logo
RU

Cəmiyyət

Dövlət Komitəsi kişiləri ev işlərini görməyə çağırdı

img




"Əgər biz hazırkı vəziyyəti gender bərabərliyi nöqteyi nəzərindən təhlil etsək görərik ki, qadınlar daha həssas durumdadırlar".  Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsiri barədə yaydığı məlumatda əksini tapıb. Qeyd olunub ki,qadınlar hazırda dünya üzrə səhiyyə və sosial xidmət işçilərinin 70%-ni, Azərbaycanda isə 77,6%-ni təşkil edir: "İstər-istəməz bu qadınlar karantin rejiminə baxmayaraq, iş fəaliyyətini davam etdirirlər. Digər tərəfdən isə onların ailə-məişət zəminində iş yükü daha da artır (məsələn, təhsil müəssisələrinin müvəqqəti bağlanması şəraitində uşaqların təhsili ilə məşğul olmaq, qadının ailə üzvlərinə göstərdiyi qayğının belə dövrlərdə daha da artması və s.). O zaman ailə üzvləri bir-birinə qarşı anlayışla, hörmətlə yanaşmalı, tolerantlıq nümayiş etdirməlidirlər. Əlbəttə ki, bunun üçün bir neçə məsələni nəzərdən keçirmək lazımdır: birincisi, ailədə qadın və kişinin rol və vəzifə bölgüsü olmalıdır ki, qadın da özünü bir şəxsiyyət kimi formalaşdıra bilsin. Kişi yalnız ailəni iqtisadi cəhətdən təmin edən bir şəxs deyil, onun ər və ata kimi sosial vəzifə və öhdəlikləri var. Bu həm də sosial və mənəvi məsuliyyət hissinin bölüşdürülməsidir. Nəzərə alsaq ki, bu müddətdə kişilər müvəqqəti olaraq işləmirlər. Və ya həm qadın, həm də kişi işləmir. Onda ev işlərini görməkdə və uşaqlara dərslərini oxumaqda, ev tapşırıqlarını həll etməkdə, birgə vaxt keçirməkdə plan hazırlansa daha yaxşı olar. Məsələn, qadın mətbəx işlərini yerinə yetirəndə, kişi uşaqların dərsləri ilə məşğul ola və ya uşağı ilə stolüstü oyun oyanya bilər".  "Mühüm məsələlərdən biri də patriarxal mədəniyyət və tərbiyənin və yalnış stereotiplərin təsirindən yaranan "kişi hər zaman haqlıdır”, "onun istəyi əsasdır”, "kişiyə olar, qadına olmaz” və s. bu kimi birtərəfli və səhv yanaşmaların mövcudluğudur ki, bu da gender əsaslı zorakılıq halların baş verməsinə gətirib çıxarır. Ailədə ünsiyyətin düzgün qurulması, bütün üzvlərə bərabər münasibətin göstərilməsi də ailədə sülhün və əmin-amanlığın yaranmasında mühüm şərtlərdəndir. Səbrli olmaqla, bir-birinin fəaliyyətinə qarışmamaqla, boş vaxtı səmərəli keçirməklə insanlar zorakı davranışlardan qaça bilərlər", - deyə məlumatda bildirilib.







Xəbər lenti

img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04
img Günün xəbərləri
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI

2020-06-05 / 16:03:34
img Manşet xəbərləri
IWF prezidenti Azərbaycanın yarım milyonunu mənimsəyib

2020-06-05 / 14:24:06
img Günün xəbərləri
"Azərişıq" 5 000 manat cərimələndi

2020-06-05 / 14:22:20
img Manşet xəbərləri
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ

2020-06-05 / 12:02:01
img Günün xəbərləri
Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

2020-06-05 / 12:00:42
img Hadisə
Emin Ağalarov koronavurusa yoluxubmuş - Özü danışdı

2020-06-05 / 11:59:06
img Manşet xəbərləri
"Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil" - XİN

2020-06-05 / 11:58:07
img Cəmiyyət
Deputat Şuşanın 270 illiyinin qeyd olunmasını təklif edib

2020-06-05 / 11:57:17
img Hadisə
Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi

2020-06-05 / 11:55:50
img Günün xəbərləri
İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

2020-06-05 / 11:51:51
img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21

Bütün xəbərlər