logo
RU

Dünya

Covid-19-un yayılması nə zaman dayanacaq? – Fərqli proqnozlar, senarilər...

img




Koronavirus pandemiyası yayda hadisələrin ən yaxşı inkişafı baş verərsə dayanacaq, pis halda isə daha bir mövsüm davam edəcək.  Qaynarinfo xəbər verir ki, bu fikri viroloq, Uzaq Şərq Federal Universitetinin Biotibb Məktəbinin Mikroorqanizmlərin Ekologiyası Laboratoriyasının müdiri Mixail Şelkanov bildirib. Onun sözlərinə görə, koronavirus infeksiyası rütubətə və ultrabənövşəyi işığa həssasdır, bu da o deməkdir ki, may ayından virusun aktivliyi azalacaq. Viroloq ABŞ və İtaliyanın infeksiyanın yayılmasının qarşısını ala bilmədiklərindən təəccübləndiyini bildirib və bu ölkələrdə "orta seçim" variantının əldən buraxıldığını buna görə də virusun bu ölkələrdə yayılmasının daha bir mövsüm uzanacağını ehtimal etdiyini deyib. O zaman "Avropanı bu qorxunc bəladan qurtarmaq üçün bütün səyləri birləşdirmək lazım gələcək", - viroloq deyib.  "Ən yaxşı ssenari odur ki, yay dövrünün gəlməsi ilə avropalı və amerikalı həmkarlarımız bu vəziyyəti nəzarətdə saxlaya və bu epidemiya dalğasının genişlənməsinin qarşısını ala biləcəklər. Belə olsa, çox yaxşı olardı", - Şelkanov NTV-yə bildirib. Ən pis vəziyyətdə isə, o hesab edir ki, COVID-19 "həqiqi mənada alovlanacaq" və "bütün planeti alt-üst edəcək", Rusiya isə koronavirus epidemiyasından gələn qışda sağ çıxacaq. Eyni zamanda, ekspert ölkəsində "pandemiyanın vaxtından əvvəl elan olunduğuna" əmindir, çünki Rusiya Federasiyasının ərazisində heç bir epidemiya prosesi və koronavirus ilə daxili yoluxma halları da yoxdur, yalnız gətirilmə şəklində qeydə alınıb.  Viroloq hökumətin fəaliyyəti sayəsində infeksiyanın ölkəyə gəlişini iki-üç ay ləngidildiyini vurğulayıb:  "Belə bir ləngitmə bizə COVID-19-un müəyyənləşdirilməsi üçün test sistemlərini toplamağa və strateji ehtiyatlar yaratmağa, həmçinin fəaliyyət planlarını düşünməyə və idarələrarası əməkdaşlıq yaratmağa imkan verdi”. May ayında Səhiyyə Nazirliyinin ştatdankənar epidemioloqu Nikolay Briko da koronavirus aktivliyinin azalacağını proqnozlaşdırdığını, ayrıca bəzi mütəxəssislərin dünya əhalisinin böyük bir hissəsinin koronavirus ilə xəstələnəcəyi ilə bağlı proqnozlarına şübhə etdiyini bildirib. O, vəziyyətin belə bir inkişafının əksər ölkələrin hökumətləri tərəfindən görülən tədbirlər nəticəsində mümkün olmadığını qeyd edib. Bu proqnozdan fərqli olaraq, Almaniyanın Robert Kox İnstitutu koronavirus infeksiyasının daha uzun müddət fəal olacağını proqnozlaşdırır. Mütəxəssislər COVID-19-nin yayılmasının iki il davam edəcəyinə inanır, hər beş haldan birinin ağır olacağını bildirirlər.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 531 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib

2020-07-11 / 16:59:33
img Cəmiyyət
Aqolli millimizdə çalışa bilər

2020-07-11 / 16:04:45
img Cəmiyyət
"Öz balalarına Amerikada toy edirlər, burdakılara qadağa qoyurlar” - Baloğlan

2020-07-11 / 16:03:14
img Günün xəbərləri
Dərslər sentyabrda açılır? - RƏSMİ CAVAB

2020-07-11 / 16:01:04
img Dünya
Bloomberg: İlon Mask milyarderlərin reytinqində Uorren Baffeti ötdü

2020-07-11 / 15:58:54
img Cəmiyyət
"Mayda yubileyimi pandemiyaya görə keçirə bilmədim, qaldı, sentyabrda görək necə olur"

2020-07-11 / 15:56:57
img Cəmiyyət
Millət vəkili ilə bağlı sevindirici xəbər: “Səhhəti yaxşı və stabildir”

2020-07-11 / 15:55:30
img Ölkə
Sabah külək olacaq, yağış yağacaq

2020-07-11 / 15:53:57
img Günün xəbərləri
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan - Video

2020-07-11 / 15:51:06
img Manşet xəbərləri
2 saatlıq SMS icazə ilə bağlı dəyişiklik: sutkada 2 və ya 3 dəfə...

2020-07-11 / 14:00:41
img Günün xəbərləri
8 şəhər və 8 rayonda ictimai nəqliyyatın hərəkəti dayandırıldı

2020-07-11 / 10:30:02
img Qafqaz
Gürcüstanda əkiz qardaşlar illər sonra imtahanda görüşüblər

2020-07-11 / 10:27:24
img Dünya
Koronavirusla bağlı son STATİSTİKA

2020-07-11 / 10:26:12
img Günün xəbərləri
“15 faizlik gömrük rüsumu alınır, bu da süni qiymət artımı ilə nəticələnir” - ekspert

2020-07-11 / 10:25:16
img Günün xəbərləri
“Sentyabr ayında dərslərə başlamaq mümkündür” - GƏLİŞMƏ

2020-07-11 / 10:24:27
img Sosial
Elektrik enerjisinin güzəşt limiti artırılacaq? - AÇIQLAMA

2020-07-11 / 10:15:56
img Günün xəbərləri
“1-2 il cəzası qalan şəxsin koronavirusa yoluxaraq ağır duruma düşməsi heç kimə lazım deyil” - Novella Cəfəroğlu

2020-07-11 / 10:13:40
img Manşet xəbərləri
Azərbaycanda 526 nəfər koronavirusa yoluxub, 8 nəfər ölüb

2020-07-10 / 18:19:20
img Günün xəbərləri
Sabahdan bütün ictimai nəqliyyat dayandırılır – RƏSMİ

2020-07-10 / 16:24:19
img Günün xəbərləri
Dənizə getsəniz, koronavirusa yoluxa bilərsiniz – SƏBƏB AÇIQLANDI

2020-07-10 / 16:13:57
img Manşet xəbərləri
İnsanlar restoranlara, iş yerlərinə belə buraxıla bilər – YENİ TƏKLİF

2020-07-10 / 16:12:57
img Günün xəbərləri
NK-nın kreditlərlə bağlı qərarının detalları – Ekspert AÇIQLADI

2020-07-10 / 16:11:56
img Manşet xəbərləri
MƏMMƏDYAROVDAN DTX-nın ƏMƏLİYYATI İLƏ BAĞLI AÇIQLAMA - "İstefa verəcəyimlə bağlı..."

2020-07-10 / 16:09:36
img Günün xəbərləri
Azərbaycanda rəis müavini ailəsi ilə birgə koronavirusa yoluxdu

2020-07-10 / 16:08:19
img Dünya
İranda COVID-19-a yoluxanların sayı 252 720 nəfər olub

2020-07-10 / 16:07:24

Bütün xəbərlər