logo
RU

Manşet xəbərləri

Azərbaycan ordusunun Aprel qələbəsindən dörd il ötür

img




2016-cı il aprelin birindən ikisinə keçən gecə  Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. 4 gün davam edən döyüşlər aprel döyüşləri kimi tarixləşdi.  Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.  Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi.  Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi.  Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı.  Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində  Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu  Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi.  Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi.  Aprel döyüşlərindən sonra - may ayında Ermənistan və Azərbaycan prezidentləri münaqişənin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin rəsmilərinin iştirakı ilə Vyanada görüşdülər, həmçinin iyunun 20-də Sankt-Peterburqda Rusiya Prezidentinin iştirakı ilə üçtərəfli danışıqlar keçirildi. Görüşlərdə münaqişə bölgəsində etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətdə olan sədri ofisinin genişləndirilməsi haqqında razılıq əldə edildi.  Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparıb. Bu baxımdan da beynəlxalq təşkilatlar, nüfuzlu ölkələr aprel döyüşləriylə bağlı Azərbaycan əleyhinə bir söz deyə bilməzdilər. Azərbaycan qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi. 







Xəbər lenti

img Cəmiyyət
Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

2020-06-02 / 15:24:06
img Cəmiyyət
Beyinin fəaliyyətini yaxşılaşdıran 3 SUPER-MƏHSUL

2020-06-02 / 15:01:54
img Sosial
İyunda 190 manat verilməyəcək - Rəsmi açıqlama

2020-06-02 / 14:58:16
img Ölkə
Maska taxmayanlara cərimə təsdiqləndi - MƏBLƏĞ

2020-06-02 / 12:58:36
img Cəmiyyət
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi

2020-06-02 / 10:19:37
img Günün xəbərləri
Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG...

2020-06-02 / 10:18:07
img Dünya
Nyu-York ştatında komendant saatı tətbiq olunur

2020-06-02 / 10:11:57
img Hadisə
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-06-02 / 10:10:13
img Günün xəbərləri
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı

2020-06-02 / 10:08:57
img Ölkə
İyun ayının qeyri-iş günləri AÇIQLANDI

2020-06-02 / 10:07:41
img Hadisə
Azərbaycanda pul nişanları yenilənir

2020-06-01 / 19:50:50
img Cəmiyyət
Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu”

2020-06-01 / 19:43:20
img Günün xəbərləri
Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu

2020-06-01 / 19:30:04
img Günün xəbərləri
Daha bir rayonun prokuroru işdən çıxarıldı - Kamran Əliyevdən yeni təyinatlar

2020-06-01 / 15:22:24
img Günün xəbərləri
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək – QRAFİK

2020-06-01 / 15:18:14
img Dünya
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI

2020-06-01 / 15:16:47
img Günün xəbərləri
Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək

2020-06-01 / 15:15:17
img Manşet xəbərləri
Deputatdan maska cərimələrinə ETİRAZ

2020-06-01 / 15:14:27
img Ölkə
Sabah 37 dərəcə isti olacaq

2020-06-01 / 14:18:27
img Manşet xəbərləri
Maska taxmamağa görə cərimələr təsdiqləndi

2020-06-01 / 14:14:06
img Dünya
Qadın əsgər Şimali Koreya ilə bağlı DƏHŞƏTLİ FAKTLARI AÇDI

2020-06-01 / 14:09:50
img Günün xəbərləri
DYP-nin "Ekologiya postu" sökülür

2020-06-01 / 11:11:27
img Cəmiyyət
Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

2020-06-01 / 10:36:52
img Manşet xəbərləri
Azərbaycanda keçmiş prokuror həbs edildi – 27 min manat rüşvətə görə

2020-06-01 / 10:13:20
img Günün xəbərləri
“Lider TV"nin müflis elan edilməsi üçün iddia qaldırılıb

2020-06-01 / 10:02:30

Bütün xəbərlər