logo
RU

Günün xəbərləri

Məşhur ekstrasenslə bank arasında qalmaqal - Tofiq Dadaşovun 420 min dolları geri qaytarılmır

img




Azərbaycanda fəaliyyət göstərmiş "Bank Standard"ın lisenziyası dörd ildir ki, ləğv olunub. Amma ora əmanət yatırmış şəxslər var ki, hələ də məhkəmə yollarındadır. Biri də Rusiyada yaşayan azərbaycanlı, parapsixoloq-ekstrasens Tofiq Dadaşovdur. T. Dadaşov 2013-cü il noyabrın 20-də - eyni gündə, amma üç ayrı müqavilə ilə (150, 150 və 120 min olmaqla) bu banka 420 min dollar əmanət qoyub. Vəsait banka illik 13.5 faizlə yatırılıb. 2016-cı il oktyabrın 1-də "Bank Standard"ın lisenziyası ləğv olunub. Üç gün sonra isə məhkəmənin qərarıyla bu bank müflis elan olunub. Bankın ləğv prosesi başlayıb. Banka ləğvedici kimi isəƏmanətlərin Sığortalanması Fondu təyin edilib. Fond sözügedən 420 min dollarıəmanətçiyə qaytarmaqdan imtina edib. Əsas kimi isə göstərib ki, sığortalı əmanət olmayıb. Deyilib ki, həmin dövrdə qorunan əmanətlər üçün 10 faiz dərəcəsi müəyyənləşdirilmişdi. Ona görə də, bu əmanət 13.5 faizlə yatırıldığına görə ilk gündən qorunan əmanət olmayıb. T. Dadaşov isə bildirir ki, hələ 2015-ci ilin yayında bu bankla bağlı hüquqlarını Nina Karatayevaya etibar edib, bunu təsdiqləyən etibarnamə də var. N. Karatayeva da 2016-cı il sentyabrın 30-da banka ərizə verib ki, onun adına olan əmanətlərin illik faiz dərəcəsi 3-ə salınsın. Çünki 2016-cı ilin yanvarında "Əmanətlərin tam sığortalanması haqqında" Qanun qəbul edilib. Martın 1-də isəƏmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası qərar verib ki, banklarda xarici valyutada illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz olan əmanətlər tam sığortalanan əmanətlər sayılır. T. Dadaşov iddia edir ki, bankın lisenziyası ləğv olunmamışdan bir gün öncə nümayəndəsi faiz dərəcəsinin endirilməsindən ötrü banka ərizə yazıb. Bu üzdən onun əmanətləri "qorunan əmanət" hesab olunmalıdır. Əmanətlərin Sığortalanması Fondu isə onunla razılaşmır:"Əmanətçinin belə bir müraciəti olubsa belə, müqavilədə müvafiq dəyişiklik edilməyibsə, bu halda yenə qorunmayan əmanət olaraq qalacaq. Onun dediyi kimi, ərizəsi də 30 sentyabr 2016-cı il tarixə təsadüf edir. Bu da bankda sonuncu iş günü olub. Əgər hesab etsək ki, əmanətçinin belə bir müraciəti var, bankın son iş günü olduğu üçün bankın "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 4.1-ci maddəsinin tələblərinə riayət etməyə imkanı olmayıb". Tərəflər arasında mübahisə məhkəmə müstəvisinəçıxıb. 2019-cu ilin yayından tərəflər arasında məhkəməçəkişməsi başlayıb. Nəsimi rayon Məhkəməsi T. Dadaşovun iddiasını təmin edib. 420 min dolların sığortalanmış hesab edilib, ödəniş vaxtı Mərkəzi Bankın müəyyənləşdirdiyi məzənnəyə uyğun, manat hesabıyla Əmanətlərin Sığortalanması Fondundan tutulub, əmanətçiyəödənilməsi haqda qərar çıxarıb. Fond bu qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. Bu dəfə Fond kassasiya şikayəti verib. İndi iş Ali Məhkəmədədir. Ekstrasens T.Dadaşov uzun illərdir ki, Moskvada yaşayır. azpolitika.info







Xəbər lenti

img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04
img Günün xəbərləri
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI

2020-06-05 / 16:03:34
img Manşet xəbərləri
IWF prezidenti Azərbaycanın yarım milyonunu mənimsəyib

2020-06-05 / 14:24:06
img Günün xəbərləri
"Azərişıq" 5 000 manat cərimələndi

2020-06-05 / 14:22:20
img Manşet xəbərləri
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ

2020-06-05 / 12:02:01
img Günün xəbərləri
Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

2020-06-05 / 12:00:42
img Hadisə
Emin Ağalarov koronavurusa yoluxubmuş - Özü danışdı

2020-06-05 / 11:59:06
img Manşet xəbərləri
"Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil" - XİN

2020-06-05 / 11:58:07
img Cəmiyyət
Deputat Şuşanın 270 illiyinin qeyd olunmasını təklif edib

2020-06-05 / 11:57:17
img Hadisə
Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi

2020-06-05 / 11:55:50
img Günün xəbərləri
İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

2020-06-05 / 11:51:51
img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21

Bütün xəbərlər