logo
RU

Manşet xəbərləri

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

img




Azərbaycan Respublikasında 17 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib. Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 1951-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı ağır gedişli iki tərəfli pnevmoniya, üçüncü dərəcə tənəffüs çatışmazlığından əziyyət çəkib, xəstənin anamnezində ürəyin işemik xəstəliyi, xroniki kardiomiopatiya, şəkərli diabet olduğu, həmçinin angioplastika (stendin taxılması) əməliyyatı keçirdiyi göstərilib. Pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Qeyd edək ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 163 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 23 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Azərbaycanda koronavirusa yoluxma halları ölkəmizə xaricdən gələn şəxslər sırasında və ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bundan başqa, ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında da infeksiyaya yoluxma halları qeydə alınır.   Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur. Vətəndaşlarımızı bir daha şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunub. Xüsusi rejim qaydalarına əsasən, xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb, 65 yaşdan yuxarı insanların evdən çıxması, ictimai yerlərdə, o cümlədən, küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, vətəndaşlara yerüstü nəqliyyatdan istifadə etmək, insnalararası təmaslarda iki metrlik məsafə saxlamaq, koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103 və ya 15-42 nömrəli qaynar xəttlərə zəng etmək ciddi tövsiyə olunub. Bundan başqa, martın 29-dan xüsusi karantin rejiminin gücləndirilməsi, bu məqsədlə xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyatın hərəkətinin tam dayandırılması, bütün ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətin dayandırılması, Bakı metrosunun iş vaxtının, bütün bulvar, park və istirahət məkanlarına girişin məhdudlaşdırılması qərara alınıb.







Xəbər lenti

img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21
img Günün xəbərləri
Sabah bu şəhərlərdə dövlət qurumları 14:00-a qədər işləyəcək - RƏSMİ

2020-06-04 / 15:49:04
img Ölkə
Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda mağazalar iki gün işləməyəcək - QƏRAR

2020-06-04 / 15:48:02
img Manşet xəbərləri
Bu şəhərlərdə həftəsonu vətəndaşların küçəyə çıxması qadağan OLUNDU

2020-06-04 / 15:46:17
img Günün xəbərləri
DİM buraxılış imtahanlarının vaxtını dəyişdi - Yeni TARİXLƏR

2020-06-04 / 15:44:58
img Manşet xəbərləri
Fəaliyyəti dayandırılmayan sahələr AÇIQLANDI

2020-06-04 / 15:43:58
img Manşet xəbərləri
Bu şəhər və rayonlarda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti tam QADAĞAN OLUNDU

2020-06-04 / 15:42:42
img Manşet xəbərləri
Dörd şəhərdə sərt karantin rejimi tətbiq olundu - QƏRAR

2020-06-04 / 15:40:48
img Günün xəbərləri
Baş Nazir karantin rejimini SƏRTLƏŞDİRDİ

2020-06-04 / 15:39:42
img Dünya
Lukaşenko yeni Baş Nazir təyin etdi

2020-06-04 / 15:38:16
img Ölkə
Sabah hava necə olacaq? - PROQNOZ

2020-06-04 / 15:36:48
img Cəmiyyət
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 12:19:50
img Dünya
Dünyada koronavirusa yoluxanların sayı 6,5 milyonu keçdi

2020-06-04 / 10:28:09
img Cəmiyyət
Rus olmağın fəziləti - Müğənnilər toysuz, mollalar yassız qalıb...

2020-06-04 / 10:26:56
img Ölkə
Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq? - RƏSMİ AÇIQLAMA

2020-06-04 / 10:25:23
img Günün xəbərləri
Cəzasiz qalmış CİNAYƏT - Loğman həyəcan TƏBİLİ ÇALIR

2020-06-04 / 10:19:44
img Dünya
"WhatsApp"da yeni fırıldaqçı sxem AŞKARLANDI

2020-06-04 / 10:18:02
img Ölkə
Göyçay sakini özünü körpüdən çaya atıb - FOTO

2020-06-04 / 10:14:28
img Hadisə
Avro bahalaşdı, dollar sabit qaldı - MƏZƏNNƏ

2020-06-04 / 10:11:50
img Manşet xəbərləri
Azərbaycanda SMS icazə sistemi yenidən tətbiq edilə bilər

2020-06-03 / 19:32:47

Bütün xəbərlər