logo
RU

Cəmiyyət

İctimai Şuranın sədri: “Şagirdlərin evdə qalması doğru deyil”

img




Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Eyni zamanda, hər gün Təhsil Nazirliyinin “Dərs vaxtı” proqramı Mədəniyyət və ARB kanalında yayımlanır. Ancaq bir məqam da şagirdlərin evdə olması ilə bağlıdır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına görə kütləvi gəzintilər təşkil etmək olmaz. Belə olan təqdirdə şagirdlər nə etməlidir? Kütləvi yerlər olmasa da, həyətə düşmək nə dərəcədə doğrudur? Modern.az mövzuya cavab öyrənməyə çalışıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərovun sözlərinə görə, şagirdlərin evdə qalması, çölə çıxmaması doğru deyil: “Şagird bu müddət ərzində yarım saatlıq həyətə çıxa bilər. Ancaq saatlarla kütləvi formada həyətdə oynamaq, marketlərə, eləcə də, nəqliyyatdan istifadə edib harasa getmək olmaz. Həyətə həm uşaqlar, həm də qocalar çıxa bilər. Məsələn, güman edirəm ki, mən həyətə çıxa bilərəm, ancaq marketə gedə bilmərəm. Burada qəbahət görmürəm”. Şahlar Əsgərov bildirib ki, dövlətin qaydalarına hər kəs riayət etməlidir: “Təhsil müəssisələri şagirdlərin sağlamlığı üçün müvəqqəti olaraq dayandırılıb. Ailədə valideynlər bu təlimatı uşaqlara izah etməlidirlər. Çünki dövlət olaraq uşaqlarımızı koronavirus pandemiyasından qoruyuruq, digər tərəfdən isə onları kütləvi yerlərə göndəririk. Bunlara nəzarət etməliyik. Başa düşürəm ki, uşaqlar həyətə düşməyə can atır. Ancaq Nazirlər Kabineti yaninda Operativ Qərargahın qaydalarına mütləq riayət olunmalıdır. Nazirlər Kabinetinin verdiyi qərarlar çox əhəmiyyətlidir. Həm yaşlılarımızı, həm uşaqlarımızı, həm də cəmiyyətimizi qoruyur. Sadəcə, bəzi istisnalar var ki, onları axtarıb tapmaq lazımdır”.







Xəbər lenti

img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04
img Günün xəbərləri
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI

2020-06-05 / 16:03:34
img Manşet xəbərləri
IWF prezidenti Azərbaycanın yarım milyonunu mənimsəyib

2020-06-05 / 14:24:06
img Günün xəbərləri
"Azərişıq" 5 000 manat cərimələndi

2020-06-05 / 14:22:20
img Manşet xəbərləri
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ

2020-06-05 / 12:02:01
img Günün xəbərləri
Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

2020-06-05 / 12:00:42
img Hadisə
Emin Ağalarov koronavurusa yoluxubmuş - Özü danışdı

2020-06-05 / 11:59:06
img Manşet xəbərləri
"Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil" - XİN

2020-06-05 / 11:58:07
img Cəmiyyət
Deputat Şuşanın 270 illiyinin qeyd olunmasını təklif edib

2020-06-05 / 11:57:17
img Hadisə
Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi

2020-06-05 / 11:55:50
img Günün xəbərləri
İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

2020-06-05 / 11:51:51
img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21

Bütün xəbərlər