logo
RU

Manşet xəbərləri

Koronavirusla bağlı 65 yaş qadağası: Parlamentin bu deputatları... – ADLAR

img




Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilib. İclasda ölkədə koronavirus infeksiyası (COVID-19) ilə bağlı vəziyyət müzakirə olunub. İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqqında qərar qəbul edilib. Qərarda bildirilir ki, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilsin. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək. Oxu.Az mövzunun aktuallığını nəzərə alaraq, Milli Məclisin yaşı 65-dən yuxarı olan deputatlarının siyahısını hazırlayıb. Parlamentdə yaşı 65 və yuxarı olan deputatların sayı 27-dir. Milli Məclisin ən qocaman deputatı Fəttah Heydərovdur, onun 82 yaşı var. Ziyad Səmədzadə isə bu kateqoriyada ikincidir – o, 1940-cı ildə anadan olub. İsa Həbibbəylinin 71, Eldar İbrahimovun 75, Madər Musayevin 73, Rasim Musabəyovun 69, Asim Mollazadənin 67, Sədaqət Vəliyevanın 65, Eldar Quliyevin 69, Mixail Zabelinin 74, Oqtay Əsədovun 75, Vahid Əhmədovun 72, Anatoliy Rafailovun 67, Rafael Hüseynovun 65, Fəzail Ağamalının 72, Sabir Rüstəmxanlının 73, Əhliman Əmiraslanovun 72, Cavanşir Paşazadənin 66, Tahir Rzayevin 70, Aqil Abbasın 66, Sabir Hacıyevin 65, Əli Məsimlinin 67, Aqiyə Naxçıvanlının 70, Bəxtiyar Sadıqovun 69 yaşı var. Hakimiyyətin qanunverici qanadının rəhbərliyində təmsil olunan iki nəfərin də yaşı 65-i keçib. Parlamentin sədri Sahibə Qafarovanın bu ilin martın 19-da 65 yaşı olub. Milli Məclis sədrinin müavini Fəzail İbrahimlinin isə 68 yaşı var. Xatırladaq ki, martın 18-də Milli Məclisin sədri Sahibə Qafarova koronavirusla mübarizə ilə əlaqədar parlamentdə həyata keçirilməsi zəruri hesab olunan tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Milli Məclisin komitələrinin, komissiyalarının iclaslarının, parlamentin Aparatının və İşlər İdarəsinin toplantılarının keçirilməsi müvəqqəti dayandırılsın. Bidirilir ki, idarəetmə yalnız telefon (selektor) rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçiriləcək. Sərəncama əsasən, deputatların və Milli Məclis əməkdaşlarının ezamiyyətləri və xarici ölkələrə səfərləri müvəqqəti dayandırılıb.







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

2020-06-06 / 18:17:23
img Hadisə
DİM onlayn imtahanların ilk sınağını keçirdi

2020-06-06 / 17:34:27
img Günün xəbərləri
Bu şəxslər küçəyə çıxsalar cərimələnəcəklər (RƏSMİ)

2020-06-06 / 17:33:25
img Günün xəbərləri
Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışdı, kəndlər susuz qaldı

2020-06-06 / 17:31:01
img Günün xəbərləri
Azərbaycanda deputatın yaxın qohumu koronovirusdan öldü

2020-06-06 / 17:29:09
img Cəmiyyət
“İki günlük qadağaya görə aylıq ərzaq almağa ehtiyac yoxdur”

2020-06-06 / 17:28:04
img Hadisə
İlk milyarder futbolçu - Kriştianu Ronaldu

2020-06-06 / 11:31:59
img Günün xəbərləri
Bu gün avtomobil sürmək qadağandır - CƏRİMƏ VƏ HƏBS...

2020-06-06 / 11:17:19
img Günün xəbərləri
Həftəsonu küçəyə çıxanları hansı cəzalar gözləyir?

2020-06-06 / 11:15:28
img Cəmiyyət
“İşə velosipedlə gedib-gəlin“ - DYP rəsmisi

2020-06-06 / 11:14:32
img Ölkə
2 gün üçün 5 günlük çörəyi kimlər alır və ya varlılar anlamaz...

2020-06-06 / 11:07:32
img Günün xəbərləri
Belə getsə, vəziyyət nəzarətdən çıxa bilər... - Alim

2020-06-06 / 11:04:56
img Ölkə
Şəxsi avtomobildə maskadan istifadə etməklə bağlı rəsmi açıqlama

2020-06-06 / 11:03:00
img Sosial
Azərbaycanda bu gün işləyən dövlət qurumlarının siyahısı

2020-06-06 / 11:01:38
img Ölkə
Azərbaycanda küçəyə çıxmaq qadağası başladı

2020-06-06 / 10:59:29
img Dünya
Liviyada qiyamçı feldmarşal rəsmən məğlub elan olundu

2020-06-06 / 10:57:54
img Müsahibə
"Cümə günü də tam məhdudiyyətlər tətbiq edilsin" - Baş infeksionist

2020-06-05 / 19:10:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenə 300-ü keçdi - Ölənlər var

2020-06-05 / 18:29:11
img Günün xəbərləri
Gürcü polisi Zakir Qaralovun qardaşına cinayət işi açdığını təsdiqlədi - SƏNƏD

2020-06-05 / 18:04:46
img Günün xəbərləri
Mehman Hüseynov üçün 140 min manat TOPLANDI

2020-06-05 / 16:34:04
img Dünya
Tramp Çini cəzalandırmağın yolunu tapdı: İki aya yeni qaydalar gəlir

2020-06-05 / 16:32:17
img Günün xəbərləri
Bazar ertəsi ölkədə vəziyyət necə olacaq?

2020-06-05 / 16:30:51
img Hadisə
5 İyun Ümumdünya Ətraf Mühit Günüdür

2020-06-05 / 16:29:17
img Günün xəbərləri
Market və ticarət obyektləri bu saata qədər işləyə bilər (RƏSMİ)

2020-06-05 / 16:27:36
img Cəmiyyət
Xalq artisti vəfat etdi

2020-06-05 / 16:06:04

Bütün xəbərlər