logo
RU

Dünya

OPEC+ görüşü təxirə salındı - Moskva və Ər-Riyad çətin seçim qarşısında qalıblar

img




Aprelin 6-na təyin olunan OPEC+ formatındakı təcili görüş təxirə salınıb. Çünki hələlik razılıq yoxdur və tərəflərə danışıqlar aparmaq, mövqelərini dəqiqləşdirmək üçün daha bir neçə gün lazımdır. Siyasi şərhçi Şahin Cəfərli bildirir ki, bu format xaricindəki ABŞ, Kanada, Meksika, Norveç, Braziliya kimi ölkələri hasilatın ixtisarına cəlb etmək çox çətin vəzifədir: “Dünən Tramp neft şirkətlərinin rəhbərləri ilə görüş keçirdi və bildirdi ki, ABŞ-ın hasilatı azaltmaqla bağlı hər hansı öhdəliyi yoxdur. Eyni zamanda, ABŞ neft sektoru çoxlu sayda özəl şirkətdən ibarət olduğu üçün onların hamısının razılığını almaq və ümumi koordinasiyaya nail olmaq mürəkkəb məsələdir. Məsələn, "Chevron" bunun qeyri-mümkün olduğunu bəyan edib, "ExxonMobil" bazar qanunlarına riayət etməyə tərəfdar olduğunu bildirib. ABŞ federal sistemi də məsələni mürəkkəbləşdirən başqa bir amildir, çünki neft çıxarılan ştatların bu sahədəki tənzimləyici dövlət orqanlarının mövqeyi önəm daşıyır. Məsələn, Teksas ixtisarda maraqlı görünür, amma təkcə onların OPEC-lə əməkdaşlığa qoşulması hasilatı böyük miqdarda (azı 10 milyon barel) azaltmaq üçün yetərli deyil”. Şərhçinin sözlərinə görə, Rusiya və Səudiyyə Ərəbistanı bildirir ki, iri həcmdə ixtisar yalnız ABŞ-ın və digər böyük hasilatçıların iştirakı ilə mümkündür: “Bu, məntiqlidir, çünki əks təqdirdə belə çıxır ki, OPEC və Rusiya həm qiyməti yüksəltməklə, həm də bazar paylarını azaltmaqla ABŞ neft şirkətlərinin maraqlarına xidmət etmiş olurlar. Amma o biri tərəfdən, Putin və Məhəmməd bin Salman Trampı narazı salmaq da istəmirlər və payızda onun təkrar seçilməsində maraqlıdırlar. Çünki Baydenin seçilməsi və demokratların Ağ Evə qayıdışı hər iki rejim üçün yaxşı heç nə vəd etmir”. Şahin Cəfərli hesab edir ki, Moskva və Ər-Riyad çətin seçim qarşısında qalıblar və itkisiz "qızıl orta"nı tapmaq mümkün deyil: “Gözlənilən budur ki, onlar hansısa razılıq əldə edəcəklər, çünki məsləhətləşmələrin nəticəsiz bitməsi son günlər pozitivə köklənmiş bazarda dərin məyusluq yarada bilər. Amma 10-15 milyonluq ixtisar hədəfi real görünmür”.







Xəbər lenti

img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21
img Günün xəbərləri
Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ

2020-06-04 / 15:49:04
img Ölkə
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR

2020-06-04 / 15:48:02
img Manşet xəbərləri
Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

2020-06-04 / 15:46:17
img Günün xəbərləri
DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR

2020-06-04 / 15:44:58
img Manşet xəbərləri
Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI

2020-06-04 / 15:43:58
img Manşet xəbərləri
Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU

2020-06-04 / 15:42:42
img Manşet xəbərləri
Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR

2020-06-04 / 15:40:48
img Günün xəbərləri
Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ

2020-06-04 / 15:39:42
img Dünya
Lukaşenko yeni Baş Nazir təyin etdi

2020-06-04 / 15:38:16
img Ölkə
Sabah hava necə olacaq? - PROQNOZ

2020-06-04 / 15:36:48
img Cəmiyyət
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 12:19:50
img Dünya
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi

2020-06-04 / 10:28:09
img Cəmiyyət
Rus olmağın fəziləti - Müğənnilər toysuz, mollalar yassız qalıb...

2020-06-04 / 10:26:56
img Ölkə
Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA

2020-06-04 / 10:25:23
img Günün xəbərləri
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 10:19:44
img Dünya
"WhatsApp"da yeni fırıldaqçı sxem AŞKARLANDI

2020-06-04 / 10:18:02
img Ölkə
Göyçay sakini özünü körpüdən çaya atıb - FOTO

2020-06-04 / 10:14:28
img Hadisə
Avro bahalaşdı, dollar sabit qaldı - MƏZƏNNƏ

2020-06-04 / 10:11:50
img Manşet xəbərləri
Azərbaycanda SMS icazə sistemi yenidən tətbiq edilə bilər

2020-06-03 / 19:32:47

Bütün xəbərlər