logo
RU

Ölkə

Aprelin 9-dək intensiv qar yağacaq - Faktiki hava

img




Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata əsasən, aprelin 7-si gündüzədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib, əksər rayonlarda yağış, dağlıq ərazilərdə qar yağıb. Qərb küləyi Naftalanda 32 m/s, Neftçalada 28 m/s, Bərdədə 26 m/s, Salyan, Tərtərdə 23 m/s, Xaçmazda 22 m/s, Qazıməmməd, Tovuzda 20 m/s, Ağstafa, Şəmkir, Ağdamda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda 28 m/s, Maştağada 26 m/s, Çilov adası, Sumqayıtda 24 m/s, Neft Daşlarında 21 m/s-dək güclənib. Oğuzda 41 mm (aylıq normanın 42 faizi), Balakəndə 36 mm (aylıq normanın 35 faizi), Astarada 32 mm, Qəbələdə 26 mm (aylıq normanın 24 faizi), Şəki, Yardımlıda 22 mm, Dəstəfurçay (Daşkəsən), Lənkəranda 19 mm, Gəncəçay-Qədəmiş (Daşkəsən), Sarıbaşda (Qax) 18 mm, Kürəkçay (Göygöl), Daşkəsəndə 17 mm, Kişçayda (Şəki) 15 mm, Şəmkirçay, Qalakənd (Gədəbəy), İsmayıllıda 14 mm, Kirən(Tovuz), Göygöldə 13 mm, Zaqatala, Naxçıvanda 12 mm, Lerik, Şahbuz, Ağdam, Gədəbəydə 11 mm, Sədərək, Ağdərə (Ordubad), Şamaxı, Mingəçevirdə 10 mm, Şərur, Göyçayda 9 mm, Şəmkirdə 8 mm, Salyan, Kürdəmir, Biləsuvar, Dağkəsəmən (Qazax), Tərtərdə 7 mm, Naftalan, Bərdədə 6 mm, Neftçalada 4 mm, Zərdab, Ordubadda 3 mm, Xınalıq, Şahdağda 2 mm, Qusar, Xaltan, Qrız, İmişli, Sabirabad, Cəfərxanda 1 mm yağış yağıb. Qar örtüyünün hündürlüyü Yardımlıda 4 sm, Şahdağ, Sarıbaş, Kirən məntəqəsi (Tovuz), Xınalıqda 2 sm, Qrızda 1 sm olub. Aprelin 9-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.







Xəbər lenti

img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04
img Günün xəbərləri
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI

2020-06-05 / 16:03:34
img Manşet xəbərləri
IWF prezidenti Azərbaycanın yarım milyonunu mənimsəyib

2020-06-05 / 14:24:06
img Günün xəbərləri
"Azərişıq" 5 000 manat cərimələndi

2020-06-05 / 14:22:20
img Manşet xəbərləri
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ

2020-06-05 / 12:02:01
img Günün xəbərləri
Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

2020-06-05 / 12:00:42
img Hadisə
Emin Ağalarov koronavurusa yoluxubmuş - Özü danışdı

2020-06-05 / 11:59:06
img Manşet xəbərləri
"Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil" - XİN

2020-06-05 / 11:58:07
img Cəmiyyət
Deputat Şuşanın 270 illiyinin qeyd olunmasını təklif edib

2020-06-05 / 11:57:17
img Hadisə
Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi

2020-06-05 / 11:55:50
img Günün xəbərləri
İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

2020-06-05 / 11:51:51
img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21

Bütün xəbərlər