRTLƏRLƏ

2020-08-15 / 11:03:09
img Ölkə
Bu günün havası: yağış, külək...

2020-08-15 / 10:54:12
img Günün xəbərləri
İctimai nəqliyyat 2 gün işləməyəcək

2020-08-15 / 10:44:06
img Günün xəbərləri
Eldar Həsənov məhkəməyə gətirildi

2020-08-14 / 19:54:20
img Dünya
Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı

2020-08-14 / 19:32:11
img Sosial
Azərbaycan əhalisinin sayı açıqlandı

2020-08-14 / 18:36:52
img Manşet xəbərləri
YOLUXMA YENİDƏN 100-ÜN ÜSTÜNƏ ÇIXDI - 3 nəfər isə vəfat edib

2020-08-14 / 17:41:36

Bütün xəbərlər