logo
RU

Dünya

İranda koronavirusdan ölənlərin sayı 1 934-ə çatdı

img




İranda daha 122 nəfər koronavirusun qurbanı olub. “Report” IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 1 934 nəfər olduğunu açıqlayıb. O bildirib ki, daha 1 762 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 24 811 nəfərə çatıb. K.Cahanpur həmçinin 8 913 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb. Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub. Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb. Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 197 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 386 962-yə çatıb. Bunların 102 501 nəfəri sağalıb, 16 751 nəfəri isə ölüb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.







Xəbər lenti

img Günün xəbərləri
Koronavirus hava yolu ilə yayılır?

2020-03-29 / 20:37:22
img Manşet xəbərləri
Azərbaycanda koronavirusdan daha bir nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ

2020-03-28 / 19:40:23
img Manşet xəbərləri
Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

2020-03-28 / 19:39:04
img Manşet xəbərləri
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı

2020-03-28 / 17:27:10
img Manşet xəbərləri
Koronavirusun yayılmadığı yeganə ərazi - FOTOLAR

2020-03-28 / 16:54:58
img Günün xəbərləri
Ölənlərin sayı 28 mini keçdi - Koronavirusun qurbanları durmadan artır

2020-03-28 / 16:53:00
img Ölkə
Azərbaycan voleybol millisinin üzvləri karantinə alındı

2020-03-28 / 16:51:06
img Günün xəbərləri
Rusiyada daha bir nəfər koronavirusdan öldü

2020-03-28 / 16:48:22
img Dünya
İspaniyada koronavirusdan ölənlərin sayında rekord artım qeydə alındı

2020-03-28 / 16:47:28
img Dünya
Ərdoğan naziri vəzifəsindən azad edib

2020-03-28 / 12:20:25
img Dünya
Putinin varlılardan daha çox vergi planı iflasa uğradı – Əmanətçilər pullarını banklardan çıxarır

2020-03-28 / 12:17:42
img Hadisə
Mübariz Mənsimov Ərdoğana müraciət etdi: “Atam və anam həbsxanada olduğumu bilmir”

2020-03-28 / 11:08:13
img Dünya
Koronavirusdan ölənlərin sayı 27 mini ötüb

2020-03-28 / 11:05:02
img Hadisə
Neft yenə ucuzlaşdı – Birjada son qiymətlər

2020-03-28 / 11:03:51
img Dünya
ABŞ vətəndaşları adambaşı 1200 dollar alacaq - Koronavirusa görə

2020-03-28 / 10:43:58
img Manşet xəbərləri
"Cərimələmə və sərt cəzalandırma mərhələsi başlayacaq"

2020-03-28 / 10:42:05
img Ölkə
Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər vəsait daxil olub?

2020-03-28 / 10:40:48
img Günün xəbərləri
Deputatların heç birində koronavirus aşkarlanmadı – RƏSMİ

2020-03-28 / 10:38:50
img Günün xəbərləri
Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO

2020-03-28 / 10:36:39
img Manşet xəbərləri
Azərbaycanda parklarda gəzmək qadağan edildi

2020-03-27 / 21:38:09
img Manşet xəbərləri
Azərbaycanda xüsusi karantin rejimi gücləndirilir

2020-03-27 / 21:37:28
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:21:57
img Manşet xəbərləri
Azərbaycanda 43 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

2020-03-27 / 19:20:04
img Dünya
Kasıblar koronavirusa yoluxmur

2020-03-27 / 18:39:57
img Dünya
Yadplanetlilər 69 yaşlı kişini eyvandan götürüb apardı - Azərbaycanda şok hadisə / VİDEO

2020-03-27 / 18:38:52

Bütün xəbərlər