logo
RU

Manşet xəbərləri

BU ŞƏXSLƏR SMS-lə İCAZƏ ALSA BELƏ, EVDƏN ÇIXA BİLMƏZ - Rəsmi

img




Yaşı 65-dən yuxarı olan şəxslərin öz yaşayış yerini tərk etməsi məhdudiyyəti hazırda da var. Onlar icazə SMS-i alsalar belə, evdən çıxa biləzlər. Aprelin 20-dək müvafiq qurumlar tərəfindən onların hərəkəti müəyyən edilərsə, bu, karantin rejiminin pozulması halı kimi nəzərə alınacaq. Trend- xəbər verir ki, bunu Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib. Onun sözlərinə görə, belə şəxslərə nəzərdə tutulmuş cərimələr də tətbiq oluna bilər. C.Salmanov qeyd edib ki, vətəndaşlara icazə ilə bağlı 2 saatlıq müddət vətəndaş SMS-i göndərdiyi vaxtdan yox, cavab SMS-i gəldiyi müddətdən hesablanır. Vətəndaşların müraciətinə gələn cavab SMS-ində icazənin qüvvədə olduğu müddət göstərilir: "Vətəndaşlar yaşayış yerini yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilərlər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini tərk etmək üçün SMS icazənin alınması tələb olunmur. Həmçinin, şəxslər məhkəməyə və ya hüquq-mühafizə orqanlarına çağırıldıqda SMS göndərilmədən yaşayış yerini tərk edirlər". C.Salmanov deyib ki, müvafiq icazəni aldıqdan sonra vətəndaşlar iki saat ərzində Bakının istənilən rayonu ərazisində hərəkət edə bilərlər: "Bu, o demək deyil ki, vətəndaş Yasamal rayonunda yaşayırsa, mütləq Yasamaldakı aptekdən dərman almalıdır. Digər apteklərə də gedə bilər. Amma müəyyən edilmiş müddətdə geri qayıtmalıdırlar". Sədr müavini bildirib ki, həkimə getmək üçün icazə alan şəxsin müalicə prosedurunun müddəti uzanarsa, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir. C.Salmanov əlavə edib ki, KİV nümayəndələri, eləcə də fəaliyyətinə icazə verilən digər şəxslər əmək fəaliyyəti üçün sərbəst hərəkət edə bilərlər. Ancaq aprelin 5-dən onlar da evdən alış-veriş üçün çıxarkən digər vətəndaşlar kimi SMS göndərməlidirlər.







Xəbər lenti

img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21
img Günün xəbərləri
Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ

2020-06-04 / 15:49:04
img Ölkə
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR

2020-06-04 / 15:48:02
img Manşet xəbərləri
Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

2020-06-04 / 15:46:17
img Günün xəbərləri
DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR

2020-06-04 / 15:44:58
img Manşet xəbərləri
Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI

2020-06-04 / 15:43:58
img Manşet xəbərləri
Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU

2020-06-04 / 15:42:42
img Manşet xəbərləri
Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR

2020-06-04 / 15:40:48
img Günün xəbərləri
Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ

2020-06-04 / 15:39:42
img Dünya
Lukaşenko yeni Baş Nazir təyin etdi

2020-06-04 / 15:38:16
img Ölkə
Sabah hava necə olacaq? - PROQNOZ

2020-06-04 / 15:36:48
img Cəmiyyət
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 12:19:50
img Dünya
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi

2020-06-04 / 10:28:09
img Cəmiyyət
Rus olmağın fəziləti - Müğənnilər toysuz, mollalar yassız qalıb...

2020-06-04 / 10:26:56
img Ölkə
Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA

2020-06-04 / 10:25:23
img Günün xəbərləri
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 10:19:44
img Dünya
"WhatsApp"da yeni fırıldaqçı sxem AŞKARLANDI

2020-06-04 / 10:18:02
img Ölkə
Göyçay sakini özünü körpüdən çaya atıb - FOTO

2020-06-04 / 10:14:28
img Hadisə
Avro bahalaşdı, dollar sabit qaldı - MƏZƏNNƏ

2020-06-04 / 10:11:50
img Manşet xəbərləri
Azərbaycanda SMS icazə sistemi yenidən tətbiq edilə bilər

2020-06-03 / 19:32:47

Bütün xəbərlər