logo
RU

Manşet xəbərləri

Azərbaycanda daha altı nəfər koronavirusa yoluxdu: Ölən var - RƏSMİ

img




Azərbaycan Respublikasında 6 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, qeyd olunan şəxslərdən bir nəfər Azərbaycan Respublikası vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı şikayətləri ilə xəstəxanaya müraciət edib. Eyni zamanda, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Həkimlərin səyinə baxmayaraq, xəstənin vəziyyətinin kəskinləşməsi səbəbindən onun həyatını xilas etmək mümkün olmamış və pasiyent xəstəxanaya daxil olduğu gün vəfat edib. Xəstənin ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilmiş və karantinə götürülmüşlər. Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan üç nəfərin vəziyyəti ağır, beş nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir. Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Xüsusi rejim qaydalarına əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan olunmuş, bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilir. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılmış, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə vətəndaşların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdir. Hazırda koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. Bu səbəbdən vətəndaşlarımızı bir daha gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq. Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur.







Xəbər lenti

img Manşet xəbərləri
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi

2020-08-06 / 19:05:17
img Günün xəbərləri
Bu ay 278 min şəxsə 190 manatlıq birdəfəlik ödəmə veriləcək

2020-08-06 / 17:52:10
img Manşet xəbərləri
Azərbaycanda yoluxma 150-dən aşağı düşdü, 435 nəfər sağaldı

2020-08-06 / 17:21:16
img Günün xəbərləri
Prezidentdən 190 manatla bağlı tapşırıq - Avqust ayında da...

2020-08-06 / 16:59:38
img Günün xəbərləri
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayacaq

2020-08-06 / 14:49:00
img Günün xəbərləri
Vahid Əhmədov: “İşləməsi vacib sayılan sahələrin xüsusi siyahısı hazırlanmalıdır”

2020-08-06 / 13:15:14
img Cəmiyyət
Ramin Bayramlını belə parodiya etdilər - VİDEO

2020-08-06 / 13:13:32
img Günün xəbərləri
Gülər Əhmədovanın oğluna hökm oxunub

2020-08-06 / 11:26:14
img Günün xəbərləri
Fazil Mustafa: “Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır”

2020-08-06 / 10:41:56
img Dünya
Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

2020-08-06 / 10:40:39
img Dünya
“Facebook” Trampın paylaşdığı videonu silib

2020-08-06 / 10:39:29
img Cəmiyyət
Namaz carçısı Ayasofya məscidində Allah dərgahına qovuşdu...-VİDEO

2020-08-06 / 10:35:55
img Dünya
Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

2020-08-06 / 10:33:50
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

2020-08-06 / 10:32:51
img Cəmiyyət
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

2020-08-06 / 10:31:51
img Dünya
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

2020-08-06 / 10:30:19
img Dünya
Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...

2020-08-06 / 10:27:20
img Dünya
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

2020-08-05 / 19:08:59
img Hadisə
Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

2020-08-05 / 18:23:49
img Günün xəbərləri
Razi Nurullayevdən Milli Məclisdə hökumətə və TƏBİB-ə sərt tənqid (VİDEO)

2020-08-05 / 18:21:12
img Günün xəbərləri
5 nəfər prokurorluq orqanlarından azad edildi

2020-08-05 / 18:14:23
img Günün xəbərləri
General Həşimov haqda kitab çap olundu – Pulsuz paylanacaq

2020-08-05 / 17:06:15
img Dünya
Türkiyədə dincəlmək şərtləri - Məhdudiyyətlər o qədər çoxdur ki...

2020-08-05 / 17:01:10
img Dünya
FTB ukraynalı milyarderləri "vurdu" - Ofislərində axtarış aparılıb...

2020-08-05 / 16:52:41
img Ölkə
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

2020-08-05 / 16:51:13

Bütün xəbərlər