logo
RU

Manşet xəbərləri

Korrupsiya zəncirinin halqaları və onların həbsxana həyatı

img




Keçmiş hakim Həsən Əliyev: “Azərbaycanda hakimlər ədalətli hökm çıxartmaq üçün mənim kimi həbsxana həyatı ilə yaxından tanış olmalıdırlar.”

  Son vaxtlar prokurorluğun göstərişi ilə şərlənən bir çox vətəndaşlara hökm çıxaran hakimlər barədə mətbuatda tez-tez xoşagəlməz məlumatlara rast gəlmək olur. Hətta bu ilin yanvar ayında AŞPA-nın Azərbaycan hökümətinə qarşı çıxardığı qətnaməsində bu məsələ xüsusi yer alıb. Bir sözlə hakimlər prokurorluqdan asılı olduqlarından şərlənən vətəndaşlara qarşı sifarişli hökmlər çıxarır ki,bununla da ölkədə insan hüquqlarının pozulması pik nöqtəyə çatıb. Bu cür hadisələrdən araşdırma aparan bir çox jurnalistlər də prokurorluğun göstərişi ilə şərlənərək həbs olunublar. Bu cür şərlənən jurnalistlərdən biri də Mahmud Rasimoğludur. O, baş prokuror Z. Qaralov və Daxili İşlər naziri V.Eyvazovun törətdikləri bir çox cinayət əməlləri barədə araşdırma apardığı üçün, onların göstərişi ilə şərlənərək həbs olunub. Prokurorluqdan asılı olan Bakı Ağır Cinayətlər Məhkəməsinin korrupsioner hakimi Fikrət Qəribov onların göstərişi ilə jurnalistə hökm oxuyaraq onu 12 il azadlıqdan məhrum edib. F. Qəribovun son sözünü oxucularımızla paylaşmaq istəyirik: “Əgər mən M. Rasimoğluna qarşı qaldırılan qondarma cinayət işinə xitam versəydim prokurorluq mənim özümü də ittiham edərək həbs edərdi. Bütün dünya bilir ki, Azərbaycanda hakimlər boğazacan problemin içində olduqları üçün prokurorluqdan asılıdırlar”.

M. Rasimoğlu hakim F. Qəribovun çıxardığı hökmdən apellyasiya və kassasiya şikayətləri versə də hakimlər -R. Səfərov və T. Kazımov da prokurorluqdan asılı olduqları üçün F. Qəribovun çıxardığı hökmü qüvvədə saxlamışdılar.


M. Rasimoğlu çıxarılan hökmdən Avropa Məhkəməsinə şikayət edib. Əldə etdiyimiz məlumata görə adlarını çəkdiyimiz hakimlərin həmkarları artıq  həbs ediliblər və onlar barədə cinayət işi qaldırılacaq. Penitensiar xidmətin 9 saylı cəzaçəkmə müəssisəsindən redaksiyamıza mövzu ilə bağlı bir neçə məktub daxil olub.Qeyd edək ki, adıçəkilən cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların sırasında bir neçə keçmiş məhkəmə hakimləri də var. Onlardan biri ilə bağlı bizə maraqlı məlumat  daxil olub ki,  onu oxucularımızla bölüşmək istəyirik. Məlumatda bildirilir ki, keçmiş hakim Tamerlan Zeynalov Cinayət Məcəlləsinin 178 və 312-ci  maddələri  ilə məhkum olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq ona qarşı öz həmkarları tərəfindən çıxarılan hökmlə barışmayan keçmiş hakim cəzaçəkmə müəssisəsinin rejim qaydalarını pozmağa cəhd edir, özünü ruhi xəstə kimi apararaq, yataq yerini batırır. Bu cür hərəkətləri ilə də o digər məhkumların istirahət vaxtına maneçilik edir. Məhkumların narazılığına isə  keşmiş hakim cavab olaraq bildirir ki, məhkumluq həyatından bezib və dərhal azadlığa buraxılmasa yerinə batırmağına davam edəcək. Məhkumlar isə ona  hakim olan vaxtlarını və prokurorluğun göstərişi ilə şərlənən vətəndaşların gözüyumulu çıxartdığı hökmləri xatırladıblar. 


T. Zeynalov isə məhkumlara bildirib ki, “vaxtılə gözüyumulu çıxardığı hökmlərin bəlasına gəldiyi üçün indi də hər gecə yataq yerini batırır”. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, T. Zeynalovun sonuncu iş yeri 2008 -ci ilədək Xətai Rayon Məhkəməsinin hakimi  olub,o hətta bir müddət Xətai Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edib . 9 saylı cəzaçəkmə müəssisəsinə T. Zeynalovla tez-tez görüşə gələnlərin sırasında onun şagirdi sayılan -Ali Məhkəmənin hakimi İmran Hacıqayıbov da var. Görünür Hacıqayıbov digər həmkarlarından fərqli olaraq həbsdən, xəstəxanadan və ölümdən heç kimin sığortalanmadığını tez başa düşüb.


Digər məhkum- Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevlə 9 saylı cəzaçəkmə müəssisəsində jurnalistlə görüşən zaman  bildirib ki, həbsxana həyatını görəndən sonra anlayıb ki, Azərbaycanda hakimlər ədalətli hökm çıxartmaq üçün özləri əvvəl həbsxanada məhkum olaraq həbsxana həyatı ilə yaxından tanış olmalıdırlar. H. Əliyev bildirib ki, vaxtı ilə özü də prokurorluğun göstərişilə gözüyumulu qərarlar çıxarıb  və çıxartdığı hökmlər nəticəsində məhkum həyatı yaşayanlar arasında onunla birlikdə cəza çəklənlər də var. Və o hər dəfə onlarla qarşılaşanda vicdan əzabı çəkir. Bu yazıda adlarını çəkdiyimiz hakimlər keçmiş həmkarlarından çox da uzağa getməyiblər. Vaxtı ilə Azərbaycan SSRİ-nin verdiyi pambıq planına bənzər indi də Z. Qaralovun verdiyi “korrupsiya planına” hələ bir çox hakimlərin adları salınacaq.


Bəlkə sonda yuxarının müdaxiləsindən sonra ola bilsin həmin siyahıya elə Z. Qaralovun öz adı da əlavə edilsin. Yazı hazır olarkən, redaksiyamıza keçmiş hakim T. Zeynalovla bağlı yeni məlumat daxil oldu. Məlumatda bildirilir ki, T. Zeynalov illər ərzində qazandığı var-dövlətini  İ.Hacıqayıbova bağışlayıb və “bağışlama əməliyyatı”ndan sonra onun müəmmalı həbsi bizi də çox təəcübləndirdi.

Mövzunu diqqətdə saxlayacayıq.

Murad İbrahimli

Legion.az  







Xəbər lenti

img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04
img Günün xəbərləri
Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI

2020-06-05 / 16:03:34
img Manşet xəbərləri
IWF prezidenti Azərbaycanın yarım milyonunu mənimsəyib

2020-06-05 / 14:24:06
img Günün xəbərləri
"Azərişıq" 5 000 manat cərimələndi

2020-06-05 / 14:22:20
img Manşet xəbərləri
Həftəsonu küçəyə çıxmaq 2000 manatadək cərimə və ya həbslə nəticələnə bilər - RƏSMİ

2020-06-05 / 12:02:01
img Günün xəbərləri
Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

2020-06-05 / 12:00:42
img Hadisə
Emin Ağalarov koronavurusa yoluxubmuş - Özü danışdı

2020-06-05 / 11:59:06
img Manşet xəbərləri
"Nə Azərbaycanın, nə də beynəlxalq vasitəçilərin səbri tükənməz deyil" - XİN

2020-06-05 / 11:58:07
img Cəmiyyət
Deputat Şuşanın 270 illiyinin qeyd olunmasını təklif edib

2020-06-05 / 11:57:17
img Hadisə
Bakıda universitetin nümunəvi tələbəsi intihar etdi

2020-06-05 / 11:55:50
img Günün xəbərləri
İcra başçısı həbs edilən rayonun polis rəisi işdən çıxarıldı

2020-06-05 / 11:51:51
img Ölkə
Ramin Bayramlı: "Beynəlxalq uçuşlar iyulun 1-dək təxirə salına bilər"

2020-06-04 / 19:11:42
img Günün xəbərləri
Həftə sonu bütün market və apteklər bağlı olacaq

2020-06-04 / 19:09:00
img Günün xəbərləri
"Qaçqınkom"un vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb

2020-06-04 / 18:52:57
img Günün xəbərləri
262 NƏFƏR YOLUXUB, 2 NƏFƏR ÖLÜB - Bu günün koronavirus statistikası

2020-06-04 / 18:52:12
img Manşet xəbərləri
Operativ Qərargahdan 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı yeni açıqlama

2020-06-04 / 18:51:03
img Qafqaz
Gürcüstan müxalifəti “Keşiçkidağ” gərginliyinə görə hökuməti qınadı

2020-06-04 / 18:50:21

Bütün xəbərlər