logo
RU

Manşet xəbərləri

Kəlbəcərin işğalından 27 il keçir

img




Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 27 il ötür.   Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub. İşğal nəticəsində 53340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.  Ermənistan hərbi birləşmələrinin martın 27-də başlanan genişmiqyaslı hücumu Kəlbəcər rayonunun işğalı ilə başa çatıb. Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib.  Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi.  Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir.  Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. İşğal nəticəsində Kəlbəcərin 60 min nəfər əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. 







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa rekord sayda yoluxma qeydə alındı (RƏSMİ)

2020-06-02 / 18:47:20
img Dünya
Təyyarə ilə səyahətin şərtləri - Hava nəqliyyatı üçün sağlıq tövsiyyələri açıqlandı

2020-06-02 / 17:39:37
img Cəmiyyət
"Onlar bizim suallarımıza cavab verməlidir" - Vahid Əhmədov

2020-06-02 / 17:38:41
img Ölkə
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM

2020-06-02 / 17:37:15
img Dünya
Putin səsverməni iyulun 1-ə təyin etdi - Təxirə düşən referendumun tarixi açıqlandı

2020-06-02 / 17:35:15
img Ölkə
Deputat: “Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”

2020-06-02 / 17:33:03
img Günün xəbərləri
Masallı rayon prokuroru işdən çıxarılıb

2020-06-02 / 17:32:08
img Cəmiyyət
Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

2020-06-02 / 15:24:06
img Cəmiyyət
Beyinin fəaliyyətini yaxşılaşdıran 3 SUPER-MƏHSUL

2020-06-02 / 15:01:54
img Sosial
İyunda 190 manat verilməyəcək - Rəsmi açıqlama

2020-06-02 / 14:58:16
img Ölkə
Maska taxmayanlara cərimə təsdiqləndi - MƏBLƏĞ

2020-06-02 / 12:58:36
img Cəmiyyət
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi

2020-06-02 / 10:19:37
img Günün xəbərləri
Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG...

2020-06-02 / 10:18:07
img Dünya
Nyu-York ştatında komendant saatı tətbiq olunur

2020-06-02 / 10:11:57
img Hadisə
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-06-02 / 10:10:13
img Günün xəbərləri
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı

2020-06-02 / 10:08:57
img Ölkə
İyun ayının qeyri-iş günləri AÇIQLANDI

2020-06-02 / 10:07:41
img Hadisə
Azərbaycanda pul nişanları yenilənir

2020-06-01 / 19:50:50
img Cəmiyyət
Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu”

2020-06-01 / 19:43:20
img Günün xəbərləri
Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu

2020-06-01 / 19:30:04
img Günün xəbərləri
Daha bir rayonun prokuroru işdən çıxarıldı - Kamran Əliyevdən yeni təyinatlar

2020-06-01 / 15:22:24
img Günün xəbərləri
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək – QRAFİK

2020-06-01 / 15:18:14
img Dünya
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI

2020-06-01 / 15:16:47
img Günün xəbərləri
Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək

2020-06-01 / 15:15:17
img Manşet xəbərləri
Deputatdan maska cərimələrinə ETİRAZ

2020-06-01 / 15:14:27

Bütün xəbərlər