logo
RU

Cəmiyyət

DİN-in İKİ GENERALI QANDALLANDI - Qərarı şəxsən Putinin tələbə yoldaşı verib

img




Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin generalları Aleksandr Krakovski, Aleksandr Biryukov və xüsusilə mühüm işlər üzrə müstəntiq Aleksandır Bryantsev barəsində paytaxtın Basmannı Rayon Məhkəməsi üç aylıq həbs qərarı verib. Hər üç Aleksandr iyunun 1-dək təcridxanada qalmalı olacaqlar. Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin generalları erməni iş asdamı Albert Xudoyanın qalmaqallı işinin istintaqına nəzarət edirdilər. İttihama görə, generallar aerovağzalın yerində yaşayış binası tikdiyi üçün həbs edilən erməni iş adamının istintaq təcridxanasından azad etməkdə və əmlakı üzərindəki həbs qərarının ləğvində suçlanırlar. Bu məqsədlə onlar Albert Xudoyanın işinin paytaxt polisindən DİN-in İstintaq İdarəsinə təhvil verilməsini təşkil ediblər. “Optima Development” kompaniyasının sahibi olan Albert Xudoyan paytaxtın Leninqradski prospektində 10 milyon dollar məbləğində torpaq sahəsinin dələduzluq yolu ilə ələ keçirilməsi ittihamı ilə tutulub. Onun şirkəti elit “Prime Park” yaşayış kompleksi inşa edirdi. 2019-cu ilin iyul - avqust aylarında indi həbs edilən generallar əlbir olaraq Daxili İşlər Nazirliyinin kollegiyasının rəhbəri, nazir müavini Aleksandr Romanova sənəd ünvalayıblar. Sənəddə Xudoyana qarşı cinayət işinin qanunsuz başladığı barədə yalan məlumatlar veriblər. Bundan sonra istintaqın Moskva Şəhər Polisinin Baş İstintaq İdarəsindən alınmasına və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilməsinə nail olublar. Müstəntiq Aleksandr Bryantsev dərhal həbsi qərarını ləğv edib və 2019-cu ilin noyabrında Xudoyanı ibtidai istintaq təcridxanasından azad edilib. İstintaqa görə, onlar Xudoyanın ittiham olunduğu maddəni də dəyişməklə daha yüngül cəza almasına çalışıblar.
Lakin istintaq generalların rüşvət alması faktını sübut edə bilməyib. Bu səbəbdən Federal Təhlükəsizlik Xidmətinin həbs etdiyi poqonlular vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 285-ci maddəsinin 3-cü hissəsi). Karantinlə əlaqədar, proses iştirakçılarından başqa heç kim məhkəmə binasına buraxılmayıb. Bryantsev və Krakovskinin üzündə tibbi maskalar olub. Generalların vəkilləri istintaqın vəsatətini rədd etməsini və həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzedilməsini istəyiblər. Vəkillər iddia ediblər ki, istintaq həbs qərarı ilə i generallara psixoloji təzyiq göstərmək niyyətindədir. Rusiya KİV-ləri yazır ki, generalların həbsi barədə qərarı Rusiya İstintaq Komitəsinin rəhbəri, Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı Aleksandr Bastrıkin şəxsən verib. (musavat.com)  







Xəbər lenti

img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21
img Günün xəbərləri
Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ

2020-06-04 / 15:49:04
img Ölkə
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR

2020-06-04 / 15:48:02
img Manşet xəbərləri
Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

2020-06-04 / 15:46:17
img Günün xəbərləri
DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR

2020-06-04 / 15:44:58
img Manşet xəbərləri
Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI

2020-06-04 / 15:43:58
img Manşet xəbərləri
Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU

2020-06-04 / 15:42:42
img Manşet xəbərləri
Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR

2020-06-04 / 15:40:48
img Günün xəbərləri
Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ

2020-06-04 / 15:39:42
img Dünya
Lukaşenko yeni Baş Nazir təyin etdi

2020-06-04 / 15:38:16
img Ölkə
Sabah hava necə olacaq? - PROQNOZ

2020-06-04 / 15:36:48
img Cəmiyyət
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 12:19:50
img Dünya
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi

2020-06-04 / 10:28:09
img Cəmiyyət
Rus olmağın fəziləti - Müğənnilər toysuz, mollalar yassız qalıb...

2020-06-04 / 10:26:56
img Ölkə
Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA

2020-06-04 / 10:25:23
img Günün xəbərləri
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 10:19:44
img Dünya
"WhatsApp"da yeni fırıldaqçı sxem AŞKARLANDI

2020-06-04 / 10:18:02
img Ölkə
Göyçay sakini özünü körpüdən çaya atıb - FOTO

2020-06-04 / 10:14:28
img Hadisə
Avro bahalaşdı, dollar sabit qaldı - MƏZƏNNƏ

2020-06-04 / 10:11:50
img Manşet xəbərləri
Azərbaycanda SMS icazə sistemi yenidən tətbiq edilə bilər

2020-06-03 / 19:32:47

Bütün xəbərlər