logo
RU

Ölkə

İşçilərin evdən çıxması üçün məlumatların sistemə yerləşdirilməsinə başlanıldı

img




Bu gündən xüsusi karantin rejimində hərəkətinə icazə verilməsi üçün dövlət qurumları və özəl təşkilatların əməkdaşlarının məlumatlarının “icaze.e-gov.az” portalında yerləşdirilməsinə başlanılıb. “Report” xəbər verir ki, portal artıq saat 10:00-dan etibarən işə düşür. Belə ki, müvafiq dövlət qurumları və özəl hüquqi şəxslər əməkdaşları barədə, habelə müvafiq könüllülər təşkilatları könüllülər barədə məlumatları bu saatdan etibarən “icaze.e-gov.az”a daxil etməlidirlər. Qeyd edək ki, aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir: - dövlət orqanlarının, dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlətin adından yaradılan publik hüquqi şəxslərin işə cəlb olunan əməkdaşları; - Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarı ilə müəyyən edilmiş istiqamətlərdə fəaliyyətlərinin davam etdirilməsinə icazə verilmiş özəl hüquqi şəxslərin əməkdaşları və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs və onun işçiləri; - fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları. Həmçinin “ASAN Könüllüləri” İctimai Birliyi, "Regional İnkişaf" İctimai Birliyi, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatı, “Bir” tələbə-könüllüləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllülərinin hərəkətinə onlar barədə məlumatlar “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir. Bu Qərarda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin üzərlərində olması məcburidir. Eyni zamanda vətəndaşların fərdi qaydada evdən çıxmaları isə yalnız müvafiq bildiriş kodunu 8103 nömrəsinə SMS göndərməklə təmin ediləcək. Bu sistem isə aprelin 5-dən işə düşəcək. Hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqlar. Eyni zamanda, “icaze.e-gov.az” portalı vasitəsilə icazənin alınması üçün yanlış məlumatın daxil edilməsi və yaşayış yerini tərk etmək üçün 8103 SMS sistemi vasitəsilə icazə alınması prosedurundan sui-istifadə halları daim araşdırılacaq, belə hallara yol verən hüquqi və fiziki şəxslər barəsində ciddi məsuliyyət tədbirləri görüləcək. Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə Azərbaycanda 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək hərəkət məhdudiyyətləri tətbiq edilib.







Xəbər lenti

img Ölkə
Deputat: “Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”

2020-06-02 / 17:33:03
img Günün xəbərləri
Masallı rayon prokuroru işdən çıxarılıb

2020-06-02 / 17:32:08
img Cəmiyyət
Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

2020-06-02 / 15:24:06
img Cəmiyyət
Beyinin fəaliyyətini yaxşılaşdıran 3 SUPER-MƏHSUL

2020-06-02 / 15:01:54
img Sosial
İyunda 190 manat verilməyəcək - Rəsmi açıqlama

2020-06-02 / 14:58:16
img Ölkə
Maska taxmayanlara cərimə təsdiqləndi - MƏBLƏĞ

2020-06-02 / 12:58:36
img Cəmiyyət
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi

2020-06-02 / 10:19:37
img Günün xəbərləri
Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG...

2020-06-02 / 10:18:07
img Dünya
Nyu-York ştatında komendant saatı tətbiq olunur

2020-06-02 / 10:11:57
img Hadisə
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-06-02 / 10:10:13
img Günün xəbərləri
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı

2020-06-02 / 10:08:57
img Ölkə
İyun ayının qeyri-iş günləri AÇIQLANDI

2020-06-02 / 10:07:41
img Hadisə
Azərbaycanda pul nişanları yenilənir

2020-06-01 / 19:50:50
img Cəmiyyət
Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu”

2020-06-01 / 19:43:20
img Günün xəbərləri
Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu

2020-06-01 / 19:30:04
img Günün xəbərləri
Daha bir rayonun prokuroru işdən çıxarıldı - Kamran Əliyevdən yeni təyinatlar

2020-06-01 / 15:22:24
img Günün xəbərləri
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək – QRAFİK

2020-06-01 / 15:18:14
img Dünya
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI

2020-06-01 / 15:16:47
img Günün xəbərləri
Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək

2020-06-01 / 15:15:17
img Manşet xəbərləri
Deputatdan maska cərimələrinə ETİRAZ

2020-06-01 / 15:14:27
img Ölkə
Sabah 37 dərəcə isti olacaq

2020-06-01 / 14:18:27
img Manşet xəbərləri
Maska taxmamağa görə cərimələr təsdiqləndi

2020-06-01 / 14:14:06
img Dünya
Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARI AÇDI

2020-06-01 / 14:09:50
img Günün xəbərləri
DYP-nin "Ekologiya postu" sökülür

2020-06-01 / 11:11:27
img Cəmiyyət
Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

2020-06-01 / 10:36:52

Bütün xəbərlər